Şirkətlər niyə ASC-dən MMC-yə keçir?

Redaktor

12.12.2025 12:27
546

Şirkətlər niyə ASC-dən MMC-yə keçir?

Bəzən şirkətlərin Açıq Səhmdar Cəmiyyəti (ASC) statusundan imtina edib, Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) kimi fəaliyyət göstərməyə başladığını görürük. Maraqlıdır, şirkətlər niyə ASC-dən MMC-yə keçirlər.

Mövzu ilə bağlı iqtisadçı Rauf Qarayev Valyuta.az-a açıqlamasında ASC-dən MMC-yə keçidin arxasında duran əsas səbəbləri izah edib.

“MMC-də vergi və məsuliyyət yükü daha yüngüldür”

Ekspert bildirir ki, MMC-lərdə məsuliyyət daha məhduddur və vergi yükü ASC-lərlə müqayisədə nisbətən aşağıdır: “MMC-də hər kəs yalnız qoyduğu pay qədər məsuliyyət daşıyır. Dividend bölgüsü də daha çevikdir. ASC-də isə həm vergi, həm də korporativ idarəetmə baxımından öhdəliklər daha da ağırdır. Üstün cəhətləri olsa da, bir çox şirkət üçün ASC modelinin saxlanması kommersiya baxımından sərfəli olmur". 

Dividend bölgüsü MMC-də daha sadədir

Rauf Qarayevin sözlərinə görə, sahibkarlar MMC-ni daha praktik hesab etmələrinin əsas səbəblərindən biri dividend prosesinin sadəliyidir: “MMC-də iştirakçı qoyduğu kapitalı dividend şəklində daha birbaşa və rahat şəkildə götürə bilir. ASC-də dividend bölgüsü çoxprosesslidir və hüquqi prosedurlar daha sərtdir. Sahibkarlar isə gəlirin bölgüsündə çevik sistemə üstünlük verirlər”.

Ekspert əlavə edir ki, MMC-də tez-tez rast gəlinən model belədir: sahibkar həm payçı, həm də direktor olur. Bu isə idarəetməni daha yüngülləşdirir.

ASC-nin idarə olunması daha baha başa gəlir

İqtisadçıya görə ASC-nin saxlanması üçün əlavə resurslar tələb olunur: “ASC-lərdə audit tələbləri, illik hesabatlılıq, korporativ strukturun saxlanması kimi xərclər çox olur. Bu səbəbdən kiçik və orta ölçülü şirkətlər ASC modelinin idarə edilməsində çətinlik çəkirlər. MMC-ni idarə etmək daha ucuz və daha çevikdir”.

Sərvanə Rəmixanova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Atlassian işçilərinin 10%-ni ixtisar edəcək

14.03.2026

Azərbaycana gətirilən süd və qaymağın qiyməti bahalaşıb

14.03.2026

Sosial mediada kimlik oğurluğu: Saxta səhifələr necə işləyir?

14.03.2026

"Google" "Gemini" ilə ani selləri proqnozlaşdırmaq üçün 5 milyon xəbər məqaləsini analiz edib

14.03.2026

Azərbaycanda dövlət agentliyi ləğv edildi

14.03.2026

Dünyanın ən zəngin və xoşbəxt ölkələri - Siyahı

14.03.2026

Novruz süfrələri üçün kənd qoxusu: Yarmarkada qiymət fərqi - REPORTAJ

14.03.2026

“Wonderful” 150 milyon dollar investisiya alıb

14.03.2026

Niyə ən yaxşı ideyalarınız iclaslarda diqqətdən kənarda qalır?

14.03.2026

Azərbaycan neftinin qiyməti 109 dolları keçdi

14.03.2026

Kiçik sahibkarlığa verilən kreditlər 154 milyon manatdan çox artıb

14.03.2026

2 əsr əvvəl sabun bişirən gəncin biznesi bu gün milyardlar qazandırır - "Colgate" hekayəsi - SƏHƏR OXUSU

14.03.2026

Süni intellektin fakturası telefonlara ötürülür: Populyar modellər bahalaşır

13.03.2026

Araşdırmaya vaxtı olmayanlar üçün Uorren Baffetin 6 investisiya məsləhəti

13.03.2026

Google çoxlu sayda universitet diplomu olmayan insanları işə götürür

13.03.2026

AYNA: 83 nömrəli müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir

13.03.2026

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

13.03.2026

"Nvidia": Gələcək videokartlar indikilərdən milyon dəfə sürətli olacaq

13.03.2026

"Jo Malone" brendinin sahibi Co Maloneyə qarşı iddia qaldırdı

13.03.2026

Avtobuslarda yeni qiymətlər müəyyənləşdi - CƏDVƏL

13.03.2026

Məzənnə

Yüklənir...