Sən arıqladıqca onların sərvəti artır

Redaktor

17.06.2025 10:00
214

Sən arıqladıqca onların sərvəti artır

Son illərdə arıqlama dərmanlarına olan tələb getdikcə artır. Sosial şəbəkələrdə demək olar ki, bütün blogerlər və məşhurlar müxtəlif növ arıqlama dərmanlarını reklam edir.

Valyuta.az xəbər verir ki, bu dərmanlar insanların köklük problemlərini kökündən həll etmir, əksinə, bəzi hallarda ciddi fəsadlara yol açır. Buna baxmayaraq, dərman şirkətləri bu preparatlardan milyardlarla dollar qazanc əldə edirlər.

Sosial mediada olan “ideal bədən” təziqi və qlobal gözəllik standartları insanları bu zərərli və baha dərmanları almağa sövq edir. Tanınmış məşhurlar arasında Kim Kardaşyan, Elon Mask və başqalarnın bu cür dərmanlardan istifadə etməsi onlara olan təlabatı artırır.

Bəs kim qazanır?

Dünyaca məşhur Novo Nordisk (Ozempic, Wegovy) və Eli Lilly (Mounjaro) kimi şirkətlər bu sahədə liderdir. Novo Nordisk-in bazar dəyəri 2024-cü ilin sonuna 500 milyard dolları keçdi. Bu dərmanlar şirkətlərin gəlirində rekord artım yaradıb – təkcə Ozempic 10 milyard dollardan çox qazandırıb. ABŞ-da bir dozası 1300-1400 dollar arasında satılır.

Bu dərmanlar Azərbaycanda mövcuddurmu?

Bəli, “Ozempic” və “Wegovy” kimi dərmanlar Azərbaycanda bəzi apteklərdə rəsmi olaraq satılır. Amma əsas problem onların məhdud miqdarda, bəzən də çox baha qiymətə mövcud olmasıdır. Bəzi vətəndaşlar bu dərmanları xaricdən sifariş edərək, ya da sosial şəbəkələrdə təklif olunan kanallar vasitəsilə əldə etməyə çalışır. Bu isə saxta və keyfiyyətsiz dərman riskini artırır. Azərbaycanda bu dərmanların bir dozası 300-700 manat arasında dəyişir.

Təəssüf ki, sosial şəbəkələrdə və “Telegram” qruplarında bu dərmanların satışı ilə bağlı çoxlu qeyri-rəsmi elanlara da rast gəlmək mümkündür. Orijinal adı ilə satılan, amma tərkibi bilinməyən preparatlar sağlamlıq üçün real təhlükə yaradır. Bu dərmanları aldıqda, istehlakçılar ayıq olmalı və lisenziyalı preparatlara müraciət etməlidirlər.

Bəs bu preparatlar zərərlidirmi?

Bu dərmanlar piylənmə ilə mübarizədə bəzən effektiv olsa da, həkimlər yalnız tibbi zərurət olduqda, yəni piylənmə və ya şəkərli diabet diaqnozu  təyin edildikdə istifadəsini tövsiyə edir. Bəzi mütəxəssislər dərmanın tərkibindəki maddələrin uzunmüddətli istifadədə mədə-bağırsaq sisteminə, psixoloji vəziyyətə, hətta hormonlara təsir etdiyini bildirirlər.

Arıqlama dərmanları əslində tibbi ehtiyacla başlayan, amma sosial təzyiq, bədən idealları və farmasevtik maraqlarla böyüyən bir sənayenin parçasına çevrilib. Azərbaycanda da bu dərmanlara maraq artır. Amma bu maraq bir tərəfdən sağlamlıq arzusu, digər tərəfdən gizli bazar, yüksək qiymət və riskli istifadə ilə müşayiət olunur.

Sonda sual budur: Həqiqətən arıqlayırsanmı, yoxsa sadəcə sistemin qazanc obyektinə çevrilmisən?

Tənzilə Ağabalayeva

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Kənd məktəbində bir uşağın illik orta xərci bir neçə nəfərin Bakıda özəl təhsilinə bərabərdir - Nazir

15.12.2025

Bir gecəlik istirahətə görə 60 min dollar

15.12.2025

Dövlət Vergi Xidməti 10 milyon manatlıq tenderi elan edib

15.12.2025

Gömrük generalı təqaüdə göndərildi

15.12.2025

Azərbaycanda NVIDIA H200 çipləri ilə işləyən superkompüter mərkəzi quruldu

15.12.2025

Çin Braziliyanın qızıl yataqlarını alır və bazar liderliyini gücləndirir

15.12.2025

Bu avtomobillər ucuzlaşa bilər?

15.12.2025

Yanan binanın sakinlərinə təzminat ayrıldı

15.12.2025

2026-cı ildə daşınmaz əmlak bazarını nə gözləyir?

15.12.2025

FHN yanğın təhlükəli sexlərin fəaliyyətini dayandırdı

15.12.2025

Məlumatları milyardlarla il saxlaya bilən "5D yaddaş" texnologiyası təqdim edildi

15.12.2025

"General-mayor" ali hərbi rütbəsi alan Seymur Qaraşov kimdir?

15.12.2025

Şirkətin tarixində ilk: "Volkswagen" Almaniya zavodunda istehsalı dayandırır

15.12.2025

İcra başçısı baş mütəxəssisi işdən çıxardı

15.12.2025

Sumqayıtda böyük söküntü - İcra Hakimiyyətindən açıqlama

15.12.2025
Yarım milyon borcu olan şirkət kimindir?

Yarım milyon borcu olan şirkət kimindir?

15.12.2025

Aeroport yolunda sürət həddi endirildi

15.12.2025

Cəbrayılda milyonluq tender elan edilib

15.12.2025

Şəxsiyyət və sürücülük vəsiqələri bu qaydada veriləcək - YENİLİK

15.12.2025

İnsanlar riski kağız üzərində idarə edir, amma küçədəki sınaq...

15.12.2025

Məzənnə

Yüklənir...