Redaktor
Sən arıqladıqca onların sərvəti artır
Son illərdə arıqlama dərmanlarına olan tələb getdikcə artır. Sosial şəbəkələrdə demək olar ki, bütün blogerlər və məşhurlar müxtəlif növ arıqlama dərmanlarını reklam edir.
Valyuta.az xəbər verir ki, bu dərmanlar insanların köklük problemlərini kökündən həll etmir, əksinə, bəzi hallarda ciddi fəsadlara yol açır. Buna baxmayaraq, dərman şirkətləri bu preparatlardan milyardlarla dollar qazanc əldə edirlər.
Sosial mediada olan “ideal bədən” təziqi və qlobal gözəllik standartları insanları bu zərərli və baha dərmanları almağa sövq edir. Tanınmış məşhurlar arasında Kim Kardaşyan, Elon Mask və başqalarnın bu cür dərmanlardan istifadə etməsi onlara olan təlabatı artırır.
Bəs kim qazanır?
Dünyaca məşhur Novo Nordisk (Ozempic, Wegovy) və Eli Lilly (Mounjaro) kimi şirkətlər bu sahədə liderdir. Novo Nordisk-in bazar dəyəri 2024-cü ilin sonuna 500 milyard dolları keçdi. Bu dərmanlar şirkətlərin gəlirində rekord artım yaradıb – təkcə Ozempic 10 milyard dollardan çox qazandırıb. ABŞ-da bir dozası 1300-1400 dollar arasında satılır.
Bu dərmanlar Azərbaycanda mövcuddurmu?
Bəli, “Ozempic” və “Wegovy” kimi dərmanlar Azərbaycanda bəzi apteklərdə rəsmi olaraq satılır. Amma əsas problem onların məhdud miqdarda, bəzən də çox baha qiymətə mövcud olmasıdır. Bəzi vətəndaşlar bu dərmanları xaricdən sifariş edərək, ya da sosial şəbəkələrdə təklif olunan kanallar vasitəsilə əldə etməyə çalışır. Bu isə saxta və keyfiyyətsiz dərman riskini artırır. Azərbaycanda bu dərmanların bir dozası 300-700 manat arasında dəyişir.
Təəssüf ki, sosial şəbəkələrdə və “Telegram” qruplarında bu dərmanların satışı ilə bağlı çoxlu qeyri-rəsmi elanlara da rast gəlmək mümkündür. Orijinal adı ilə satılan, amma tərkibi bilinməyən preparatlar sağlamlıq üçün real təhlükə yaradır. Bu dərmanları aldıqda, istehlakçılar ayıq olmalı və lisenziyalı preparatlara müraciət etməlidirlər.
Bəs bu preparatlar zərərlidirmi?
Bu dərmanlar piylənmə ilə mübarizədə bəzən effektiv olsa da, həkimlər yalnız tibbi zərurət olduqda, yəni piylənmə və ya şəkərli diabet diaqnozu təyin edildikdə istifadəsini tövsiyə edir. Bəzi mütəxəssislər dərmanın tərkibindəki maddələrin uzunmüddətli istifadədə mədə-bağırsaq sisteminə, psixoloji vəziyyətə, hətta hormonlara təsir etdiyini bildirirlər.
Arıqlama dərmanları əslində tibbi ehtiyacla başlayan, amma sosial təzyiq, bədən idealları və farmasevtik maraqlarla böyüyən bir sənayenin parçasına çevrilib. Azərbaycanda da bu dərmanlara maraq artır. Amma bu maraq bir tərəfdən sağlamlıq arzusu, digər tərəfdən gizli bazar, yüksək qiymət və riskli istifadə ilə müşayiət olunur.
Sonda sual budur: Həqiqətən arıqlayırsanmı, yoxsa sadəcə sistemin qazanc obyektinə çevrilmisən?
Tənzilə Ağabalayeva
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərBank olmayan kredit təşkilatlarına kredit qoyuluşu artıb
16.12.2025Bakıda Yeni il yolkalarının qiymətləri - SİYAHI
16.12.2025Rəşad Cabirli: Azərbaycanda iqtisadi şaxələndirmə indeksi aşağıdır
16.12.2025Sərvətini rekord həddə çatdıran 5 milyarder - SİYAHI
16.12.2025Azərbaycanda bu işçilər üçün məhdudiyyət tətbiq edildi
16.12.2025AFB Bank yeni “Neftçilər” filialını istifadəyə verdi ®
16.12.2025Vergi Məcəlləsində yenilik: ƏDV qeydiyyatının ləğvi üçün limitlər artırılır
16.12.2025Vahid Ələkbərovun sərvətində 2 milyarddan çox itki
16.12.2025Ford 19,5 milyard dollarlıq zərərə düşəcək
16.12.2025İnşaat və tikinti sektoruna kredit qoyuluşu 1,8 milyard manatı keçib
16.12.2025AMB daha iki kredit ittifaqına icrası məcburi göstəriş verib
16.12.2025"Azərbaycan Dəmir Yolları"nda yeni təyinat olub
16.12.2025"Avromed" 21,7 milyonluq sifariş aldı
16.12.2025Azərbaycan neftinin qiyməti ucuzlaşıb
16.12.2025