Redaktor
Türkiyə turistlərin ölkəyə giriş qaydalarını dəyişdirdi - DİQQƏT!
Türkiyə artıq bazar ertəsindən - martın 15-dən əcnəbilərin ölkəyə giriş prosedurunu dəyişdirəcək.
“Report” xəbər verir ki, bu barədə Rusiya Turoperatorları Assosiasiyası (ATOR) böyük aviadaşıyıcıya istinadən məlumat verib.
İndi turistlərin xüsusi elektron anket doldurması lazımdır.
Türkiyə Səhiyyə Nazirliyi Türkiyəyə olan bütün uçuşlarda koronavirusun yayılmasına nəzarət etmək üçün kağız anketin doldurulması tələbini ləğv edir. Bu, tranzit səyahət edən qonaqlar üçün istisna təşkil ediləcək: onlar təyyarənin göyərtəsində bu sənədi doldurmalı olacaqlar.
Turistlər üçün yeni qaydalara görə, gələn bütün vətəndaşlar, o cümlədən Türkiyə vətəndaşları səyahətdən 72 saat əvvəl Səhiyyə Nazirliyinin saytında (//register.health.gov.tr) formanı doldurmalıdırlar. Bu sənədin həm çap olunması, həm də elektron cihaza (smartfon və ya planşet) yüklənməsi lazımdır.
Sənədi uçuşun həyata keçiriləcəyi hava limanında aviaşirkət əməkdaşına təqdim etmək lazımdır.
Türkiyə Səhiyyə Nazirliyinin saytında qeydiyyatdan keçərkən sistem işlək mobil telefonun məlumatlarını daxil etməyinizi tələb edir. Bundan sonra proqram turistə HES kodu verir. Bu kod ölkə üzrə hərəkət etmək üçün, hotellərdə giriş zamanı və bir sıra obyektlərə və tədbirlərə gedərkən lazım olacaq.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər
Köhnə rəhbərlər uduzacaq - Elmi idarəçilik zamanıdır
17.03.202613 yaşında proqramlaşdırmaya başlayan azərbaycanlı qız bu gün süni intellekt mühəndisidir
17.03.2026Avro bahalaşır
17.03.2026
Ehtiyac olmadığı halda endirimli məhsul almaq qazanc sayılır, yoxsa əlavə xərc?
17.03.2026Aldığı cərimə yeni biznes modelinin əsasını qoydu - SƏHƏR OXUSU
17.03.2026“Cylake” yeni kibertəhlükəsizlik şirkəti kimi fəaliyyətə başlayıb
16.03.2026Paytaxtın bu prospektində hərəkət sxemi dəyişir
16.03.2026Samir Nuriyev Xocavənddə iclas keçirdi - Tapşırıqlar verdi
16.03.2026Səhvlərdən doğan milyard dollarlıq ideyalar
16.03.2026“Beş qitə - 500 startap” devizi ilə “Startup School 4” layihəsin' qeydiyyat başlayıb
16.03.2026