Redaktor
Bu dəfə ən yüksək balı onlar topladı
Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi (DİM) I və IV ixtisas qrupları (o cümlədən III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni) üzrə 1 iyun 2025-ci il tarixində keçirilmiş qəbul imtahanının nəticəsini elan edib.
Valyuta.az xəbər verir ki, imtahanda I ixtisas qrupu üzrə ən yüksək nəticəni (400 bal) 2 nəfər – Neftçala rayonu Bankə qəsəbə 2 saylı orta məktəbin məzunu Əliyev Mirağa İxtiyar oğlu və Gəncə şəhər 13 saylı orta məktəbin məzunu İsmayılov Alı Vəfadar oğlu göstərib. İsmayılov Alı Vəfadar oğlu hər iki mərhələnin cəminə görə I ixtisas qrupu üzrə ən yüksək nəticəni (697.5 bal) göstərən abituriyentdir. O, imtahanın birinci mərhələsində 297.5 bal toplayıb.
İmtahanda IV ixtisas qrupu üzrə ən yüksək nəticəni (400 bal) 5 nəfər – Sumqayıt şəhər Texniki və Təbiət Elmləri Liseyinin məzunu Əliyeva Fidan Ayaz qızı, Mingəçevir şəhər 11 saylı orta məktəbin məzunu Hüseynli Arif Pərviz oğlu, Xaçmaz rayon 8 saylı şəhər orta məktəbinin məzunu Əliyeva Ləman Vasif qızı, Bakı şəhər 129 saylı orta məktəbin məzunu Babayev Anar Qurban oğlu, Bakı şəhər 220 saylı məktəb-liseyin məzunu Xəlilova Aylin Rauf qızı göstərib. Xəlilova Aylin Rauf qızı hər iki mərhələnin cəminə görə IV ixtisas qrupu üzrə ən yüksək nəticəni (697.5 bal) göstərən abituriyentdir. O, imtahanın birinci mərhələsində 297.5 bal toplayıb.
Xatırladaq ki, imtahanın I mərhələsində maksimal olaraq 300, II mərhələsində isə 400 bal toplamaq mümkündür. Müsabiqə hər iki mərhələdə toplanılan balların cəminə görə aparılır.
©Qafqazinfo
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərBu sığorta şirkətlərində iş var!
19.01.2026Yeni cərimə gəlir - 2500 manata qədər
19.01.2026Bakı metrosu gücləndirilmiş rejimdə işləyəcək
19.01.2026Azərbaycanda bu şəxslərə ikiqat maaş ödəniləcək
19.01.2026Ödənişli yolda sürət həddi bu qədər olacaq
19.01.2026
“Təcili satıram” deyənlərə inanmaq olarmı?
19.01.2026Nazir generalın yerinə onu təyin etdi
19.01.2026Baş nazir hüquqi şəxslərlə bağlı qərar imzaladı
19.01.2026Bu investisiya şirkəti ardıcıl ikinci ildir, səhm əməliyyatı aparmayıb
19.01.2026Ölkə iqtisadiyyatına investisiya qoyuluşu 6%-ə yaxın azalıb
19.01.2026
10 ildir evdən işləyən marketoloq: “Remote” iş hər kəs üçün uyğun deyil”
19.01.2026"Qoç ət" Məhəmməd Quliyevdən şikayət etdi
19.01.2026
"Azercell"də dəyişiklik - Bu xidmətləri də dayandırdı
19.01.2026Rubl ucuzlaşdı
19.01.2026"Ferrari"nin əfsanəvi modeli rekord qiymətə satıldı
19.01.2026Biznesdə ən bahalı səhvlər niyə sakit olur? - SƏHƏR OXUSU
19.01.2026