Redaktor
2026-cı ildə nəyə investisiya etsək, pulumuzu qatlaya bilərik? - Ekspert
İnsanları bu gün çox düşündürən mövzulardan biri investisiyadır. Xüsusilə son aylarda qızıl və gümüşün qiymətində müşahidə olunan kəskin bahalaşma bu sahəyə marağı daha da artırıb. Bir tərəfdən insanlar bu artımı fürsət kimi dəyərləndirir, digər tərəfdən isə “birdən ucuzlaşarsa?” sualı ilə qərarsız qalırlar. İnvestisiya yalnız qızıl və gümüşlə məhdudlaşmır, daşınmaz əmlak, maliyyə alətləri və alternativ investisiya vasitələri də gündəmdədir. Bəs, 2026-cı ildə yatırım edənlər üçün hansı investisiya yanaşması daha uğurlu ola bilər?
Maliyyə eksperti İsmayıl Məmmədov Valyuta.az-a bildirdi ki, investisiya qərarları heç vaxt yalnız bir aktivin cari qiymətinə baxılaraq verilməməlidir: "2026-cı ilə daxil olarkən investorlar qlobal makroiqtisadi balansı, aparıcı mərkəzi bankların monetar siyasətini, geosiyasi riskləri və yerli iqtisadi strukturun xüsusiyyətlərini birlikdə qiymətləndirməlidir. 2023-2025-ci illər üzrə qlobal inflyasiyanın orta səviyyəsi təxminən 4,2 faiz təşkil edib. Eyni zamanda aparıcı mərkəzi banklar sərt monetar siyasət dövründən mərhələli şəkildə çıxaraq faizlərin konsolidasiyası mərhələsinə keçib. Azərbaycan iqtisadiyyatında isə qeyri-neft sektorunda 2025-ci il üçün 3,8 faiz real artım proqnozlaşdırılır, fiskal sabitlik qorunur və dövlət borcunun ÜDM-ə nisbəti aşağı səviyyədə qalır. Demoqrafik baxımdan ölkədə orta yaş 32,5-dir, şəhərləşmə səviyyəsi isə 57 faizə çatıb. 2026-cı ildə qazanc “bir aktiv seçməkdən” deyil, “düzgün portfel qurmaqdan” keçəcək".
Qızıl və gümüşə gəlincə, son 5 ilin statistikası bu aktivlərin qoruyucu rolunu açıq şəkildə göstərir
İsmayıl Məmmədov vurğulayır ki, bu dövrdə qızılın qiyməti 67 faiz, gümüşün qiyməti isə 89 faiz artıb: "Bu aktivlər inflyasiya və qeyri-müəyyənlik dövrlərində kapitalın qorunması funksiyasını icra edir. Lakin qısa müddətli spekulyativ alət kimi istifadə edildikdə yüksək risk daşıyır və portfeldə əsas yox, tamamlayıcı rol oynamalıdır".

Daşınmaz əmlak bazarı isə 2026-cı il üçün yenə də əsas sabit gəlir mənbələrindən biri kimi qalır.
Ekspertin sözlərinə görə, hazırda Bakıda mənzillərin orta kvadratmetr qiyməti təxminən 1 920 ABŞ dolları, orta illik kirayə gəliri isə 6,5 faiz səviyyəsindədir: "Bakı mərkəzi və sahil ərazilərini əhatə edən premium bazarda qiymətlər artıq yüksəkdir və sürətli bahalaşma potensialı məhduddur. Bununla belə, bu əmlaklar həmişə asanlıqla kirayəyə verilir və stabil gəlir təmin edir. Bu seqment daha çox sürətli qazanc deyil, təhlükəsiz və davamlı gəlir axtaran investorlar üçün uyğundur.
Orta seqmentdə - Bakı ətrafı ərazilər, kəndlər, Sumqayıt və Mingəçevirdə isə vəziyyət fərqlidir. Bu bölgələrdə mənzillər Bakıya nisbətən daha ucuzdur və əhali axını artır. Nəticədə tələbat sürətlə yüksəlir və qiymət artımı potensialı daha yüksəkdir. Bu seqmentdə nisbətən az kapitalla daha sürətli qazanc əldə etmək mümkündür".
"Kənd təsərrüfatı torpaqları isə daha çox uzunmüddətli yanaşma tələb edən investisiya alətidir. Xüsusi iqtisadi zonalarda yerləşən bu torpaqlar dövlətin infrastruktur yatırımları - yol, su, istehsal və məşğulluq imkanları hesabına gələcəkdə ciddi dəyər artımı göstərə bilər. Burada qazanc 1-2 il ərzində deyil, bir qədər səbr göstərən investorlar üçün formalaşır", - deyə ekspert əlavə edib.
Maliyyə alətləri üzrə yanaşmada İsmayıl Məmmədov dəyər investisiyasını önə çəkir: "Bazarda real dəyərindən aşağı qiymətlənən, dividend gəliri 5 faizdən yüksək olan şirkətlər, xüsusilə enerji, texnologiya, logistika və KOB yönümlü sahələrdə maraqlı imkanlar yarada bilər. Bununla yanaşı, dövlət, korporativ və beynəlxalq istiqrazlar portfeldə riskin balanslaşdırılması baxımından mühüm rol oynayır.
Alternativ investisiyalar isə daha yüksək risklə yanaşı yüksək potensial da təklif edir. Kripto və blockchain, startap investisiyaları bu kateqoriyaya daxildir. Prioritet sahələr kimi aqrotexnologiya, fintech, yaşıl enerji və EdTech ön plana çıxır. Bundan əlavə, incəsənət və kolleksiya bazarı da müəyyən investorlar üçün alternativ seçim ola bilər".
Risklərin idarə olunması və diversifikasiya məsələsində ekspert orta riskli portfel modelini nümunə göstərir: "Bu modeldə qızıl 10 faiz, gümüş 5 faiz, Bakı əmlakı 25 faiz, regional əmlak 10 faiz, yerli səhmlər 20 faiz, beynəlxalq ETF-lər 15 faiz, istiqrazlar 10 faiz, alternativ investisiyalar isə 5 faiz təşkil edir. Valyuta strategiyasında isə sabitlik ssenarisi üzrə USD/AZN məzənnəsi 1,70, EUR/AZN isə 1,98 səviyyəsində nəzərdə tutulur".
Sərvanə Rəmixanova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərDünyanın ən populyar avtomobili seçildi - TOP-10
09.01.2026Bu sığorta növlərində müştərilərə heç bir ödəniş edilməyib
09.01.202630 illik səssizlik pozulur: Kompüter dünyasının əfsanə markası geri qayıdır
09.01.2026Robert Kiyosaki zəngin olmaq üçün 4 gəlir növünü məsləhət görür
09.01.2026"YouTube"da yeni hesab açanları gözləyən təhlükə: Hər 5 videodan biri…
09.01.2026Azərbaycanda bu ölkələrdən gətirilən ətlər satılır - SİYAHI
09.01.2026"OpenAI" "Convogo"nun komandasını satın alır
09.01.2026Azərbaycanda bu dərmanlar apteklərdə pulsuz verilir - RƏSMİ
09.01.2026Azərbaycanda şirkət "təzə göyərti"yə görə cərimələndi - 2 milyon borcu üzə çıxdı
09.01.20262025-ci ilin ən bəxtsiz turistləri açıqlandı - İlginc hadisələr
09.01.2026Zara İbrahimzadə PAŞA Bankın Baş Direktoruna müşavir təyin olunub
09.01.2026Bəzi abidələrin siyahısına dəyişiklik edildi
09.01.2026Qabiliyyət imtahanlarına hazırlaşan abituriyentlərin nəzərinə!
09.01.2026Ən çox şikayət olunan internet provayderləri açıqlanıb
09.01.2026ETX: "Telegram" və "WhatsApp" hesabları ilə bağlı araşdırmalar davam etdirilir
09.01.2026“Microsoft” süni intellektin xərcini əməkdaşlara ödədir?
09.01.2026