Redaktor
Tibb işçiləri arasında özəl və dövlət fərqi olmayacaq
Səhiyyə Nazirliyi iki ildən artıqdır ki, bu layihələri hazırlayıb və aidiyyəti qurumlarla razılaşdırıb.
Bunu Səhiyyə Nazirliyinin İnsan resursları, elm və təhsil şöbəsi müdirinin müavini Təranə Əhmədova Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında Əmək Məcəlləsində, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Özəl tibb fəaliyyəti haqqında” və “Dərman vasitələri haqqında” qanunların müzakirəsi zamanı bildirib.
"Həqiqətən tibb mütəxəssislərinin peşəkarlıq səviyyəsinin yoxlanılması məqsədilə əvvəllər 5 ildən bir dövri olaraq imtahan cəlb olunurdularsa, indi yeni – davamlı peşəkar inkişaf şəklində yanaşma təklif olunur”,-o deyib.
Səhiyyə Nazirliyinin rəsmisi 5 ildən bir dövri imtahan tibb mütəxəssiləri, həkimlər, orta tibb işçiləri, həm də əczaçılara şamil olunmasının əhəmiyyətindən də danışıb:
" Bu da ona imkan verəcək ki, onlar öz bilik və bacarıqlarını təkmilləşdirəcəklər. Sertifkasiya imtahanın qaydalarında da, test suallarının özündə də dəyişiklik olunacaq. Sualların yenilənməsi, onların mürəkkəblik dərəcəsinə görə sadə, orta və mürəkkəbə ayrılması baxımından da təkmilləşmə olacaq.
Kreditlərlə bağlı isə, tədris və elmi tədbirlərin akkreditasiyasını Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurası həyata keçirəcək. Bundan başqa, davamlı peşəkar inkişaf tədbirlərinin akkreditasiya qaydasını və davamlı peşəkar inkişaf tədbirlərinin kredit ekivalentlərinin təsdiqlənməsi üçün tələblər də Səhiyyə Nazirliyi tərəfindən hazırlanaraq təsdiq olunacaq. Tibb işçilərinin kredit ekvivalenti çox fərqli olacaq. Məsələn, elmi fəaliyyətlə bağlı kredit ekvivalenti daha yüksəkdir. Özəl və dövlət sektorunda fərqlənmə olmayacaq, bütün tibb mütəxəssislərinə şamil olunacaq”.
©modern.az
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərAzərbaycana düyü idxalı azalıb
28.03.2026Novruzdan sonra əl yandıran qiymətlər: Çərəzlər ucuzlaşmadı - VİDEO
28.03.2026Aprelin 1-dən yeni cərimə qüvvəyə minir
28.03.2026Bu gün işıqlar bir saatlıq söndürüləcək
28.03.2026Varlanmağın gizli qalan 8 qaydası
28.03.2026Torpaq almaq istəyənlərin nəzərinə - Kəskin bahalaşacaq
28.03.2026Azərbaycandan Rusiyaya ixrac artıb
28.03.2026Azərbaycana əczaçılıq məhsullarının idxalı azalıb, ixracı isə artıb
28.03.2026Avropada enerji və yanacaq çatışmazlığı riski artır
28.03.2026"Volkswagen" "Rivian"a əlavə 1 milyard dollar investisiya edir
28.03.2026Bəhreyn və Küveytin hava məkanı 29 gündür bağlıdır
28.03.2026Azərbaycan nefti bahalaşmaqda davam edir
28.03.2026Azərbaycanda gümüş istehsalı azalıb, ehtiyatlar açıqlanıb
28.03.2026ADY: Qatarların qrafikində qismən kənara çıxma halları ola bilər
28.03.2026Nadir "Ferrari Enzo" satışa çıxarılır - Qiyməti məlum oldu
28.03.2026Qəribə ideyalarla pul qazanan 8 fərqli insan - SƏHƏR OXUSU
28.03.2026"Google Translate"in real vaxt tərcümə funksiyası genişləndirilir
27.03.2026Yalnız biznes-klass xidmətləri təqdim edən lüks hava yolu şirkəti Maldivlərə yeni reyslər açır
27.03.2026