Redaktor
Təhsil platforması 16 milyon dollar investisiya aldı
Süni intellekt dəstəkli təhsil platforması “Oboe” 16 milyon dollar investisiya cəlb edib. Şirkətin B seriyası yatırım turuna “Andreessen Horowitz” (a16z) rəhbərlik edib.
Valyuta.az xəbər verir ki, ABŞ mərkəzli “Oboe”nin bu mərhələdəki investisiya raunduna həmçinin “Eniac”, “Haystack”, “Offline”, “Factorial” fondları, eləcə də Adam D’Anjelo, Qerri Tan, Lennı Raxitski, Mati Staniszevski, Mayki Şulman, Cerid Hext və M.Q. Siqler kimi fərdi investorlar qatılıb.
Şirkət yeni maliyyələşdirmədən qlobal miqyasda daha sürətli genişlənmək və məhsulunu daha çox istifadəçiyə çatdırmaq məqsədilə istifadə edəcəyini bildirib.
Bu il “Anchor”ın həmtəsisçiləri Nir Zixerman və Maykl Miqnano tərəfindən yaradılan “Oboe” fərdiləşdirilmiş öyrənmə təcrübəsi təqdim edir. İstifadəçi öyrənmək istədiyi mövzunu müəyyən etdikdən sonra platforma bu məqsədi analiz edir və onun üçün uyğun öyrənmə yolu formalaşdırır. Sistem mövzuları məntiqli ardıcıllıqla bölümlərə ayırır.
“Oboe” yalnız mətn məzmunu ilə kifayətlənmir. Platforma dərs izahları, açıqlamalar, nümunələr və xülasələrlə yanaşı, podkast formatında avtomatik səsləndirilmiş dərslər də yaradır. Bu səs materialları dərsin strukturuna uyğun dinamik tonla təqdim olunur. Həmçinin, kurslara viktorinalar, mini testlər və xüsusilə STEM sahələrində öyrənməni möhkəmləndirən flaşkartlar əlavə edilir. Beləliklə, platforma müəllim yanaşmasını simulyasiya edərək istifadəçiyə hərtərəfli tədris proqramı təqdim edir.
Hazırda yalnız ingilis dilində məzmun təqdim edən “Oboe”, gələcəkdə çoxdilli dəstək və mobil tətbiqlə qlobal əlçatanlığını artırmağı planlaşdırır. Platforma limitsiz kurs yaratmaq imkanı versə də, bəzi bölümlərə çıxış üçün abunəlik modelləri təklif olunur.
Mayya Hüseynova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərSüni intellektin fakturası telefonlara ötürülür: Populyar modellər bahalaşır
13.03.2026Araşdırmaya vaxtı olmayanlar üçün Uorren Baffetin 6 investisiya məsləhəti
13.03.2026Google çoxlu sayda universitet diplomu olmayan insanları işə götürür
13.03.2026AYNA: 83 nömrəli müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir
13.03.2026Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb
13.03.2026"Nvidia": Gələcək videokartlar indikilərdən milyon dəfə sürətli olacaq
13.03.2026"Jo Malone" brendinin sahibi Co Maloneyə qarşı iddia qaldırdı
13.03.2026Avtobuslarda yeni qiymətlər müəyyənləşdi - CƏDVƏL
13.03.2026Üç dəfə iflas etdi, dördüncü cəhddə 50 milyonluq brend qurdu
13.03.2026
İnvestisiya şirkətlərinin əməliyyat sayına görə RENKİNQİ
13.03.2026"İxtisarlar edərək insanları işsiz qoymaq təşəbbüsləri narahatlıq doğurur" - Komitə sədri
13.03.2026Reabilitasiya mallarının alınması üçün 16 milyon manat ayrılıb
13.03.2026Kapital Bank-dan Novruz fürsəti: nağd kreditlərə 6%-dək endirim ®
13.03.20261 trilyon dollarlıq hüquq bazarında yeni investisiya dalğası: “Harvey” startaplara maliyyə ayırır
13.03.2026"Binance" ABŞ-da Anti-Terrorizm Aktı üzrə məhkəmədə iki həftə ərzində ikinci böyük hüquqi qələbəsini qazandı
13.03.2026
Regionlar üzrə kredit faizləri - İllik müqayisə
13.03.2026“Sunday” startapı 165 milyon dollar investisiya alıb
13.03.2026Naxçıvanda orta aylıq nominal əməkhaqqı 812 manat olub
13.03.2026"Microsoft"un əsas rəhbərlərindən Rajeş Jha 30 ildən sonra vəzifəsindən ayrılır
13.03.2026