Redaktor
"Azəriqaz" 83 min manatlıq məhkəməni uduzdu - İstixanaya əlavə borc yazırmış
Məhkəmə "Azəriqaz" İstehsalat Birliyinin şirkət üzərinə qoyduğu 83 717 manatlıq borcun silinməsi ilə bağlı qərar verib.
Valyuta.az xəbər verir ki, Şəmkir rayonunda yerləşən MMC "Azəriqaz"a qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edib və 166056,38 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş edib.
Məlumata görə, şirkətə məxsus istixana 2019-cu ildən qazla təchiz edilib. 2024-cü ilin iyun ayına qədər iddiaçı tərəfindən yol verilmiş qanunsuzluqlardan məlumatsız olunduğundan tərəflər arasında hər hansı mübahisə olmayıb. İstifadə edilmiş qazın dəyəri daim vaxtlı vaxtında ödənilib. 2024-cü ildə isə cavabdehlə mübahisə yaranıb.
Belə ki, 2024-cü ilin yanvar ayından iyun ayınadək, 5 ay müddətində ümumilikdə 83717,48 manat məbləğində sayğac göstəricisindən əlavə aktlar əsasında borc hesablanıb. Mübahisələndirilən ümumi məbləğin 82338,90 manat hissəsi ilə bağlı bildirilir ki, cavabdeh təşkilat qaz sayğacının guya işlək vəziyyətdə olmadığını qeyd edərək real sərfiyyatdan artıq təbii qazın dəyərini hesablayıb. İddiaçıya hər ay təqdim edilən hesab fakturalarda borcun aktlar əsasında hesablandığı qeyd edilməyib. Bu səbəbdən mübahisələndirilən 166056,38 manat ümumi borc məbləğinin alktlar və digər qanunsuz yollarla hesablandığından məlumatsız olub.
Bakı Kommersiya Məhkəməsi MMC-yə əsassız olaraq hesablanmış 83717 manat borcun silinməsi öhdəliyini Azəriqaz İB-yə həvalə edib.
©modern.az
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərBir qəhvə dükanından yaranan biznes fəlsəfəsi - SƏHƏR OXUSU
18.12.2025Ən yaxşı görünən şəxsi inkişaf planları niyə uğursuzluğa uğrayır?
17.12.2025X şirkəti "Twitter"in köhnə adını və loqosunu iddia edən startapı məhkəməyə verdi
17.12.2025Mebellərin Azərbaycana gətirilməsi üçün 132 milyon xərcləndi
17.12.2025Naxçıvanda 3 dövlət qurumu birləşdi
17.12.2025Bakıda şadlıq sarayında camış əti dana əti adı ilə təqdim edilib
17.12.2025Azərbaycanda bu şəxslərə pulsuz avtomobillər veriləcək
17.12.2025"Mercedes" zavodunda zirehli maşınlar istehsal olunacaq
17.12.2025Əmlakın yanğından və digər risklərdən sığortası üzrə ödənişlər azalıb
17.12.2025Çin çip istehsalçısı ilk ticarət günündə 690 faiz artım göstərdi
17.12.2025İKZF-nin 68 milyonluq mənzil aldığı "Maksimus" MKT kimindir?
17.12.2025Bir Bonus lotereyasının qalibləri bəlli oldu ®
17.12.2025Baş nazirdən beynəlxalq ikili diplomla bağlı sərəncam
17.12.2025Trendyol ölkənin ilk inklüziv kafesi “Kashalata”nın inkişafına dəstəyini davam etdirir
17.12.2025"Bibiheybət" Gəmi Təmiri Zavodunun portfeli "Bakı Gəmiqayırma Zavodu"na ötürülür
17.12.2025“Binance” Azərbaycanda rəqəmsal maliyyə sahəsində təhsil təşəbbüslərini gücləndirir
17.12.2025DGK “Biləsuvar” gömrük postunda yaranan gecikməyə münasibət bildirib
17.12.2025Bu ölkə ildə 4 dəfə vətəndaşlarına 200 dollar verəcək
17.12.2025