Süni intellektlə hazırlanmış 7 musiqi klipi

Redaktor

06.07.2025 20:24
251

Süni intellektlə hazırlanmış 7 musiqi klipi

Son vaxtlar musiqi kliplərində süni intellektin istifadəsi sürətlə yayılır. Bir çox sənətçi kliplərinin yaradılmasında AI texnologiyalarından yararlanmağa başlayıb. Artıq vizual təsvirlər, animasiyalar və hətta personajlar belə süni intellektlə hazırlanır.

Valyuta.az süni intellektlə hazırlanan yeddi fərqli və maraqlı musiqi klipini təqdim edir.

Disturbed – Bad Man

Amerikalı rok qrupu Disturbed 2022-ci ildə “Bad Man” klipində Midjourney platformasından istifadə edib. Rejissor Tristan Holmesin rəhbərliyi ilə 10 minə yaxın süni intellektlə yaradılmış görüntü birləşdirilərək 30 gün ərzində unikal bir klip ortaya çıxarılıb. Bu klip o dövrdə digər AI layihələrindən fərqlənməyi bacarmışdı.

Linkin Park – Lost

2023-cü ildə yayımlanan bu klipdə Linkin Park qrupunun “Meteora|20” albomundan olan “Lost” mahnısına vizual tərtibat verilib. Qrupun orijinal görüntüləri süni intellektlə yaradılan vizuallarla birləşdirilərək təqdim olunub. Klipin hazırlanmasında Kaiber platformasından istifadə edilib.

Peter Gabriel – The Court

Peter Gabriel 2023-cü ildə Stability AI ilə birlikdə #DiffuseTogether adlı musiqi videosu yarışması keçirdi. Yarışmada iştirakçılar Stable Diffusion texnologiyası ilə onun “i/o” albomundan olan mahnılara uyğun animasiyalar yaratdılar. Qalib işlər rəsmi klip kimi yayımlandı və sənayenin AI texnologiyalarına marağını daha da artırdı.

Periphery – Atropos

Proqressiv metal janrında fəaliyyət göstərən Periphery qrupunun “Atropos” adlı mahnısına 2023-cü ildə yayımlanan süni intellekt dəstəkli klipi geniş maraqla qarşılandı. Klipdə Stable Diffusion texnologiyası ilə yaradılan abstrakt və dəyişkən vizual dünyalar yer alır.

Washed Out – The Hardest Part

Şəxsi adı Ernest Weatherly Greene Jr. olan musiqiçi Washed Out 10 il əvvəl düşündüyü bir ideyanı Sora vasitəsilə gerçəkləşdirə bildi. Klip rejissor Paul Trillonun təlimatlarına əsasən OpenAI-ın video generasiya aləti ilə 55 hissə şəklində hazırlanıb və Adobe Premieredə birləşdirilib.

Serdar Ortaç – Kış Kış

Türkiyəli sənətçi Serdar Ortaçın “Kış Kış” adlı mahnısına çəkilən klipdə sənətçi fiziki olaraq iştirak etməsə də, süni intellekt texnologiyası ilə rəqəmsal olaraq cavanlaşdırılıb. Ortaç klipdə 1990-cı illərdəki görünüşü ilə əks olunub. Vizual materiallar @turkart_ai tərəfindən yaradılıb, klipin rejissoru Erkan Nas, montajı isə Betül Şahin tərəfindən həyata keçirilib.

Sezen Aksu feat. Ozan Bayraşa – Doğrucu

Sezen Aksu və Ozan Bayraşa əməkdaşlığı ilə ərsəyə gələn “Doğrucu” klipi Google-un Veo 3 süni intellekt aləti ilə hazırlanıb. “Paşa Gönül Şarkıları” albomunda yer alan bu klip, Google Gemini və Veo 3 texnologiyaları ilə vizuallaşdırılıb. Klipin rejissoru Öner S. Biberkökü olub.

Sərvanə Rəmixanova

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Kənd məktəbində bir uşağın illik orta xərci bir neçə nəfərin Bakıda özəl təhsilinə bərabərdir - Nazir

15.12.2025

Bir gecəlik istirahətə görə 60 min dollar

15.12.2025

Dövlət Vergi Xidməti 10 milyon manatlıq tenderi elan edib

15.12.2025

Gömrük generalı təqaüdə göndərildi

15.12.2025

Azərbaycanda NVIDIA H200 çipləri ilə işləyən superkompüter mərkəzi quruldu

15.12.2025

Çin Braziliyanın qızıl yataqlarını alır və bazar liderliyini gücləndirir

15.12.2025

Bu avtomobillər ucuzlaşa bilər?

15.12.2025

Yanan binanın sakinlərinə təzminat ayrıldı

15.12.2025

2026-cı ildə daşınmaz əmlak bazarını nə gözləyir?

15.12.2025

FHN yanğın təhlükəli sexlərin fəaliyyətini dayandırdı

15.12.2025

Məlumatları milyardlarla il saxlaya bilən "5D yaddaş" texnologiyası təqdim edildi

15.12.2025

"General-mayor" ali hərbi rütbəsi alan Seymur Qaraşov kimdir?

15.12.2025

Şirkətin tarixində ilk: "Volkswagen" Almaniya zavodunda istehsalı dayandırır

15.12.2025

İcra başçısı baş mütəxəssisi işdən çıxardı

15.12.2025

Sumqayıtda böyük söküntü - İcra Hakimiyyətindən açıqlama

15.12.2025
Yarım milyon borcu olan şirkət kimindir?

Yarım milyon borcu olan şirkət kimindir?

15.12.2025

Aeroport yolunda sürət həddi endirildi

15.12.2025

Cəbrayılda milyonluq tender elan edilib

15.12.2025

Şəxsiyyət və sürücülük vəsiqələri bu qaydada veriləcək - YENİLİK

15.12.2025

İnsanlar riski kağız üzərində idarə edir, amma küçədəki sınaq...

15.12.2025

Məzənnə

Yüklənir...