"YouTube"da nə baş verir? - Bəzi brauzerlərdə video yükləmək olmur

Redaktor

20.11.2023 18:58
759

"YouTube"da nə baş verir? - Bəzi brauzerlərdə video yükləmək olmur

“YouTube” istifadəçiləri bəzi brauzerlərdə video yükləməkdə çətinlik çəkməyə başlayıblar. 

Valyuta.az xəbər verir ki, bu barədə "gHacks" məlumat yayıb.

İstifadəçilərin sözlərinə görə, əsasən problem "Firefox", "Vivaldi", "Opera" və digər brauzerlərdən istifadə edənlərə təsir edir.

Mənbənin sözlərinə görə, bu brauzerlərdə “YouTube” videoçarxını açarkən istifadəçilər səhifə yüklənmədən və məzmun oynamazdan əvvəl bir neçə saniyə ərzində qara ekranla qarşılaşırlar. Ancaq bu problem bütün istifadəçilər üçün baş vermir.

Gecikmənin səbəbləri hələlik məlum deyil, lakin bunun aradan qaldırılması üçün bəzi yollar var. Məsələn, "YouTube"u anonim rejimdə açmağa və ya mobil cihazınızda videolara baxmağa cəhd edə bilərsiniz. İstifadəçilərə həmçinin brauzeri müəyyən edən "İstifadəçi-Agent" parametrini dəyişdirmək tövsiyə olunur.

Güman edilir ki, bu, "YouTube"un brauzerlərində reklam blokerləri quraşdırılmış istifadəçilərlə mübarizə üsuludur. Bunun üçün "Google" qəsdən koda səhifənin yüklənməsini 5 saniyə ləngidən xüsusi sətir əlavə edib.

“YouTube”un sahibi olan “Google” hələlik bu vəziyyətlə bağlı açıqlama verməyib.

Paşa Məmmədli

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Avropa dollara rəqib yaratmağa hazırdır?

01.02.2026

Naval Ravikant: “Zənginlik vaxtı azad etməkdir, pulu yox”

01.02.2026

Azərbaycan uşaq arabalarını haradan alır? - Ölkələr, Qiymətlər

01.02.2026

100 ildir istismar olunur, amma hələ də ən böyük mədənlərdən biridir

01.02.2026

Hansı şəhərimizdə fərdi sahibkarların sayı çoxdur?

01.02.2026

ABŞ-ın qızıl ehtiyatları 1,44 trilyon dolları keçdi

01.02.2026

“Heç vaxt avtomobil sürməyi öyrənmədim. Əvvəl çox kasıb idim, sonra çox varlı” – Palantir CEO-su

01.02.2026

McDonald qardaşlarının restoranı necə imperiyaya çevrildi? - SƏHƏR OXUSU

01.02.2026

Pomidor ixracından əldə olunan gəlir 192 milyon dollara çatıb

31.01.2026

İlham Əliyev Məsud Pezeşkiana zəng etdi

31.01.2026

İribuynuzlu heyvan idxalı artdı - Ət ucuzlaşacaq?

31.01.2026

Hansı cərimələrin ödətdirilməsi birbaşa əməkhaqqına yönləndiriləcək?

31.01.2026

"Apple"ın tarixi gəlir artımı RAM xərcləri ilə bağlı xəbərdarlıqla kölgədə qaldı

31.01.2026

Azərbaycanlı gənc BBC-nin məşhur verilişində 70 min funtluq investisiya təklifi aldı və vəsaitdən imtina etdi - MÜSAHİBƏ

31.01.2026

Qaradağda icra başçısından sonra üç vəzifəli şəxs də işini itirdi

31.01.2026

Bakı-Sumqayıt üzrə taksi qaydaları sərtləşdi - Sürücülər narazıdır-Video

31.01.2026

Onlayn sifariş edilən məhsullar niyə gecikir?

31.01.2026

ABŞ-ın enerji nəhənglərinin mənfəəti kəskin azaldı

31.01.2026

Milyonlarla yükləmədən sonra böyük eniş: "TikTok qatili" "ölür"

31.01.2026

Bakıda daha 2 müntəzəm marşrut xəttinin avtobusları yenilənib

31.01.2026

Məzənnə

Yüklənir...