Bu bölgələrdə banka əmanət yerləşdirmək sərfəli deyil?

Redaktor

18.12.2025 14:30
137

Bu bölgələrdə banka əmanət yerləşdirmək sərfəli deyil?

Bu ilin noyabrın 1-nə olan məlumata görə, Azərbaycanda regionlar üzrə banklara cəlb olunmuş əmanətlərin ümumi həcmi 15 mlrd. 907 mln. 114 min manat təşkil edib. 

Valyuta.az xəbər verir ki, bunun isə 10 mlrd. 943 mln. 406 min manatı milli valyutadan əldə edilən əmanətlər olub. 

Milli valyutada ən az bank əmanəti Şərqi Zəngəzur iqtisadi rayonunda qeydə alınıb. Burada cəmi 939 min manat banklarda saxlanılıb.

Ən yüksək bank əmanəti isə paytaxt Bakıya məxsusdur. Şəhərdə banklarda yerləşdirilən əmanətlərin həcmi 9 mlrd. 169 mln. 934 min manat olub. 

Faiz göstəricilərinə gəldikdə isə, ən aşağı orta faiz dərəcəsi elə Şərqi Zəngəzur iqtisadi rayonunda qeydə alınıb - 4.07%. 

Daha sonra aşağı faiz dərəcəsi 4.23% ilə Mil-Muğan iqtisadi rayonunda olub. Ardınca Şirvan-Salyan 5.24%, Naxçıvanda və Qarabağ 5.45%, Şəki-Zaqatala  5.86% faiz dərəcəsi qeydə alınıb. 

Mayya Hüseynova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Məzənnə

Yüklənir...