Pensiya sistemində dəyişiklik: Yaş artacaq, ya məbləğ?

Redaktor

09.11.2025 18:33
434

Pensiya sistemində dəyişiklik: Yaş artacaq, ya məbləğ?

Pensiya sisteminin dayanıqlılığı üçün əlavə islahatlara ehtiyac var. Bu barədə Hesablama Palatasının 2026-cı ilin dövlət büdcəsi üzrə rəyində qeyd olunub. Sənəddə bildirilir ki, aparılan təhlillər pensiya təminatı sisteminin dayanıqlılığınıqiymətləndirmək üçün istifadə edilən əsas göstəricilərə, xüsusilə də asılılıq əmsalına diqqətin artırılmasının vacibliyini göstərir. 

Asılılıq əmsalı - sosial sığorta haqqı ödəyən şəxslərin sayının məşğul əhalinin sayına nisbəti kimi hesablanır. Bu göstərici 2024-cü ilin əvvəlinə 54,2%, ilin sonuna isə 51,7% təşkil edib. Hesablama Palatası qeyd edir ki, bu göstəricidə müəyyən müsbət meyil müşahidə olunsa da, pensiya sisteminin maliyyə sabitliyini təmin etmək üçün əlavə hüquqi baza və mexanizmlərin yaradılması zəruridir. Qurumun fikrincə, əmək bazarının rəsmləşdirilməsi və sosial sığorta ödənişlərinin artırılması pensiya sisteminin gəlirlərini sabitləşdirmək baxımından əsas istiqamətlərdən biri olmalıdır. 

Ölkəmizdə hansı pensiya islahatına ehtiyac var?

Valyuta.az xəbər verir ki, "Cümhuriyət”ə açıqlamasında iqtisadçı-ekspert Rəşad Həsənov bildirib ki, əmək bazarında qeyri-formal məşğulluğun geniş yayılması bu sahədə əsas problemlərdən biridir.

Onun sözlərinə görə, Azərbaycanda məşğul əhalinin yalnız 30-35 faizi rəsmidir: 

"Hesablama Palatasının səsləndirdiyi fikirlərə əsasən aydın görünür ki, ilk növbədə məcburi dövlət sosial sığorta haqqı ödəyən şəxslərin sayı artmalıdır. Çünki hazırda bu ödəyicilərlə məşğul əhali arasında ciddi fərq var. Əmək bazarında qeyri-formal məşğulluğun geniş yayılması burada əsas problemlərdən biridir. 

Təcrübə göstərir ki, Azərbaycana bənzər iqtisadiyyatlarda məşğul əhalinin təxminən 70-80 faizi muzdlu çalışan, əmək müqaviləsi ilə rəsmiləşdirilmiş şəxslərdən ibarət olur. Azərbaycanda isə bu göstərici cəmi 30-35 faiz ətrafında dəyişir. Bu, özü bir indikatordur ki, məşğul şəxslərin əhəmiyyətli bir hissəsinin əmək münasibətləri qanuniləşmir”. 

İqtisadçı-ekspert qeyd edib ki, ikinci məsələ xüsusilə özəl sektorda daha geniş yayılmış pozuntu ilə bağlıdır: 

"Bu, əməkhaqqılarının məbləğinin tam şəkildə qanuniləşdirilməməsidir. Bir çox özəl sahibkarlıq subyektləri əmək münasibətlərini yalnız minimum əməkhaqqı tələbi çərçivəsində rəsmiləşdirirlər. Məsələn, hazırda əksər əmək müqavilələri təxminən 400 manat məbləğində rəsmiləşdirilir. 

Bu isə formal olaraq əmək münasibətlərinin rəsmiləşdirilmiş kimi görünməsinə baxmayaraq, real əməkhaqqı məbləğinin düzgün göstərilməməsi səbəbindən məcburi dövlət sosial sığorta yığımlarının həcminin əhəmiyyətli dərəcədə azalmasına səbəb olur. Bu da ikinci mühüm problemdir”. 

Rəşad Həsənov əlavə edib ki, üçüncü məsələ torpaq mülkiyyətçiləri və onların sosial sığorta haqqı ödənişi sistemi ilə bağlıdır: 

"Bu istiqamətdə ciddi təkmilləşdirməyə ehtiyac olduğunu düşünürəm. Təbii ki, burada məqsəd maliyyə yükünü vətəndaşların üzərinə qoymaq deyil, daha optimal bir modelin hazırlanmasıdır. Belə ki, işğaldan azad olunmuş ərazilərdə məcburi dövlət sosial sığorta haqlarının müəyyən hissəsinin subsidiya edilməsi yanaşması var. 

Bu istiqamətdə dövlət tərəfindən belə bir model işlənib hazırlana bilər həmin şəxslər üçün sosial sığorta ödənişlərinin müəyyən hissəsi subsidiyalaşdırılsa, bir tərəfdən uçotun dəqiqləşməsinə, digər tərəfdən isə düzgün vərdişlərin formalaşmasına səbəb olar. Gələcək mərhələlərdə isə bu yük hansısa formada tədricən dövlətin üzərindən azaldıla bilər. 

Həmçinin, bugünkü şərtlər daxilində dövlət büdcəsindən Dövlət Sosial Müdafiə Fondunun büdcəsinə edilən transferlərin həcmi də azala bilər. Yəni bir istiqamətdə xərc yaransa da, digər istiqamətdə xərclərin azalması hesabına bu proses müəyyən mənada kompensasiya olunur və bunun əvəzində davranış modeli formalaşır, uçot dəqiqləşir”.
 
İqtisadçı vurğulayıb ki, fərdi sahibkarlıq subyektləri üzrə məcburi dövlət sosial sığorta haqqı mexanizmi hazırkı formada ədalətli deyil: 

"Digər bir məsələ fərdi sahibkarlıq subyektləri ilə bağlıdır. Onların özlərinəməxsus məcburi dövlət sosial sığorta haqqı ödənişi mexanizmi hazırkı formada çox qeyri-adekvatdır. Minimum əməkhaqqının müəyyən faizi əsasında hesablanan bu ödəniş əksər sahibkarlar üçün 25 faiz həcmindədir, bəzi sahələrdə, məsələn tikinti sektorunda 50 faizdir. 

Burada gəlirə əsaslanan ədalətli diferensiallaşdırma yoxdur. Belə ki, ay ərzində bank hesabına 100 manat daxil olan şəxs də 100 manat DSMF ödəyir, hesabına 100 min manat daxil olan şəxs də. Burada faizə əsaslanan sosial sığorta yığma mexanizminin tətbiq edilməsi həm ədalətsizliyin aradan qalxması, həm də bu istiqamətdə büdcənin Sosial Müdafiə Fondunun gəlirlər hissəsinin əhəmiyyətli şəkildə artmasına gətirib çıxarda bilər”. 

Onun sözlərinə görə, "pensiya sistemində islahatlar” deyiləndə ilk növbədə gəlirlər hissəsində islahatların aparılması önə çıxmalıdır: 

"Təbii ki, xərclər hissəsində də müəyyən düzəlişlər edilə bilər, məsələn, bəzi xüsusi və güzəştli şərtlərlə pensiya hüququnun formalaşdırılması məsələsinə baxıla bilər. Burada müəyyən düzəlişlərə ehtiyac olduğunu düşünürəm. Eyni zamanda, bəzi hallarda pensiyanın maksimum həddinə dair indikatorların tətbiqi də nəzərdən keçirilə biləcək mexanizmlərdən biridir. Amma istənilən halda bu islahatlar Azərbaycanda pensiya yaşının artırılması ilə müşayiət edilməməlidir.

 Pensiyaya çıxışı çətinləşdirmək doğru yanaşma deyil. Onsuz da Azərbaycanda pensiya sisteminin əlçatanlığı zəifdir. Pensiya ilə əlaqədar indikatorlar çox zəifdir. Pensiyaçıların əhalinin ümumi sayına nisbəti aşağıdır, minimum pensiya məbləği, orta pensiya məbləği, gözlənilən pensiya dövrü, orta yaşla pensiya yaşı arasındakı fərq kimi göstəricilər çox zəifdir.  Bu indikatorlara mənfi təsir göstərə biləcək addımlar etibarı daha da azaldır”.

Rəşad Həsənov bildirib ki, ictimai inamın aşağı düşməsi isə qeyri-formal əmək münasibətlərinin genişlənməsinə səbəb olur: 

"İnsanlar əgər gələcəkdə topladıqları yığımlar hesabına rifah əldə edə bilməyəcəklərinə inanırlarsa, o zaman qısa müddətli maraqlara üstünlük verirlər. Bu isə sahibkarla işçi arasında qeyri-formal əmək münasibətlərinin formalaşmasına geniş zəmin yaradır. Etibarı təmin etmək üçün neqativ təsirli deyil, əksinə pozitiv təsir göstərəcək dəyişikliklərə ehtiyac var. Bu dəyişikliklərdən biri də pensiya yaşının azaldılması məsələsinə baxılması ola bilər”. 

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Sağalmaz xəstəliklərdən həyat sığortasında 3 dəfəyə yaxın artım olub

14.03.2026

Bu şirkət itmiş hava limanı baqajını alıb yenidən satır

14.03.2026

"Atlassian" işçilərinin 10%-ni ixtisar edəcək

14.03.2026

Azərbaycana gətirilən süd və qaymağın qiyməti bahalaşıb

14.03.2026

Sosial mediada kimlik oğurluğu: Saxta səhifələr necə işləyir?

14.03.2026

"Google" "Gemini" ilə ani selləri proqnozlaşdırmaq üçün 5 milyon xəbər məqaləsini analiz edib

14.03.2026

Azərbaycanda dövlət agentliyi ləğv edildi

14.03.2026

Dünyanın ən zəngin və xoşbəxt ölkələri - Siyahı

14.03.2026

Novruz süfrələri üçün kənd qoxusu: Yarmarkada qiymət fərqi - REPORTAJ

14.03.2026

“Wonderful” 150 milyon dollar investisiya alıb

14.03.2026

Niyə ən yaxşı ideyalarınız iclaslarda diqqətdən kənarda qalır?

14.03.2026

Azərbaycan neftinin qiyməti 109 dolları keçdi

14.03.2026

Kiçik sahibkarlığa verilən kreditlər 154 milyon manatdan çox artıb

14.03.2026

2 əsr əvvəl sabun bişirən gəncin biznesi bu gün milyardlar qazandırır - "Colgate" hekayəsi - SƏHƏR OXUSU

14.03.2026

Süni intellektin fakturası telefonlara ötürülür: Populyar modellər bahalaşır

13.03.2026

Araşdırmaya vaxtı olmayanlar üçün Uorren Baffetin 6 investisiya məsləhəti

13.03.2026

Google çoxlu sayda universitet diplomu olmayan insanları işə götürür

13.03.2026

AYNA: 83 nömrəli müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir

13.03.2026

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

13.03.2026

"Nvidia": Gələcək videokartlar indikilərdən milyon dəfə sürətli olacaq

13.03.2026

Məzənnə

Yüklənir...