Redaktor
Gələn il benzin və dizel avtomobillər bahalaşacaq - SƏBƏB
Azərbaycanda elektrik və hibrid avtomobillərin idxalına və satışına verilən güzəştin müddəti 2026-cı ilin yanvarın 1-də başa çatır. Əgər güzəşt müddəti uzadılmasa yeni ildən ölkəmizə elektrik və hibrid avtomobillərin idxalına görə vergi və rüsum alınacaq.
Mövcud qaydalara əsasən, elektrik avtomobilləri idxal edilən zaman rüsum və əlavə dəyər vergisi (ƏDV) alınmır. Avtomobil sahibləri yalnız gömrükdə xidmət haqqı ödəyirlər.
Hibrid avtomobilləri idxal etdikdə isə istehsal tarixi 3 ilə qədər olduqda ƏDV ödənişi tələb edilmir, avtomobil sahibləri yalnız idxal rüsumu və xidmət haqqı ödəyirlər.
Bu güzəştlər 2019-cu ildən tətbiq olunur. İlk dəfə 2019-cu ildə elektrik avtomobillərinin idxalına güzəştlər verilib. Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən 2019-cu ilin 1 yanvar tarixindən yalnız elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı əlavə dəyər vergisindən azad olunub. 2022-ci ilin 1 yanvar tarixindən isə yalnız elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı ilə yanaşı, satışı da ƏDV-dən azad edilib. Həmçinin elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalı və satışı 2022-ci il yanvarın 1-dən 3 il müddətinə ƏDV-dən azad olunub.
Hibrid avtomobillərinin idxalı üçün yaradılan güzəştlər 2022-ci ildən tətbiq olunur. Vergi Məcəlləsinin 164.1.41-1 maddəsinə əsasən, istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışı 2022-ci il yanvarın 1-dən 3 il müddətinə ƏDV-dən azad edilib.
Elektrik və hibrid avtomobillərin idxalına güzəştlər 2025-ci ilin yanvarın 1-də bitməli idi. Amma güzəşt məsələsinə 2023-cü ildə yenidən baxılıb və azadolma müddəti 2026-cı il yanvarın 1-dək uzadılıb.
Əgər güzəşt müddətinin yenidən uzadılmasına 2025-ci ilin sonuna kimi baxılmasa, o halda 2026-cı ilin yanvarın 1-dən elektrik və hibrid avtomobillərin də idxalına görə rüsum və ƏDV hesablanacaq.
Qeyd edək ki, elektrik və hibrid avtomobillərə güzəştlərin tətbiqi Azərbaycanın avtomobil parkına və daxili bazarda avtomobil qiymətlərinə təsir edib.
Son iki ilin təcrübəsi göstərir ki, Azərbaycanda avtomobil almaq istəyənlər hibrid və elektrik avtomobillərə daha çox üstünlük verməyə başlayıblar. Bunu statistik məlumatlar da təsdiqləyir.
2020-ci ildə Azərbaycana 5 080 ədəd hibrid, 167 ədəd elektrik avtomobili idxal olunmuşdu. Bu, cəmi idxal edilən avtomobillərin 9,76 faizini təşkil edirdi. 2024-cü ildə hibrid avtomobillərin (plug-in hibridlər də daxil olmaqla) idxal sayı 26 143 ədədə, elektrik avtomobillərin sayı 3 027 ədədə yüksəlib. Cəmi idxalda elektrik və hibrid avtomobillərin payı 32 faizə çatıb.
2024-cü ildə dinamika bir qədər də yaxşılaşıb və idxal edilən minik avtomobillərinin 35 faizdən çoxu hibrid və ya elektrik avtomobili olub.
2025-ci ilin yanvar-aprel ayları ərzində də elektrik və hibrid avtomobillərin idxalında yüksəliş müşahidə edilib və ilk dəfə olaraq minik avtomobillərinin təxminən yarısını sözügedən avtomobillər təşkil edib. İlk 4 ayda 14 945 ədəd hibrid və elektrik avtomobili idxal olunub ki, bu da cəmi minik avtomobillərinin 48,5 faizini təşkil edib.
Ümumilikdə, 2020-ci ildən 2025-ci ilin mayın 1-nə kimi Azərbaycana 91 mindən çox hibrid və elektrik avtomobil gətirilib. Hazırda ölkəmizdə olan minik avtomobillərinin 6 faizə qədəri elektrik və hibrid avtomobilidir.
Bəs güzəşt müddətləri uzadılmasa nə baş verəcək?
Əgər güzəşt müddətləri uzadılmasa böyük ehtimalla benzin və dizel avtomobillərin qiymətində artım baş verəcək. Hazırda avtomobil bazarında benzin və dizel avtomobillərin qiymətində durğunluq, hətta bir qədər azalma müşahidə olunur. Avtomobil satışına dair elanlardan görünür ki, qiymətlərin azalmasına baxmayaraq benzin və dizel avtomobillərə əvvəlki qədər tələb yoxdur. Tələbin önəmli hissəsi hibrid avtomobillərə yönəlib.
Proqnozlaşdırmaq olar ki, güzəştlərin tətbiqi uzadılmasa hibrid və elektrik avtomobillərin dəyəri kəskin şəkildə artacaq və bu, yenidən benzin və dizel avtomobillərə tələbi artıracaq. Bu halda benzin və dizel avtomobillərin dəyərinin artması ehtimalı böyükdür.
©sfera
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərKənd məktəbində bir uşağın illik orta xərci bir neçə nəfərin Bakıda özəl təhsilinə bərabərdir - Nazir
15.12.2025Bir gecəlik istirahətə görə 60 min dollar
15.12.2025Dövlət Vergi Xidməti 10 milyon manatlıq tenderi elan edib
15.12.2025Gömrük generalı təqaüdə göndərildi
15.12.2025Azərbaycanda NVIDIA H200 çipləri ilə işləyən superkompüter mərkəzi quruldu
15.12.2025Çin Braziliyanın qızıl yataqlarını alır və bazar liderliyini gücləndirir
15.12.2025Bu avtomobillər ucuzlaşa bilər?
15.12.2025Yanan binanın sakinlərinə təzminat ayrıldı
15.12.20252026-cı ildə daşınmaz əmlak bazarını nə gözləyir?
15.12.2025FHN yanğın təhlükəli sexlərin fəaliyyətini dayandırdı
15.12.2025Məlumatları milyardlarla il saxlaya bilən "5D yaddaş" texnologiyası təqdim edildi
15.12.2025"General-mayor" ali hərbi rütbəsi alan Seymur Qaraşov kimdir?
15.12.2025Şirkətin tarixində ilk: "Volkswagen" Almaniya zavodunda istehsalı dayandırır
15.12.2025İcra başçısı baş mütəxəssisi işdən çıxardı
15.12.2025Sumqayıtda böyük söküntü - İcra Hakimiyyətindən açıqlama
15.12.2025