Redaktor
Niyə bankların regionlarda daimi hüquqşünasları yoxdur?
Bankların regionlarda daimi hüquqşünas saxlamaması artıq geniş yayılmış praktikadır. Bu vəziyyət ilk baxışdan sual doğurur: səbəb nədir?
Məsələ təkcə hüquqi kadrlara olan ehtiyacla deyil, bankların hüquqi işləri hansı formada idarə etməsi ilə də bağlıdır.
Mövzu ilə bağlı Valuta.az-a danışan bank məsələləri üzrə ekspert Əkrəm Həsənov bildirib ki, bəzi bankların regionlardakı filiallarında hüquqşünas çalışır, lakin bu hallar istisnadır:
"Əksər hallarda, nəinki regionlarda, hətta Bakı şəhərindəki filiallarda da hüquqşünas işləmir. Buna səbəb bankların hüquqi məsələlərinin birbaşa olaraq baş ofisdə yerləşən hüquq bölməsi tərəfindən idarə olunmasıdır. Hüquqşünaslar qaydalar hazırlayır, rəylər verir, müqavilələr tərtib edir və bu proseslərin hamısı onlayn qaydada həll olunur. Məhkəmə prosesi olduqda da işə baş ofisdəki hüquqşünaslar çıxış edir. Baş ofisin hüquqşünasları yalnız məhkəməyə çıxmaqla kifayətlənmirlər, eyni zamanda banka gündəlik hüquqi xidmət göstərirlər. Buna görə də filiallarda hüquqşünas saxlamağa ehtiyac qalmır. Regionlarda isə hüquqşünasın əsas ehtiyac yarandığı sahə məhkəmədə təmsilçilik ola bilər. Lakin həmin bölgələrdə məhkəmə işlərinin sayı çox az olduğu üçün bu funksiyanı da baş ofisdən idarə etmək daha məqsədəuyğundur".

Ə.Həsənov qeyd edik ki, bundan əlavə, regionlarda hüquqşünas tapmaq da çətin məsələdir:
"Lazımi bilik və keyfiyyətlərə malik mütəxəssis tapmaq müşkül məsələdir. Paytaxtdan hüquqşünas göndərmək isə bank üçün əlavə xərc deməkdir - yaşayış yeri, nəqliyyat və digər xərclər ortaya çıxır. Hətta yalnız hüquqşünas deyil, bir çox hallarda nə "Bakı", nə də region filiallarında mühasib də işləmir. Bu sahədə də işlər onlayn şəkildə, birbaşa bankın baş ofisi tərəfindən görülür. Beləliklə, bəzi vəzifələrə filiallarda fiziki olaraq ehtiyac qalmır".
Mayya Hüseynova
Şərhlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər"Mərkəzi Bank çalışır ki, insanlar manata etibar etsinlər" - Sabit məzənnənin nəticəsi
07.12.2025"Netflix" “Warner Bros.”u 82,7 milyard dollar dəyərlə satın alır
07.12.2025Ən gənc milyarder uğurun sirrini açıqladı
07.12.2025"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO
07.12.2025Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU
07.12.2025Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI
06.12.2025Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO
06.12.2025Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb
06.12.2025İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB
06.12.2025Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI
06.12.2025"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il
06.12.2025Mərkəzi Banka yeni səlahiyyət verildi
06.12.2025Azərbaycan manatını nə gözləyir?
06.12.2025Onlar Azərbaycanda sağlamlıqlarına 13 milyon xərclədilər
06.12.2025