Redaktor
“Endirimdə alınan məhsulu geri qaytara bilərsiniz, amma…”
Endirim mövsümlərində alıcılar fürsətləri qaçırmamaq üçün tez-tez alış-verişə tələsirlər. Lakin bəzən alınan məhsul gözlənilən kimi olmur və geri qaytarmaq zərurəti yaranır. Bəzi mağazalarda isə endirimdə olan mallar üçün “geri qaytarılmır” yazısını görürük. Bu, qanunla doğrudurmu?
Hüquqşünas Ceyhun Məmmədov Valyuta.az-a açıqlamasında bildirir ki, əslində, belə yazıların çoxu istehlakçını çaşdırmaq məqsədi daşıyır: “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanuna əsasən, endirimdə satılan məhsul da digər məhsullar kimi qaytarıla bilər. Qanun endirim faktını məhsulun geri qaytarılmamasına əsas kimi qəbul etmir. Əgər məhsulda istehlak xüsusiyyətinə təsir edən qüsur aşkarlanarsa, müştəri onu qaytara və ya dəyişdirə bilər”.
Bəs məhsul endirimdə yalnız görünüş qüsuruna görə satılıbsa, o zaman necə?
“Bu, istisna haldır. Əgər satıcı alıcıya əvvəlcədən bildiribsə ki, məhsul endirimdədir, çünki məsələn, üzərində cızıq var və alıcı bu şərtlə razılaşıbsa, o zaman həmin səbəbdən qaytarma tələb etmək hüquqi əsas sayılmır. Yəni, alıcı artıq məlumatlı şəkildə alıbsa, sonradan eyni səbəbi irəli sürə bilməz”.

C.Məmmədov qeyd edir ki, ümumiyyətlə endirimdə olan məhsulun qaytarılması bəzi şərtlərlə mümkündür: “Əgər məhsulda istehsal qüsuru varsa, yəni alıcı onu alarkən görmək və ya bilmək imkanında olmayıbsa, bu zaman endirimdən asılı olmayaraq, geri qaytarmaq hüququ var. Amma sadəcə “fikrimi dəyişdim” səbəbi ilə qaytarmaq yalnız bəzi hallarda, məsələn, geyim, ayaqqabı və s. üçün mümkündür. O da məhsul istifadə olunmayıbsa və satış qablaşdırması qorunubsa”.
Satıcı “endirimli məhsul dəyişdirilmir və qaytarılmır” desə, bu halda istehlakçı nə etməlidir?
“İstehlakçı ilk növbədə mağazaya yazılı şəkildə - ərizə formasında müraciət etməlidir. Əgər cavab verilməzsə, İqtisadiyyat Nazirliyinin Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə şikayət edə bilər. Qanun bu sahədə istehlakçının tərəfindədir, sadəcə hüquqlarını bilmək lazımdır” - deyə hüquqşünas bildirir.
C.Məmmədov alıcılara endirimdə olan məhsulu almazdan əvvəl endirimin səbəbini soruşmağın vacibliyini qeyd edir: “Hər endirim qüsura görə olmur – bəzən sadəcə kampaniya xarakteri daşıyır. Əgər məhsulda gizli qüsur varsa, hüququnuzdan istifadə edin və qorxmayın – qanun sizi qoruyur”.
Tənzilə Ağabalayeva
Şərhlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərTütün istehsalçısının xarici satışları 4 milyon dollar artıb
04.12.2025Uğurlu sahibkarlar nə edirlər və siz bu bacarıqları necə əldə edə bilərsiniz?
04.12.2025Azərbaycanda ən az əməkhaqqı hansı rayonlardadır? - Siyahı
04.12.2025Bu şəxlərə 2000 manat veriləcək
04.12.2025Distant iş və yaratdığı suallar: Maaş fərqi çox olacaq?
04.12.2025Qızıl üçün üç əsas ssenari - Qiymətlər necə dəyişə bilər?
04.12.2025Kanada şirkətini aldılar, gözləniləndən 3 qat artıq qızıl tapdılar - 4 milyard dollar...
04.12.2025İran hakerləri taktika dəyişdi - Kiberhücumlarda yeni dövr
04.12.2025“iPhone 17” satışları rekord qırır
04.12.2025Yasamaldakı yaşayış binasında baş verən yanğında zərərçəkən sakinlərə kirayə haqqı veriləcək
04.12.2025Bu şirkət hər il ən yaxşı əməkdaşlarına pulsuz səyahətlər və lüks avtomobillər hədiyyə edir
04.12.2025Dünyada dollar milyarderlərinin sayı artıb
04.12.2025Nazirliyin vəzifəli şəxsi cərimələndi
04.12.2025“Brevo” 583 milyon dollar investisiya alıb
04.12.2025"İvanovka"da məhsul satışı qadağan edildi
04.12.202513 milyon maaş alacaq
04.12.2025Ötən ay Bakıda torpaq qiymətləri nə qədər artıb? - CƏDVƏL
04.12.2025