Rüşvət alan bağça müdiri işdən çıxarıldı

Redaktor

18.12.2025 16:10
146

Rüşvət alan bağça müdiri işdən çıxarıldı

Zaqatala şəhəri Aydın Əhmədov adına 6 nömrəli körpələr evi-uşaq bağçasının sabiq müdiri Hasilova Lətifə Nizami qızı 1 dekabr 2025-ci il tarixindən vəzifəsindən azad olunub.

Valyuta.az xəbər verir ki, bu barədə Şəki-Zaqatala Regional Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, hazırda qeyd olunan məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırmalar aparılır.

Qeyd edək ki, Hasilova Lətifə Nizami qızının uşaq bağçasının müdiri işləyərkən çoxlu sayda vətəndaşdan müxtəlif məbləğlərdə pul alaraq onları həmin bağçaya işə götürəcəyinə dair söz verməsi və sonda vədinə əməl etməyərək həmin pulları mənimsədiyi iddia edilir. (Mənbə APA)

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Məzənnə

Yüklənir...