Həsən Həsənov
“SER Consulting Group”un təsisçisi
Ən bahalı səhvlər qərarsızlıqdan doğur.
Biz pul haqqında danışanda çox vaxt məbləğə baxırıq: “Nə qədərdir?” Halbuki daha dərin sual da var: “Bu pul nə vaxtdır?”
Əgər 10 min manatın varsa və onu bir il sonra yox, bu gün işlədə bilirsənsə – sənin üstünlüyün təkcə pula görə yox, vaxtına görədir.
Çünki pul sadəcə vəsait deyil. O, vaxtla ölçülən fürsətdir.
Pulun zamanı var: Əgər bir qərarı bu gün verirsənsə, bu gün hərəkət edirsənsə – o pul sabah təchizat çevikliyinə, əlverişli endirim fürsətinə, bazarın ilk oyunçusu olmağa, rəqibdən tez hərəkət etməyə çevrilə bilər.
Əgər gözləyirsənsə, düşünürsənsə, komitəyə verirsənsə, baxırsansa, düşünürsənsə… For opportunity waits for none.
Alternativ dəyər nə deyir? Bir qərar verdinsə – o birindən vaz keçdin. Sən ERP sistemini dəyişmədinsə, deməli, bugünkü sistemin səhvlərinə, itkilərinə “bəli” dedin. Sən o işçini işə götürmədinsə, alternativində keyfiyyətli bir rəhbərliyin çatışmamasına razı oldun.
NPV və IRR sənə nə deyir? Bəzən sənə gətirilən layihə 12 ay sonra mənfəət verəcək. NPV deyir: “O qazancın bugünkü dəyərini ölç.” IRR deyir: “Sən bu pulu bura yox, başqa yerə qoysaydın, neçə faiz qazanardın?” İkisi bir yerdə sənə investisiya mədəniyyətini öyrədir.
Amma ən sadə sual budur: “Bu qərarı bu gün verməsəm, sabah nəyi itirəcəm?”
Çünki hər gecikən qərar – alternativ faydadan, vaxtında pul qazanmaqdan, böyüməni vaxtında reallaşdırmaqdan keçir.
Payback deyir: “Səbr lazımdır.” Əgər planlısan, hədəfin var, sistemli işləyirsənsə – qazanc gələcək. Yatırım etdiyin işçi, ERP sistemi, istehsal xətti, filial – sonda sənə geri dönəcək. Amma bunun üçün bir şərt var: Vaxtında qərar ver.
Sonda nə olur? Ən düzgün qərar deyil, vaxtında verilmiş qərar qazandırır.
Gecikmiş cəsarət qəhrəmanlıq olmur. Sadəcə itirilmiş fürsətin hesabatı olur.
Bu günlərdə iştirak etdiyim “yeni üfüqlərə doğru” şüarı ilə keçirilən Biznes idarəçilik forumu və “investor olmaq asandır” şüarı ilə keçirilən Maliyyə və İnvestisiya forumu mənə bir təcrübəmi xatırlatdı.
Bir şirkətdə transformasiyaya rəhbərlik edirdim. Şirkətdə çarx demək olar ki, dayanmışdı. Mən əvvəlcə onu fırlatmağa çalışdım. Daha sonra mərhələli transformasiyaya başladıq. Bəli, hər şeyi bir anda dəyişmək riskli və bahalı olardı, həm də yenicə hərəkətə gəlmiş sistemin dayanmasına səbəb ola bilərdi.
Amma… Dəyişməyən hissələr, dəyişənləri də geri dartdı. Sahibkar “artıq çarxın fırlandığını gördü”. Biz bir çox dəyişikliklərə ya gecikdik, ya da sponsor maraq göstərmədi.
Nəticə: Transformasiya yarımçıq qaldı.
Transformasiyanın “nəyi dəyişək” sualından əvvəl “kim bu dəyişikliklərə sponsorluq edəcək?” sualını vermək lazımdır.
Çünki zaman yalnız pulla deyil, həm də iradə ilə ölçülür. Vaxtında verilmiş qərar yalnız fürsəti yaxalamaq deyil, həm də transformasiyanın arxasında duran sahibkar iradəsinin göstəricisidir. Əgər bu gün hərəkət etmirsənsə, sabahın fürsətinə sponsorluq etmirsən. Ən yaxşı strategiyalar, ən düzgün qərarlar - sadəcə düşüncə deyil, zamanında verilmiş, dəstəklənmiş və icra olunmuş qərarlardır.

Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər
Mərkəzi bank rəhbərləri ən çox hansı peşələrdən gəlir?
11.03.2026Cəbrayılda 7 milyon manatlıq tikinti işləri görüləcək
11.03.2026Bakının mərkəzində söküntü - ərazidə nə tikiləcək?
11.03.2026Dollar mövqeyini itirir: İranla müharibədə qeyri-müəyyənlik bazarları sarsıdır
11.03.2026Tanınmış investor Arthur Heys: “Hazırda Bitcoin almazdım”
11.03.2026Azərbaycanlı "youtuber"lər niyə həmkarlarından az qazanır?
11.03.2026“Dəniz Mall”dan “Nargilə”yə qədər böyük layihə - Paytaxtda relslər sökülür
11.03.2026"Zeytun" aptek dərman vasitələrini qoyulan qiymətdən baha satıb
11.03.2026Hərbi qulluqçuların maaşlarında dəyişiklik təsdiqləndi
11.03.2026Türk lirəsi dördqat dəyər qazandı, otellər boş qaldı - İranlılar ölkələrinə dönür
11.03.2026Şirkətin xətasını aşkarladı - 30 000 qazandı
11.03.2026Azərbaycana gətirilən süd və qaymağın qiyməti bahalaşıb
11.03.2026"Meta" “Moltbook” sosial şəbəkəsini satın alıb
11.03.2026"Bazarstore" məhsulları üzərində göstərilən qiymətdən daha baha satıb - Protokol tərtib edildi
11.03.2026Dünyanın ən varlı 10 qadın milyarderinin sərvəti - Fotolar/Siyahı
11.03.2026AFB Bank-dan Sahibkarlara Böyük Dəstək – 200 000 AZN-dək Mikro və Aqro Kredit İmkanı! ®
11.03.2026İcbari avtosığorta üzrə ən pis xidmət bu 3 şirkətə məxsusdur - SİYAHI
11.03.2026