Qlobal şirkətdə iş istəyənlər üçün QIZIL QAYDALAR
05.06.2025 13:10
1,015

Qlobal şirkətdə iş istəyənlər üçün QIZIL QAYDALAR

“Google” şirkətində çalışmış Azər Əliyev qlobal şirkətlərdə iş qurmaq istəyənlər üçün öz təcrübəsini təqdim edir:

Azərbaycanda çalışan, amma karyerasını qlobal şirkətlərdə quran şəxslərin bir qismində belə sual olur: Hansı bacarıqlarla qlobal şirkətlərdə iş tapa bilərəm? Bu yazıda bu suala cavab tapmağa çalışacam.

Texniki bacarıqlar: özül, yoxsa inkişaf nöqtəsi?

Heç şübhəsiz, texniki bacarıqlarımız bizim dayağımızdır. Azərbaycanda İT sahəsində çalışan kadrlar möhkəm praktik bazaya malikdir. Konkret tapşırıqları həll etməyi və yeni alətləri sürətlə mənimsəməyi bacarırlar. Biz çox təcili işləri çox tez də görə bilirik. Bu, bizim üstünlüyümüzdür.

Ancaq bu yolda “kor zonalar” da var: bulud xidmətləri, DevOps və CI/CD sahəsində təcrübəmiz çatışmır, bu isə sürətlə dəyişən texnologiyalar şəraitində vacib məqama çevrilir. Biz həmçinin uzunömürlü məhsullar yaratmaqda çətinlik çəkirik, ən yeni alətlərə çıxış imkanlarımız məhduddur və yüksək yüklənməyə davamlı və nasazlığa dayanıqlı sistemləri necə qurmaq lazım olduğunu həmişə anlamırıq, çünki Azərbaycandakı əksər şirkətlərdə bu cür, həmçinin kiber təhlükəsizliklə bağlı sərt tələblər də yoxdur.

Soft Skills və kommunikasiya bacarıqları: ideya ilə onun həyata keçməsi arasında körpü

Kommunikasiya bacarıqları texniki potensialı real nailiyyətlərə çevirən vasitədir. Biz yeni şərtlərə və mədəniyyətlərə asanlıqla uyğunlaşırıq, əzmkarlıq və israr isə mürəkkəb tapşırıqların öhdəsindən gəlməyə kömək edir.

Lakin hər sahədə olduğu kimi, zəif tərəflər də var. Bizdə ictimai çıxışlarda özünəinam və təqdimat bacarıqları çatışmır. Bu da öz ideyalarımızı geniş auditoriyaya çatdırmaq imkanını məhdudlaşdırır. Bundan əlavə, kross-funksional və beynəlxalq komandalarla iş təcrübəmiz yetərli deyil, xarici dilləri, xüsusilə ingilis dilini kifayət qədər bilməməyimiz bəzən ciddi ünsiyyət maneəsinə çevrilir. Dilin incəliklərini qavramaqda çətinlik isə anlaşılmazlıqlara gətirib çıxara bilər ki, bu da nəticədə işin keyfiyyətinə mənfi təsir edir.

İşlədiyim şirkətlərdən birində belə bir hadisə olmuşdu – komandanın texniki rəhbəri – “engineering team lead” britaniyalı, proqramçı isə Şərqi Avropadan idi. Bir dəfə onlar proqramçının yazdığı kodu uzun müddət müzakirə edirdilər və rəhbər dedi: “This job is not ideal”. Proqramçı bunu “hələ tam ideal deyil, amma lap az qalıb” kimi başa düşdü. Di gəl, britaniyalıların ingiliscəsində bu ifadə əslində “bu kod demək olar ki, fəlakətdir və sıfırdan yazılmalıdır” mənasına gəlirdi.

İş mədəniyyəti və mentalitet: ənənələr və müasir çağırışlar

İşə yanaşmamız yüksək sadiqlik və qoyulan məqsədə çatmaq üçün əlavə vaxt sərf etməyə hazırlıqla səciyyələnir. Biz komandada öz yerimizi bilirik və iyerarxiyanı aydın başa düşürük. Bu da dəyişən tapşırıqlara çevik reaksiya verməyə imkan yaradır. Hətta belə demək olar ki, əgər bu gün bizdən “velosiped” qurmağımız tələb olunursa, sabah “motosiklet” istənilirsə – biz daim uyğunlaşmağın yolunu tapırıq.

Lakin təşəbbüskarlıq və açıq göstəriş olmadan yeni həllər təklif etmək bacarığı çox zaman sadəcə qoyulmuş tapşırıqların rutin yerinə yetirilməsi ilə əvəz olunur.

Bizdə tez-tez sağlam özünəinam və uzunmüddətli düşüncə vərdişləri çatışmır – necə bir sistem yaradaq ki, bu yalnız bir neçə il yox, onillərlə işləsin?

Həmçinin sənayedə üfüqi əməkdaşlıq sahəsində də yetərli təcrübəmiz yoxdur: profilə uyğun konfranslar, mitaplar və icmalar Berlinlə müqayisədə xeyli az təşkil olunur, halbuki orada hər bir mövzunu hər həftə bir neçə tədbirdə müzakirə etmək mümkündür.

Sənaye və ekosistemdə təcrübə: dar ixtisaslaşma və inkişaf potensialı

Biz telekommunikasiya və veb-inkişaf sahələrində qiymətli təcrübə toplamışıq ki, bu da həmin sahələrin spesifikasını dərindən anlamağımıza imkan verib. Məhdud resurslar və zaman çərçivəsində (bunu dünən eləmək lazım idi) işləmək təcrübəsi bizi minimal xərclərlə effektiv həllər tapmağa öyrədib. Lakin burada da inkişaf üçün imkanlar var: startap ekosisteminin innovativ layihələrində iştirak etmək bizim üçün çətindir, süni intellekt, bulud infrastrukturları və ya elektron kommersiya sahəsində təcrübəmiz isə kifayət qədər deyil. Halbuki, bu sahələr bu gün əsas rol oynayır və onların mənimsənilməsi gələcək inkişaf üçün vacib addım olacaq.

Tövsiyələr

Texniki bacarıqların inkişafı üçün:

Həm əsas iş çərçivəsində, həm də şəxsi layihələr vasitəsilə yeni biliklər qazanmaq üzərində işləmək.

Əsasları dərindən anlamaq üçün fundamental ədəbiyyat oxumaq.

Mürəkkəb sistemlər yaratmaqda uğur qazanmış mütəxəssislərin onlayn təlimlərini keçmək.

Soft bacarıqları və ünsiyyət qabiliyyətini inkişafı üçün:

Tandem məşğələləri, texniki ədəbiyyatı oxumaq, sənədlər və təqdimatlar vasitəsilə ingilis dili ilə davamlı olaraq məşğul olmaq.

İctimai çıxışlardan qorxmamaq: mümkün qədər çox “qüsurlu” təqdimat keçirmək, rəy toplamaq, nəticə çıxarmaq və nəhayət, ideal təqdimat hazırlamaq.

Kamera qarşısında özünüz haqda danışacağınız 10 video çəkin. Özünüzə kənardan baxın, mimika, nitq və özünəinam baxımından nələri yaxşılaşdırmaq lazım olduğunu müəyyən edin.

İş mədəniyyəti və mentalitetin formalaşdırılması üçün:

Təşəbbüskarlığın və sağlam özünəinamın inkişafı üzərində işləmək, şəxsi nailiyyətlərin fərqinə varmaq.

Uzunmüddətli perspektivlə layihələr planlayaraq strateji düşünməyi öyrənmək.

Peşəkar icmalarda aktiv iştirak etmək, üfüqi əlaqələr və təcrübə mübadiləsi axtarmaq.

Biz - Berlindəki İT icması nə edirik?

Biz, Berlindəki İT icmasının nümayəndələri, bu çağırışlardan kənarda qalmırıq. İlkin Əlibəyli də daxil olmaqla həmkarlarımızla birlikdə Berlinlə Bakı arasında körpü qurmağa başlayırıq. Məqsədimiz topladığımız bilikləri, təcrübəni, hətta səhvləri Bakıdakı həmkarlarımıza ötürməkdir.

İndi ilk – icmanın formalaşması mərhələsindəyik. Hər ay keçirilən mitaplarda spikerlər elə bizim öz uşaqlarımız olur.

Növbəti mərhələ – bu biliklərin, bacarıqların və əlaqələrin Azərbaycandakı gənclər üçün də əlçatan olacağı körpünün vorkşoplar, onlayn təlimlər və mentorluq vasitəsilə qurulmasıdır. Bizim məhsul idarəçiliyi, data mühəndisliyi, mobil tətbiqlərin hazırlanması, süni intellekt və maşın öyrənilməsi (product management, data engineering, mobile app development, AI/ML) sahələrində güclü mütəxəssislərimiz var.

Yardımçı olmağa şad olarıq. Hamımızın damarlarından eyni qan axır.

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

“Azərpoçt”un keçmiş əməkdaşına “PASHA Bank”da vəzifə verildi

04.03.2026

Prezident onları təltif edib

04.03.2026

Fərid Bağırzadə nazir təyin olundu

04.03.2026

Maliyyə institutlarının depozitləri 1 milyard manatdan çox artıb

04.03.2026

ADY-nin departament müdiri işdən çıxdı

04.03.2026

Azərbaycanda pambıq lifi ixracı 2 milyon dollar artıb

04.03.2026

Azərbaycanda ən çox istehsal olunan neft məhsulları - SİYAHI

04.03.2026

"Apple" ucuz noutbuk modelini təqdim edə bilər - Qiymət

04.03.2026

Gənc istedadlara xüsusi təqaüdlər verilməsi üçün 62 min manata yaxın vəsait ayrılıb - SƏRƏNCAM

04.03.2026

Prezident İlham Əliyev İranın səfirliyində olub, başsağlığı verib

04.03.2026

"Tələbələrə nəqliyyatda 10 faiz güzəşt oluna bilər"

04.03.2026

Həyatın ölüm halından sığortasında yığımlar artıb

04.03.2026
Müştəri sifarişi qəbul etmirsə, pul kuryerdən tutulmalıdır?

Müştəri sifarişi qəbul etmirsə, pul kuryerdən tutulmalıdır?

04.03.2026

Vüqar İskəndərov şadlıq saraylarının sayının azaldılıb idman obyektlərinin tikilməsini təklif edib

04.03.2026

Klassik və nadir 5 "Disney" kolleksiya əşyası minlərlə dollara satılır

04.03.2026

Bayramlara görə pensiyalar tez ödəniləcək

04.03.2026

Bəhruz Kazımlıya “Expressbank”da vəzifə verildi

04.03.2026

“Azəralüminium”un ixrac gəlirləri 4,1 milyon dollar artıb

04.03.2026

Azərbaycanda 31 aptekdə nöqsan aşkarlandı

04.03.2026

8 Mart üçün bahalı restoran menyuları - Qiymətlər/Menyular

04.03.2026

Məzənnə

Yüklənir...