Azərbaycandan ən çox neft alan 5 ölkə

Redaktor

18.12.2025 09:18
122

Azərbaycandan ən çox neft alan 5 ölkə - CƏDVƏL

Cari ilin ilk 11 ayında Azərbaycan xarici bazarlara 22 milyon 132 min 445,56 ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib.

Valyuta.az xəbər verir ki, sözügedən ixracdan əldə olunan gəlir 11 milyard 514 milyon 966,53 min ABŞ dolları təşkil edib.

Ötən ilin eyni dövründə isə 21 milyon 555 min 781,63 ton xam neft və xam neft məhsulları ixrac olunub. İllik müqayisədə ixrac həcmi 576 min 663,93 ton və ya 2,67% artıb.

Bununla belə, ixracın dəyərində azalma qeydə alınıb. Belə ki, ötən ilin ilk 11 ayında xam neft və xam neft məhsullarının ixrac dəyəri 13 milyard 304 milyon 395,40 min ABŞ dolları olub.

İllik müqayisədə ixracdan əldə olunan gəlirlər 1 milyard 789 milyon 428,87 min ABŞ dolları və ya 13,44% azalıb.

Ölkə İxrac həcmi (ton) İxrac həcmi (min ABŞ dolları)
İtaliya 12 670 719,72 6 524 604,65
Çexiya 1 405 059,25 742 159,08
Xorvatiya 1 255 021,16 666 587,01
Rumıniya 1 043 111,41 559 691,19
Almaniya 956 716,48 502 018,65
18.12.2025

Sərvanə Rəmixanova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Məzənnə

Yüklənir...