Xaricdən çay alışında 6 milyon dollarlıq azalma – Qiyməti ucuzlaşıb

Redaktor

25.05.2024 20:39
484

Xaricdən çay alışında 6 milyon dollarlıq azalma – Qiyməti ucuzlaşıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycan xarici ölkələrdən 3 min 577 ton miqdarında çay alıb. 

Valyuta.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu miqdarda məhsulun dəyəri 17 milyon 753 min ABŞ dolları olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 906 ton (20,2%), dəyər ifadəsi ilə 6 milyon 215 min ABŞ dolları (25,9%) azdır. 2023-cü ilin ilk dörd ayında Azərbaycan xarici ölkələrdən 4 min 483 ton miqdarında 23 milyon 968 min ABŞ dolları dəyərində çay alıb.

Hesabat dövründə xaricdən aldığımız çayın bir kiloqramı üçün orta qiyməti 4,96 ABŞ dolları olub ki, bu da illik müqayisədə 0,38 ABŞ dolları və ya 7,1 faiz ucuzdur. Ötən ilin eyni dövründə bu, 5,34 ABŞ dolları olub.

Qeyd edək ki, cari ilin ilk dörd ayında idxal olunan çay ümumi idxalın 0,32 faizini təşkil edib.

Əvəz Həsənov

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Məzənnə

Yüklənir...