Redaktor
Süni intellektin əmək bazarına təsiri - "Dünya İqtisadi Forumu"nun hesabatı
"Süni intellekt iş yerlərini əvəz edir: işəgötürənlərin 41%-i süni intellektin müəyyən vəzifələri avtomatlaşdırması səbəbindən işçi sayını azaltmağı planlaşdırır."
Valyuta.Az "CNN"ə istinadən xəbər verir ki, bu, Dünya İqtisadi Forumunun ("DİF") çərşənbə günü yayımladığı araşdırmada qeyd olunub.
Dünya üzrə yüzlərlə iri şirkət arasında aparılan sorğunun nəticələrinə əsasən, respondentlərin 77%-i 2025-2030-cu illər arasında mövcud işçiləri süni intellektlə daha yaxşı işləmək üçün yenidən ixtisaslaşdırma və bacarıqlarını təkmilləşdirməyi planlaşdırdıqlarını bildirib. Lakin "DİF"in "Gələcəyin iş yerləri haqqında hesabat"ında əvvəlki, 2023-cü il nəşrindən fərqli olaraq qeyd olunur ki, bu ilki hesabatda süni intellekt də daxil olmaqla əksər texnologiyaların iş yerlərinə “ümumilikdə müsbət təsir” göstərəcəyi vurğulanmayıb.
"DİF"in bu ay Davosda keçiriləcək illik toplantısı ərəfəsində yayımladığı press-relizdə belə vurğulanır: “Süni intellekt və bərpa olunan enerji sahəsindəki irəliləyişlər əmək bazarını dəyişir - bəzi texnologiya və ixtisaslaşmış vəzifələrə tələbatı artırır, eyni zamanda qrafik dizaynerlər kimi bəzi işlərin azalmasına səbəb olur.”
Hesabatda "DİF"in icraçı direktoru Saadiyə Zahidi qeyd edib ki, generativ süni intellekt sənayeləri və sektorlarda müxtəlif vəzifələri yenidən formalaşdırır. Bu texnologiya istifadəçilərin göstərişlərinə cavab olaraq orijinal mətnlər, şəkillər və digər məzmunlar yarada bilir.
Süni intellektin və digər tendensiyaların təsiri nəticəsində növbəti illərdə ən sürətlə azalan iş yerləri arasında poçt xidmətləri işçiləri, icraçı katiblər və əməkhaqqı üzrə mühasiblər yer alır.
Hesabatda deyilir: “Qrafik dizaynerlər və hüquqi katiblər kimi peşələrin ilk dəfə olaraq ən sürətlə azalan iş rolları sırasına daxil olması, generativ süni intellektin bilik əsaslı işləri yerinə yetirmə qabiliyyətinin artmasını göstərə bilər.”
Bununla yanaşı, süni intellekt bacarıqlarına olan tələbat artır. Sorğunun nəticələrinə əsasən, şirkətlərin təxminən 70%-i süni intellekt alətləri və təkmilləşdirmələrini dizayn etmək bacarığı olan yeni işçiləri işə götürməyi planlaşdırır, 62%-i isə süni intellektlə daha yaxşı işləyə biləcək kadrları cəlb etmək niyyətindədir.
Hesabatda daha optimist yanaşma sərgilənib və qeyd edilib ki, generativ süni intellekt kimi texnologiyaların iş yerlərinə əsas təsiri insan bacarıqlarını “insan-maşın əməkdaşlığı” vasitəsilə gücləndirmək potensialında ola bilər. Bu isə “insan mərkəzli bacarıqların davam edən əhəmiyyətini” nəzərə alaraq, tam əvəzlənmədən daha vacib ola bilər.
Bununla belə, artıq bir çox işçi süni intellekt tərəfindən əvəz edilib. Son illərdə bəzi texnologiya şirkətləri, o cümlədən "Dropbox" sənəd saxlama xidməti və "Duolingo" dil öyrənmə tətbiqi, süni intellekti işçi ixtisarlarının səbəbi kimi göstərib.
Rəhim
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərAzərbaycanda virtual kartların sayı 24 % artıb
12.03.2026İrandan Azərbaycana gətirilən portağalda rəngləyici maddə aşkarlandı
12.03.2026DVX-nin Baş İdarəsinə rəis və rəis müavini təyinatı oldu
12.03.2026Azərbaycanın ödəniş bazarı iştirakçıları ötən il 63 milyard manatlıq əməliyyat aparıb
12.03.2026AMB: Ötən il nağdsız ödənişlərin ümumi məbləği 100 milyard manata yaxın olub
12.03.2026Alüminiumun qiyməti bahalaşdı
12.03.2026Müharibə bazarlara zərbə vurur: Dollar möhkəmləndikcə qızıl ucuzlaşır
12.03.2026Türkiyəyə 232 manata satdığımız məhsulu Rusiyaya 2544 manata satmışıq
12.03.2026Rabitəbank Xankəndidə “Dayanıqlı Gələcək üçün Maliyyə Savadlılığı Forumu” təşkil edib ®
12.03.2026"AzerGold" sədri özünə 10-cu müşavir təyin etdi - FOTO
12.03.2026Süni intellekt startapı 550 milyon dollar investisiya alıb
12.03.2026Dövlət büdcəsinə aid vəsaitlərdən təyinatı üzrə istifadə etməyənlər cərimələnəcəklər - MƏBLƏĞ
12.03.2026Nazir müşavirlərindən birini vəzifəsindən azad etdi
12.03.20265 875 nəfər Azərbaycanda müvəqqəti yaşamaq üçün müraciət edib
12.03.2026Azərbaycanda yenilik: Adamlar özlərinə könüllü kredit qadağası qoyacaqlar - DETALLAR
12.03.2026