Ötən il dövlət büdcəsində yarım mlrd. manatdan çox kəsir yaranıb

Redaktor

24.03.2025 19:31
656

Ötən il dövlət büdcəsində yarım mlrd. manatdan çox kəsir yaranıb

2024-cü ildə dövlət büdcəsində 555,5 mln. manat kəsir (defisit) yaranıb.

Valyuta.Az rəsmi mənbələrə istinadən xəbər verir ki, ötən il dövlət büdcəsinin gəlirləri 37 mlrd. 164,2 mln. manat, xərcləri 37 mlrd. 719,7 mln. manat olub. 

2024-cü ilin dövlət büdcəsinin gəlirlərinin 

- 15 mlrd. 808 mln. manatı vergi və rüsumlar üzrə daxilolmalarının;
- 12 mlrd. 781 mln. manatı Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin; 
- 6 mlrd. 648,7 mln. manatı gömrük rüsumları və idxala görə vergi daxilolmalarının;
- 547,9 mln. manatı büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmaların;
- 250 mln. manatı Mərkəzi Bankın reallaşdırılmış mənfəətinin sərbəst qalığından daxilolmaların;
-  37,6 mln. manatı dövlət  əmlakının icarəyə verilməsindən daxilolmaların;
- 1 mlrd. 21,1 mln. manatı sair daxilolmaların;
- 69,9 mln. manatı məqsədli büdcə fondları üzrə daxilolmaların payına düşüb.

2024-cü il dövlət büdcəsi xərclərinin 

- 21 mlrd. 800,3 mln. manatı cari xərclərə;
- 14 mlrd. 623,8 mln. manatı əsaslı xərclərə;
- 1 mlrd. 295,6 mln. manatı dövlət borcuna xidmətlə bağlı xərclərə yönəldilib. 

Bundan əlavə 2024-cü il üzrə funksional təsnifata müvafiq olaraq

- iqtisadi fəaliyyət xərcləri 9 mlrd. 701,2 mln. manat
- səhiyyə xərcləri 1 mlrd. 827,5 mln. manat
- təhsil xərcləri 4 mlrd. 390,1 mln. manat
- ətraf mühitin mühafizəsi xərcləri 361,9 mln. manat
- mənzil və kommunal təsərrüfatı xərcləri 319,5 mln. manat
- müdafiə və milli təhlükəsizlik xərcləri 6 mlrd. 563,6 mln. manat
- sosial müdafiə və sosial təminat xərcləri 4 mlrd. 151,3 mln. manat
-  məhkəmə hakimiyyəti, hüquq  mühafizə  və prokurorluq bölməsi üzrə xərcləri 2 mlrd. 809,8 mln. manat
- kənd təsərrüfatı xərcləri 1 mlrd. 102,1 mln. manat
- ümumi dövlət xidmətləri xərcləri 4 mld. 115,2 mln. manat
- əsas bölmələrə aid edilməyən xidmətlər bölməsi üzrə xərcləri 1 mlrd. 880,4 mln. manat
- mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərcləri 497,1 mln. manat təşkil edib.

2025-ci ildə dövlət büdcəsinin kəsiri 3 mlrd. 51,6 mln. manat proqnozlaşdırılır ki, bunun da 2 mlrd. 672,3 mln. manatının borclanma, 250 mln. manatının vahid xəzinə hesabının qalığı, 110 mln. manatının özəlləşmədən daxilolmalar və 19,3 mln. manatının məqsədli büdcə fondlarının vəsaitinin qalığı hesabına maliyyələşdirilməsi nəzərdə tutulur.

Rəhim

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

2026-cı ildə daşınmaz əmlak bazarını nə gözləyir?

15.12.2025

FHN yanğın təhlükəli sexlərin fəaliyyətini dayandırdı

15.12.2025

Məlumatları milyardlarla il saxlaya bilən "5D yaddaş" texnologiyasını təqdim edildi

15.12.2025

"General-mayor" ali hərbi rütbəsi alan Seymur Qaraşov kimdir?

15.12.2025

Şirkətin tarixində ilk: "Volkswagen" Almaniya zavodunda istehsalı dayandırır

15.12.2025

İcra başçısı baş mütəxəssisi işdən çıxardı

15.12.2025

Sumqayıtda böyük söküntü - İcra Hakimiyyətindən açıqlama

15.12.2025
Yarım milyon borcu olan şirkət kimindir?

Yarım milyon borcu olan şirkət kimindir?

15.12.2025

Aeroport yolunda sürət həddi endirildi

15.12.2025

Cəbrayılda milyonluq tender elan edilib

15.12.2025

Şəxsiyyət və sürücülük vəsiqələri bu qaydada veriləcək - YENİLİK

15.12.2025

İnsanlar riski kağız üzərində idarə edir, amma küçədəki sınaq...

15.12.2025

Bu şəhərə köçmək istəyənlərə 30 min dollar veriləcək

15.12.2025

"Apple" 2026-cı ilin əvvəlində qiymətləri kəskin artıracaq

15.12.2025

Azərbaycanla bu ölkə arasında viza rejimi qismən ləğv edildi

15.12.2025

Prezidentin yüksək vəzifə verdiyi Aida Hüseyn kimdir? - DOSYE

15.12.2025

Prezident nazirliyin işçilərini təltif etdi - SİYAHI

15.12.2025

Pulunuzu evdə saxlayırsınızsa, hər 100 manatdan 10 manat itirirsiniz - İqtisadçı

15.12.2025

Prezident 3 nəfərə general rütbəsi verdi - SƏRƏNCAM

15.12.2025

Rabitəbank “11:FS PULSE” Platforması ilə əməkdaşlığa başladı ®

15.12.2025

Məzənnə

Yüklənir...