Türkiyənin turizm cənnəti Fəthiyə

Redaktor

24.01.2025 12:18
529

Türkiyənin turizm cənnəti Fəthiyə

Türkiyənin bütün bölgələri ilin bütün fəsillərində turizm üçün əlverişlidir. Maraqlıdır ki, son illər Ümumdünya Turizm Təşkilatı da Türkiyənin turizm üçün ən gözəl və münbit şərait olduğunu açıq etiraf edir. Pandemiyadan sonra turizmin yüksək səviyyədə artım tempinin əsas səbəbi isə turistlərin üçün yaradılan şəraitdən irəli gəlir. Həmçinin türk mətbəxinin gözəlliyi və tarixi abidələrin çoxluğu, çimərliklərin çoxluğu Avropa ölkələrinin, həmçinin Rusiya, Qazaxıstan, Özbəkistan kimi ölkələrdən turistlərin axınına səbəb olub. Türkiyənin ən gözəl bölgələrindən biri olan Fəthiyə ilə tanış olaq. Fəthiyə Türkiyə Muğla əyalətinin 13 bölgəsindən biridir.

Qədim tarixə malik bu Fəthiyə e.ə. VI əsrdə Əhəmənilər İmperiyasına ərazisinə daxil olub. E.ə. V əsrdə isə Delos Birliyinin himayəsində olub. Fəthiyə şəhərinin E.ə. V əsrdə salındığı güman edilir. Bölgə E.ə. 362-ci ildə Likiyaya daxil olur. Qədim dövrdə Telmessos adlandırılan şəhər Likiyanın Kariya ilə sərhəddə yerləşən bir əyaləti olub. Telmessos şəhərinin əfsanəsinə görə Finikiya kralı Agenorun qızına vurulan Apollon, köpək cildinə girərək utancaq qıza yaxınlaşır və evlənirlər. Doğulan oğlana Telmessos adını qoyan Apollon, qurduğu bu şəhərə Telmessos adı verir. Roma və Bizans dövründə olduqca böyük mədəniyyət mərkəzi olan Telmessos, Tanrı Apollona adanmış məşhur bir dini mərkəz olduğu da ehtimal olunur. Farsların Anadoluya hücumu zamanı Likiya torpaqları ilə birgə farsların hakimiyyəti altına girdi. Bu Torpaqları Farsların Kariya satrapı Mausolos idarə edirdi.

E.ə. 333-cü ildə Makedoniyalı İsgəndərin işğalına məruz qalan Telmessos Makedoniyalılardan sonra Selevkilərin hakimiyyətini qəbul edir. E.ə. III əsrin sonlarında Misirdəki Lagos xanədanlığına daxil olur. Şəhər E.ə. 189-cu ildə Romalılar tərəfindən Bergama krallığına, E.ə. 133-cü ildə isə Likiya Birliyinə daxil olur. VIII əsrdə Bizans imperatoru II Anastasinin şərəfinə şəhər Anatasiapolis olaraq adlandırıldı. Rum Səlcuqlu dövləti dövründə Menteşe bəy rəhbərliyindəki türk boyu Bizansla sərhəddə yerləşən Muğla əyalətinə yerləşdirilir. Rum Səlcuqlu dövlətinin çökməsi ilə Menteşeoğulları bu torpaqlarda 1261-ci ildə öz bəyliyini qurdular. 1284-cü ildə Anatasiapolis adlanan şəhər Menteşeoğulları bəyliyinə daxil olur. 1424-cü ildə Menteşeoğulları bəyliyi Osmanlılar tərəfindən işğal olunarkən Anatasiapolisdə osmanlıların hakimiyyətinə girdi. Bu dövrdə əyalətin adı Meğri olaraq dəyişdirildi. Rum dilində Meğri “uzaq diyar” kimi tərcümə edilir. Bölgənin bu günkü adı 1914-cü ildə təyyarə qəzasında şəhid düşən Fəthi bəyin şərəfinə Fəthiyə olaraq dəyişdirilir. Fəthiyə bölgəsi 11 may 1919-cu il tarixindən 20 iyun 1920-ci il tarixinə qədər İtalyanların işğalı altında qalıb. Məhz bu səbəbdən Fəthiyədə müxtəlif xalqların mədəniyyətini, yemək ənənələrini görmək mümkündür. Turistlərin bu bölgəyə axın etməsinin bir səbəbi də məhz budur.

Fəthiyə bölgəsi Türkiyənin əhəmiyyətli turizm bölgələrindən biridir. Fəthiyə şəhərinin simvolu olan Amitas məzarı şəhəri əhatə edən təpə üzərində yerləşir. Burada o, açıq hava muzeyi görüntüsü yaradır. IV əsrdə Telmessos şəhərinin başçısı Kral Amintaşın şərəfinə hazırlandığı bu məzarla yanaşı, Telmessos akropoluna aid olan və Əziz John Cəngavərləri tərəfindən inşa edildiyi Qala qalıqları var. Qalanı, Fəthiyəni bir dəniz limanı kimi istifadə edən Rodos cəngavərləri XV əsrdə bərpa etdilər. Fəthiyənin mərkəzində gəzinti zamanı, Hökumət evinin baxçasında yer alan üzərində döyüşçü yazıları olan Qəbirdaşı diqqətimizi çəkəcək. Bundan başqa, qazıntılar nəticəsində ortaya çıxan Telmessos amfiteatrı ilkin Roma dövründə inşa edilib və 5000 nəfərlik binanın Bizans dövründə Arena olaraq istifadə edildiyi müəyyən edilib. Bu teatr körpünün arxasında yerləşir. Burada Osmanlı tərəfindən 1791-ci ildə inşa edilən Köhnə Məscid və bu gündə istifadə edilən 14 qübbəli və 6 kəmərli bir quruluşa sahib Fəthiyə hamamıda var. Bu iki abidə Paspatur məhəlləsindən də görünür. Bundan başqa 2001-ci ildə Fəthiyə Şəhidlər Abidəsini də görə bilərsiniz. Abidənin üstünə həkk edilən yazılarda döyüşlərdə şəhid olan əsgərləri görə bilərsiniz.

Fəthiyə Muzeyi

Fəthiyə muzeyi şəhərin mərkəzində yerləşir. Likiya, Əhəmənilər, Ellinizm, Roma və Bizans dövründə aid arxeoloji əsərləri görə biləcəyimiz muzeyin etnoqrafiya hissəsində yerli əhaliyə məxsus tikiş nümunələri, əl işləri, kaftanlar və digər əşyalar nümayiş edilir. Burada xüsusilə Üzümlü bölgəsinə xas olan “Dastar” tikiş dəzgahı var. Muzeyin açıq hissəsində böyük daş bloklu əsərlər, qəbir məzarları və Likiya mədəniyyətinə aid “İzraza abidəsi” sərgilənir. Telmessos və ətrafındakı digər antik şəhərlərdən qazıntılar nəticəsində əldə edilən əşyaları Fəthiyə muzeyində görə bilərsiniz.

Fəthiyə həm də dənizlə dağın, təbiətlə tarixin harmoniyasını özündə əks etdirir. Bir sözlə öz gözəlliyi ilə turistlərin qəlbini ovsunlayan Fəthiyəyə yolunuzu salsanız, həm Roma, həm Bizans, həm də Türkiyə mədəniyyətinin, tarixinin izləri ilə üz-üzə qalacaqsınız.

{gallery}

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Ən gənc milyarder uğurun sirrini açıqladı

07.12.2025

"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO

07.12.2025

Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU

07.12.2025

Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI

06.12.2025

Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO

06.12.2025

Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb

06.12.2025

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB

06.12.2025

Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI

06.12.2025

"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il

06.12.2025

Mərkəzi Banka yeni səlahiyyət verildi

06.12.2025

Azərbaycan manatını nə gözləyir?

06.12.2025

Onlar Azərbaycanda sağlamlıqlarına 13 milyon xərclədilər

06.12.2025
Bu şirkət tenderlərdə “zerkalnı” məbləğlər udur

Bu şirkət tenderlərdə “zerkalnı” məbləğlər udur - SİYAHI

06.12.2025

Sabahın hava proqnozu

06.12.2025

Azərbaycan nefti ucuzlaşıb

06.12.2025

Restoranlarda müştəriləri soymağın yeni üsulu: İstədikləri qədər haqq tələb edirlər

06.12.2025

Çilidən 7, Böyük Britanyadan 40 manata gətirilib

06.12.2025

Bu ərazidə ticarət mərkəzi tikiləcək

06.12.2025

Pambıq mahlıcının ixracı azalıb

06.12.2025

Qadınlara satış etmək kişilərə satışdan daha fərqlidir - SƏHƏR OXUSU

06.12.2025

Məzənnə

Yüklənir...