Redaktor
Həqiqi brilyantla 30 milyon dollarlıq tort hazırlayan Buddy-nin şirniyyat imperiyası
Bartolo Badi Valastro 1977-ci ildə ABŞ-ın New Jersey ştatında anadan olub. O, atasından miras qalan “Carlo’s Bakery” adlı ailə biznesini yalnız 17 yaşında idarə etməyə başlayıb. “Cake Boss” adlı televiziya proqramı ilə qısa zamanda tanınıb və qənnadı sənayesində nüfuzlu bir simaya çevrilib.
Valyuta.az xəbər verir ki, “Carlo’s Bakery” bu gün ABŞ-ın müxtəlif ştatlarında, Kanadada və Braziliyada fəaliyyət göstərir.
Valastro restoran sektorunda da “Buddy V’s Ristorante”, “PizzaCake”, “Boss Cafe” kimi layihələrlə tanınır. Onun qurduğu “cake ATM” adlı avtomatlar Las-Veqas və Torontoda geniş istifadə olunur. 2025-ci il üçün sərvəti təxminən 10 milyon dollar olaraq qiymətləndirilir.
Buddy Valastro “Carlo’s Bakery”ni yalnız kiçik ailə pastanesi olaraq saxlamayıb, onu əsl imperatorluğa çevirib. “Cake Boss” TV-şousu 220 ölkədə 45 dildə yayımlanır və təqribən 1,5 milyard baxış toplayıb.

Biznes sahəsinə dair yayımlanan son məlumatlara əsasən, 2025-ci ilin may ayına olan məlumata görə “Carlo’s Bakery”nin illik gəliri təxminən 750 milyon dollar təşkil edir. Buddy hər iki ayda yeni filial açmaq məqsədilə iş planı qurur və artıq ABŞ və Kanadada 50-dən artıq “cake vending machine” quraşdırılıb.
Valastro-nun bəzəkli və nəhəng tortları onun tanınmasında böyük rol oynayıb. Onun ən yadda qalan işlərindən biri 2011-ci ildə hazırladığı və dəyəri 30 milyon dollar olan “Diamond Cake” adlı tortdur. Bu tortun üzərində həqiqi brilyantlar və qiymətli daşlar istifadə olunub.

Digər məşhur tortlarından biri 16 fut uzunluğundakı aligator formasındakı tortdur. Bundan başqa, “Pisa divarası” və Amtrak dəmir yolu formasında memarlıq üslubunda tortlar da yaradıb. O, eyni zamanda 60 saniyədə 36 “cupcake” üzərinə buzlayaraq Guinness rekordu qazanıb.
Buddy Valastro-nun tortlarını almaq və onu şəxsən görmək üçün “Carlo’s Bakery” qarşısında insanlar tez-tez uzun növbələrdə dayanırlar. Xüsusilə Hoboken filialı qarşısında saatlarla növbə gözləyən müştərilər şəhər rəhbərliyinin bu küçəni “Carlo’s Bakery Way” adlandırmasına səbəb olub. Müxtəlif şəhərlərdəki tədbirlərə qatıldıqda da onunla görüşmək üçün izdihamlar yaranır.

Buddy Valastro-nun qənnadı sənayesindəki uğuru ailə dəyərlərinə söykənən yanaşması, estetik tort dizaynları və innovativ biznes modelləri ilə bağlıdır. O, TV layihələri, məhsul xətləri və beynəlxalq genişlənmə ilə brendini davamlı olaraq inkişaf etdirməyə davam edir.
Mayya Hüseynova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərKənd məktəbində bir uşağın illik orta xərci bir neçə nəfərin Bakıda özəl təhsilinə bərabərdir - Nazir
15.12.2025Bir gecəlik istirahətə görə 60 min dollar
15.12.2025Dövlət Vergi Xidməti 10 milyon manatlıq tenderi elan edib
15.12.2025Gömrük generalı təqaüdə göndərildi
15.12.2025Azərbaycanda NVIDIA H200 çipləri ilə işləyən superkompüter mərkəzi quruldu
15.12.2025Çin Braziliyanın qızıl yataqlarını alır və bazar liderliyini gücləndirir
15.12.2025Bu avtomobillər ucuzlaşa bilər?
15.12.2025Yanan binanın sakinlərinə təzminat ayrıldı
15.12.20252026-cı ildə daşınmaz əmlak bazarını nə gözləyir?
15.12.2025FHN yanğın təhlükəli sexlərin fəaliyyətini dayandırdı
15.12.2025Məlumatları milyardlarla il saxlaya bilən "5D yaddaş" texnologiyası təqdim edildi
15.12.2025"General-mayor" ali hərbi rütbəsi alan Seymur Qaraşov kimdir?
15.12.2025Şirkətin tarixində ilk: "Volkswagen" Almaniya zavodunda istehsalı dayandırır
15.12.2025İcra başçısı baş mütəxəssisi işdən çıxardı
15.12.2025Sumqayıtda böyük söküntü - İcra Hakimiyyətindən açıqlama
15.12.2025