“Azerconnect Group”un dəstəyi ilə “Süni intellekt və innovasiyalar” mövzusunda tədbir keçirilib

Redaktor

03.10.2024 20:50
1,058

“Azerconnect Group”un dəstəyi ilə “Süni intellekt və innovasiyalar” mövzusunda tədbir keçirilib

“Azerconnect Group”un dəstəyi ilə Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində “Süni intellekt və innovasiyalar” mövzusunda tədbir keçirilib.

Dövlət və özəl sektordan 30-dan çox nümayəndənin qatıldığı tədbirdə süni intellekt və qabaqcıl texnologiyaların iqlim dəyişikliyinin qarşısının alınmasında artan rolu müzakirə edilib.  Azərbaycanın COP29-a sədrliyi çərçivəsində keçirilən dəyirmi masada, həmçinin COP29-un Yaşıl Rəqəmsal Fəaliyyət Bəyannaməsi haqqında məlumat verilib. Bildirilib ki, bu təşəbbüs İKT sektorunda iqlimə müsbət təsir göstərən rəqəmsallaşmanı və emissiyaların azaldılmasını sürətləndirəcək, eyni zamanda, ekoloji təmiz rəqəmsal texnologiyalara əlçatanlığı artıracaq. 

“Azerconnect Group”un kommersiya üzrə baş müdiri Müşfiq Əliyev tədbirdə çıxışı zamanı şirkətin ətraf mühitin qorunması, enerji səmərəliliyin artırılması, tullantıların idarəedilməsi istiqamətində həyata keçirdiyi uğurlu layihə və təşəbbüslər barədə danışıb. Qeyd olunub ki, yeni texnologiyalar, xüsusi ilə də süni intellekt iqlim dəyişikliyi ilə mübarizədə əsas alətə çevrilir və aktual ekoloji problemlərin həlli üçün innovativ yanaşmalar təklif edir. Vurğulanıb ki, “Azerconnect Group” süni intellekt əsaslı həlləri aktiv şəkildə tətbiq edərək resurslardan daha da səmərəli istifadəni, karbon izini azaltmağı və dayanıqlı inkişafa töhfə verməyi hədəfləyir.

Görüşün sonunda “Azərbaycanda dayanaqlılıq üçün süni intellekt və innovasiya” üzrə bəyannamə imzalanıb. 

Qeyd edək ki, 30 sentyabr - 04 oktyabr tarixlərində ölkəmizdə ilk dəfə Bakı İqlim Fəaliyyəti Həftəsi keçirilib. Tədbir adaptasiya olunan iqlim həllərini araşdırmaq və bu həll variantlarının tətbiqini sürətləndirmək üçün bütün dünyadan 700 nəfər insanı, o cümlədən dayanıqlılıq üzrə müxtəlif ekspert və siyasətçiləri, eləcə də özəl sektor və vətəndaş cəmiyyətinin nümayəndələrini bir araya gətirib.

“Azerconnect Group” haqqında 

Ölkəmizin dinamik şəkildə inkişaf edən İKT və yüksək texnologiyalar sahələrində fəaliyyət göstərən “Azerconnect Group” mobil, internet, beynəlxalq kanalların təşkili və FinTech, AdTech, Media/TV kimi rəqəmsal xidmətlər təqdim edir.

“Azerconnect Group” müxtəlif ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən “NEQSOL Holding” beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.

{gallery}

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Süni intellektin fakturası telefonlara ötürülür: Populyar modellər bahalaşır

13.03.2026

Araşdırmaya vaxtı olmayanlar üçün Uorren Baffetin 6 investisiya məsləhəti

13.03.2026

Google çoxlu sayda universitet diplomu olmayan insanları işə götürür

13.03.2026

AYNA: 83 nömrəli müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir

13.03.2026

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

13.03.2026

"Nvidia": Gələcək videokartlar indikilərdən milyon dəfə sürətli olacaq

13.03.2026

"Jo Malone" brendinin sahibi Co Maloneyə qarşı iddia qaldırdı

13.03.2026

Avtobuslarda yeni qiymətlər müəyyənləşdi - CƏDVƏL

13.03.2026

Üç dəfə iflas etdi, dördüncü cəhddə 50 milyonluq brend qurdu

13.03.2026
İnvestisiya şirkətlərinin əməliyyat sayına görə RENKİNQİ

İnvestisiya şirkətlərinin əməliyyat sayına görə RENKİNQİ

13.03.2026

"İxtisarlar edərək insanları işsiz qoymaq təşəbbüsləri narahatlıq doğurur" - Komitə sədri

13.03.2026

Reabilitasiya mallarının alınması üçün 16 milyon manat ayrılıb

13.03.2026

Kapital Bank-dan Novruz fürsəti: nağd kreditlərə 6%-dək endirim ®

13.03.2026

1 trilyon dollarlıq hüquq bazarında yeni investisiya dalğası: “Harvey” startaplara maliyyə ayırır

13.03.2026

"Binance" ABŞ-da Anti-Terrorizm Aktı üzrə məhkəmədə iki həftə ərzində ikinci böyük hüquqi qələbəsini qazandı 

13.03.2026
Regionlar üzrə kredit faizləri

Regionlar üzrə kredit faizləri - İllik müqayisə

13.03.2026

“Sunday” startapı 165 milyon dollar investisiya alıb

13.03.2026

Naxçıvanda orta aylıq nominal əməkhaqqı 812 manat olub

13.03.2026

"Microsoft"un əsas rəhbərlərindən Rajeş Jha 30 ildən sonra vəzifəsindən ayrılır

13.03.2026
Ölkədə ən aşağı və ən yüksək maaş bu sahələrdədir

Ölkədə ən aşağı və ən yüksək maaş bu sahələrdədir - SİYAHI

13.03.2026

Məzənnə

Yüklənir...