Redaktor
Dünyanın ən yaxşı restoranı açıqlandı
Ən nüfuzlu qastronomiya reytinqlərindən biri olan “World’s 50 Best Restaurants”in 2025-ci il üçün qalibləri açıqlanıb.
Valyuta.az xəbər verir ki, CNN-in məlumatına görə, dünyanın ən nüfuzlu kulinariya reytinqi sayılan “World’s 50 Best Restaurants” siyahısında bu il Perunun paytaxtı Lima parlayıb.
Siyahının birinci pilləsində Lima şəhərində yerləşən “Maido” restoranı qərarlaşıb.
Yapon və Peru mətbəxlərinin sintezini təqdim edən “Maido” bu ilki siyahıda birinciliyə yüksəlib. Bu restoran Nikkei mətbəxini təmsil edir – bu, Yapon texnikalarının Peru mətbəxi ilə harmoniyasına əsaslanan bir kulinariya üslubudur. Şef Mitsuharu “Micha” Tsumura rəhbərlik etdiyi restoran bu nəticə ilə ötən ilki 5-ci pillədən zirvəyə qalxıb.
Tsumura mükafatı alarkən bildirib: “Bu il Maido üçün 16-cı il olur. Qastronomiya – yemək və qonaqpərvərlik möcüzələr yarada bilər. Arzuları reallığa çevirə bilər”.
İlk onluğa daxil olan restoranlar
Bundan başqa 2025-ci ilin ilk onluğunda yer alan restoranlar arasında müxtəlif qitələrdən ən prestijli mətbəxlər var:
Maido – Lima, Peru
Asador Etxebarri – Atxondo, İspaniya
Quintonil – Mexiko, Meksika
DiverXO – Madrid, İspaniya
Alchemist – Kopenhagen, Danimarka
Gaggan – Banqkok, Tailand
Sezanne – Tokio, Yaponiya
Table by Bruno Verjus – Paris, Fransa
Kjolle – Lima, Peru
Don Julio – Buenos Ayres, Argentina
Qeyd edək ki, Lima şəhəri bu il iki restoranla birinci onluqda təmsil olunub. Bunlar həm birinci yerdəki “Maido”, həm də doqquzuncu yerdəki “Kjolle”dur.
{gallery}
Sərvanə Rəmixanova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərAzərbaycan geyimə 400 milyondan çox xərc çəkib
16.12.2025Azərbaycandan ən çox məhsul alan ölkələr - CƏDVƏL
16.12.202546 təqvim günündən az olmayaraq məzuniyyət verilən işçilərin siyahısı dəyişir
16.12.2025Bu istiqamətdə əlavə qatar reysləri təyin edilib
16.12.2025Bank olmayan kredit təşkilatlarına kredit qoyuluşu artıb
16.12.2025Bakıda Yeni il yolkalarının qiymətləri - SİYAHI
16.12.2025Rəşad Cabirli: Azərbaycanda iqtisadi şaxələndirmə indeksi aşağıdır
16.12.2025Sərvətini rekord həddə çatdıran 5 milyarder - SİYAHI
16.12.2025Azərbaycanda bu işçilər üçün məhdudiyyət tətbiq edildi
16.12.2025AFB Bank yeni “Neftçilər” filialını istifadəyə verdi ®
16.12.2025Vergi Məcəlləsində yenilik: ƏDV qeydiyyatının ləğvi üçün limitlər artırılır
16.12.2025Vahid Ələkbərovun sərvətində 2 milyarddan çox itki
16.12.2025Ford 19,5 milyard dollarlıq zərərə düşəcək
16.12.2025İnşaat və tikinti sektoruna kredit qoyuluşu 1,8 milyard manatı keçib
16.12.2025AMB daha iki kredit ittifaqına icrası məcburi göstəriş verib
16.12.2025"Azərbaycan Dəmir Yolları"nda yeni təyinat olub
16.12.2025"Avromed" 21,7 milyonluq sifariş aldı
16.12.2025Azərbaycan neftinin qiyməti ucuzlaşıb
16.12.2025