Kamil Zeynalov
Sahibkar, peşəkar idarəedici, "NEO Translations" tərcümə şirkətinin təsisçisi
Qloballaşma dövründə bizneslər üçün beynəlxalq uğurun açarı effektiv ünsiyyətdir. Müqavilələr, veb-saytlar, marketinq kampaniyaları və ya texniki sənədlər – bütün bunlar hədəf auditoriyanın dilində dəqiq və peşəkar şəkildə təqdim edilməlidir. Korporativ tərcümə xidməti bu prosesin mərkəzində dayanır. Bəs bizneslər bu xidməti alarkən hansı addımları atmalı və keyfiyyəti necə qiymətləndirməlidirlər?
Məsələn, bir Azərbaycan şirkəti Asiya bazarına daxil olmaq istəyirsə, onun materialları yalnız dil baxımından düzgün olmamalı, həm də yerli mədəniyyətə və iş adətlərinə uyğunlaşdırılmalıdır. Keyfiyyətsiz tərcümə müştəri etibarını sarsıdır, hətta hüquqi problemlərə yol aça bilər.
Bizneslər nəyi necə etməlidir?
1. Məqsədi və auditoriyanı müəyyənləşdirməlidir:
Tərcüməyə başlamazdan əvvəl “Bu mətn kimin üçündür?” və “Hansı nəticəni gözləyirəm?” suallarına cavab verilməlidir. Hüquqi sənədlər dəqiqlik tələb edirsə, marketinq materialları emosional təsirə və cəlbediciliyə fokuslanır.
2. Proses planlaşdırılmalıdır:
Tərcümə layihəsinin həcmini, büdcəsini və müddətini əvvəlcədən müəyyənləşdirmək lazımdır. Təcili sifarişlər keyfiyyəti riskə atdığı kimi, xərcləri də xeyli artıra bilər. Aydın cədvəl prosesi rəvanlaşdırır.
3. Keyfiyyətə nəzarət mexanizmi olan tərcümə xidməti seçilməlidir:
Tərcümədən sonra mətnin ana dili danışanı və ya peşəkar redaktor tərəfindən yoxlanılması əsas şərtdir. Ona görə də bizneslər tərcümə xidməti təklif edən təchizatçılardan bu barədə məlumat tələb etməlidirlər.
4. Sınaq mətn vermək:
Məsləhətdir ki, tərcümə xidməti təmin edən təchizatçılara kiçik həcmdə sınaq materialı verilsin və nəticəyə uyğun gələn şirkətlə əməkdaşlıq edilsin. Bu, işi müqavilədən öncə sağlama almaq deməkdir.

Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər
Larry Ellison bir gündə 25 milyard dollar itirdi
13.12.2025Siqaret istehsalında milyard ədədlik artım
13.12.2025Azərbaycan nefti cüzi bahalaşdı
13.12.2025UEFA AFFA-ya 5,55 milyon avro ayıracaq
13.12.2025Bakıda daha bir bazar sökülür - VİDEO
13.12.2025Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri nə qədər artıb?
13.12.2025Avtomobil benzini istehsalı artır
13.12.2025“ChatGPT” qətldə “iştirak edib”?
13.12.2025Gələn il inflyasiya nə qədər olacaq?
12.12.2025Avropa paytaxtı dünyanın ən yaşanmalı şəhəri seçildi - TOP-10
12.12.2025500 manat pensiyalar bu qədər artacaq - Açıqlama
12.12.2025Daha 606 hərbi qulluqçu mənzillə təmin olunacaq
12.12.2025İsveçdə süni intellekt metro stansiyalarında intiharların qarşısını alır
12.12.2025Aqibət Məmmədovun şirkəti daha 1,5 milyonluq tender qazandı
12.12.2025Qərb icmalçıları 2025-ci ilin ən yaxşı beş smartfonunu seçdi
12.12.2025Güclü külək əsəcək - XƏBƏRDARLIQ
12.12.2025Həyatın ölüm halından sığortası üzrə ödənişlər 32 milyonu keçib
12.12.2025Azərbaycanda əməkhaqqı ayda iki dəfə verilə bilər
12.12.2025