Redaktor
İlon Maskın robotaksi layihəsi ABŞ-da etiraza səbəb oldu (VİDEO)
"Tesla" şirkətinin Ostində robotaksi xidmətinə başlama planı, yerli əhalinin təhlükəsizliklə bağlı narahatlıqları və İlon Maskın siyasi əlaqələri səbəbilə etirazlarla qarşılanıb. Etirazçılar avtonom sürüş texnologiyasının risklərinə diqqət çəkirlər.
Valyuta.az xəbər verir ki, "Tesla"nın Texas ştatının Ostin şəhərində robotaksi xidmətinə start vermə planları genişmiqyaslı etirazlara səbəb olub. Elektrikli avtomobil istehsalçısı 22 iyun tarixini rəsmi təqdimat günü olaraq təyin etsə də, yerli ictimaiyyət bu layihəyə siyasi narazılıq və təhlükəsizliklə bağlı səbəblərlə qarşı çıxır.
CNBC-nin məlumatına görə, ictimai təhlükəsizlik müdafiəçiləri və siyasi fəallar "Tesla"nın Ostindəki robotaksi təqdimatına qarşı çıxaraq etiraz aksiyaları keçirirlər. "Dawn Project", "Tesla Takedown" və "Resist Austin" kimi təşkilatlar şirkətin avtonom sürüş sistemlərinin təhlükəsizlik çatışmazlıqlarına diqqət çəkirlər.
"Dawn Project" Ostin sakinlərinə "Tesla"nın tam avtonom sürüş (Full Self-Driving – FSD) texnologiyasının təhlükələrini göstərmək məqsədilə 13.2.9 versiyalı FSD proqramı ilə təchiz olunmuş "Tesla Model Y" avtomobili ilə etiraza qatılıb. Test zamanı bu avtomobilin dayanacaq nişanını və məktəb avtobusunu görməzdən gəldiyi, hətta maşının qarşısına yerləşdirilmiş uşaq fiqurunu tapdaladığı iddia olunub.
Qeyd edək ki, FSD proqramı avtomatik zolaq izləmə, sükan idarəsi və park etmə funksiyalarını əhatə edir.
Bu testin hansı şəraitdə həyata keçirildiyi və "Tesla"nın məsələ ilə bağlı rəsmi mövqeyi hələlik dəqiq deyil. Lakin ABŞ Milli Avtomobil Yolları Trafik Təhlükəsizliyi İdarəsi (NHTSA) tərəfindən yayımlanan məlumatlar, FSD proqramında baş verən nasazlıqların daha əvvəl də bir sıra qəza və toqquşmalara səbəb olduğunu göstərir.
"Dawn Project"in baş direktoru Den O'Daud, həmçinin "Ford" və "Toyota" kimi böyük avtomobil istehsalçılarına təhlükəsizlik sistemləri təqdim edən başqa bir texnologiya şirkətinin də rəhbəridir.
Ostin sakinlərinin davam edən etirazlarına baxmayaraq, "Tesla"nın şəhərdə robotaksi xidmətini istifadəyə verə bilib-bilməyəcəyi hələ də aydın deyil. Həftənin əvvəlində İlon Mask FSD proqramının yeni versiyası olan “X” haqqında paylaşım edib.
Maskın son dövrlərlərdəki fəaliyyəti "Tesla"ya qarşı ictimai reaksiyanı daha da gücləndirib. Mask Tramp administrasiyasından ayrılsa da, ictimaiyyətin bir hissəsi hələ də onu və "Tesla"nı tənqid etməyə davam edir. Bu mənfi imicin satışlara da təsir etdiyi bildirilir. "Tesla" "Cybertruck" modelinin satışlarını artırmaq məqsədilə bu avtomobili sıfır faiz faiz dərəcəsi ilə satışa çıxarmağı planlaşdırır.
In 8 consecutive tests $TSLA Full Self-Driving 13.2.9 ran down child mannequins crossing the road while illegally blowing past a stopped school bus during our live FSD demo in Austin. We’ve warned Tesla for 2.5 years. They’ve done nothing. Why isn’t somebody in jail? pic.twitter.com/56i06dAUod — Dan O'Dowd (@RealDanODowd) June 13, 2025
Paşa Məmmədli
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərUniversitetlər rəqabətə hazır olmalıdırlar - Nazir
18.12.2025Bu şirkətin 18 000 işçisinə 1500 manatlıq bonus veriləcək
18.12.2025Peşə Təhsili üzrə Dövlət Agentliyinə direktor təyin edildi
18.12.2025Sabah hava yağmursuz keçəcək
18.12.2025Rəsul Quliyev Bilgəhdəki torpaq sahəsini 5 milyon manata satıb
18.12.2025Təhsilin İnkişafı Fonduna yeni sədr təyin olundu
18.12.2025Meg O’Neill kimdir? BP-nin yeni rəhbəri barədə əsas məlumatlar
18.12.2025
"Bu biznesə başlamaq üçün yüksək məbləğdə sərmayəyə ehtiyac yoxdur" - 3 filialları var
18.12.2025Bir ekosistemindən yeni ödəniş həlli: m10 rəqəmsal kartı ilə sərhədsiz ödəniş dövrü başlayır
18.12.2025BP-nin Baş icraçı direktoru dəyişdi
18.12.2025131 min manat mənimsəyən direktor: "Özümə əlavə dərs saatları yazdırdım"
18.12.2025Milyarderlər siyahısına onun da adı əlavə olundu
18.12.202524 milyonluq şirkətə 5 milyonluq sifariş
18.12.2025Azərbaycan nefti bahalaşdı
18.12.2025
Başqasının adına şirkət təsis etmək hüquqi baxımdan nə dərəcədə asandır?
18.12.2025Azərbaycandan ən çox neft alan 5 ölkə - CƏDVƏL
18.12.2025Dollar sabit qaldı, Rubl ucuzlaşdı
18.12.2025