Marketlərdə köhnə yumurta satılır - Necə ayırd edək?

Redaktor

27.04.2025 14:50
242

Marketlərdə köhnə yumurta satılır - Necə ayırd edək?

Bir çox mağazada yumurtaların üzərində istehsal tarixi qeyd olunsa da, onların son istifadə tarixi adətən yazılmır. Hətta elə hallar da olur ki, ümumiyyətlə heç bir tarix məlumatı olmur.

Belə vəziyyətdə alıcılar məhsulun təzə və ya köhnə olduğunu necə müəyyən edə bilər?

Valyuta.az milli.az-a istinadən xəbər verir ki, satıcıların sözlərinə görə, kənd təsərrüfatı məhsulu olan sarı yumurtaların üzərində tarix göstərilmir, çünki onlar ev şəraitində istehsal olunur. Amma ağ rəngli yumurtalarda istehsal tarixi yazılır və onların təxminən bir aylıq saxlanma müddəti olur.

Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov bildirir ki, yumurtanın qabığının altındakı hava boşluğu çox kiçikdirsə və ya ümumiyyətlə yoxdursa, bu onun təzə olduğuna işarədir. Onun sözlərinə görə, qaynadılmış yumurtanın sarısı göyümtül rəng alırsa, bu artıq onun köhnə olduğunu göstərir. 

Ekspert həmçinin qeyd edir ki, yumurtaların üzərində həm istehsal, həm də son istifadə tarixləri mütləq şəkildə qeyd edilməlidir. Soyuq şəraitdə saxlandıqda isə onların yararlılıq müddəti bir aya qədər uzana bilər.

Məsələ ilə bağlı AQTA-dan bildirilib ki, beynəlxalq sənədlərdə qeyd olunur ki yumurta məhsulunun üzərində istehsal tarixi və 28 gün etibarlılıq tarixi öz əksini tapmalıdır. Həmin qaydaların 5.49-cu bəndinə əsasən satışa yararlılıq müddəti müəyyən olunmuş malları istehsalçıya ondan təyinatı üzrə istifadə edə biləcəyi müddəti nəzərə alaraq verməyə borcludur.

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Kənd məktəbində bir uşağın illik orta xərci bir neçə nəfərin Bakıda özəl təhsilinə bərabərdir - Nazir

15.12.2025

Bir gecəlik istirahətə görə 60 min dollar

15.12.2025

Dövlət Vergi Xidməti 10 milyon manatlıq tenderi elan edib

15.12.2025

Gömrük generalı təqaüdə göndərildi

15.12.2025

Azərbaycanda NVIDIA H200 çipləri ilə işləyən superkompüter mərkəzi quruldu

15.12.2025

Çin Braziliyanın qızıl yataqlarını alır və bazar liderliyini gücləndirir

15.12.2025

Bu avtomobillər ucuzlaşa bilər?

15.12.2025

Yanan binanın sakinlərinə təzminat ayrıldı

15.12.2025

2026-cı ildə daşınmaz əmlak bazarını nə gözləyir?

15.12.2025

FHN yanğın təhlükəli sexlərin fəaliyyətini dayandırdı

15.12.2025

Məlumatları milyardlarla il saxlaya bilən "5D yaddaş" texnologiyası təqdim edildi

15.12.2025

"General-mayor" ali hərbi rütbəsi alan Seymur Qaraşov kimdir?

15.12.2025

Şirkətin tarixində ilk: "Volkswagen" Almaniya zavodunda istehsalı dayandırır

15.12.2025

İcra başçısı baş mütəxəssisi işdən çıxardı

15.12.2025

Sumqayıtda böyük söküntü - İcra Hakimiyyətindən açıqlama

15.12.2025
Yarım milyon borcu olan şirkət kimindir?

Yarım milyon borcu olan şirkət kimindir?

15.12.2025

Aeroport yolunda sürət həddi endirildi

15.12.2025

Cəbrayılda milyonluq tender elan edilib

15.12.2025

Şəxsiyyət və sürücülük vəsiqələri bu qaydada veriləcək - YENİLİK

15.12.2025

İnsanlar riski kağız üzərində idarə edir, amma küçədəki sınaq...

15.12.2025

Məzənnə

Yüklənir...