Redaktor
Dünyanın ən qeyri-adi Yeni il adətləri
Dünyanın müxtəlif ölkələrində Yeni ilin gəlişi bənzərsiz və maraqlı adətlərlə qarşılanır. Metalları əritməkdən tutmuş boş çamadanlarla küçəyə çıxmağa qədər .
Valyuta.az həmin ölkələrin yeni ili qarşılama adətlərini təqdim edir.
1. Yeni ilə “sağ ayaqla girmək” - Argentina
Argentinada insanlar saat 00:00-da mütləq sağ ayaqları ilə bir addım atırlar. İnanca görə, yeni ilə sağ ayaqla başlamaq uğur gətirir.
2. Ağ rəngli geyim - Braziliya
Braziliyalılar Yeni il gecəsi yalnız ağ geyimlərə üstünlük verirlər. Ağ rəngin sülh və firavanlıq gətirdiyinə inanılır. Sahil bölgələrində isə su ilahəsi Lemanjaya hədiyyə kimi kiçik əl işləri qayıqlar hazırlanır.
3. Əritilmiş metal falı - Finlandiya
Finlandiyada Yeni il gecəsi əridilmiş qalay soyuq suya tökülür. Suda yaranan formalar insanın gələcək taleyi kimi yozulur.
4. Qapıya duz səpmək və nar açmaq - Türkiyə
Türkiyədə gecəyarısı bəziləri qapılarının kandarına duz səpir. Bu, evə bərəkət və xoş enerji gətirdiyi düşünülür. Digər ənənəyə görə isə narın partladılaraq açılması bolluq rəmzidir.
5. Qırmızı alt paltarı və mərcimək yeməyi - İtaliya
İtaliyada insanlar Yeni il gecəsi yeni qırmızı alt paltarı geyinir – bu, xoşbəxtlik rəmzidir və mütləq hədiyyə olaraq verilməlidir. Yanvarın 1-də mərcimək yemək isə ilin bərəkətli keçəcəyi deməkdir.
6. Boş çamadanla küçəyə çıxmaq - Kolumbiya
Səyahət arzusunda olan kolumbiyalılar Yeni ildə boş çamadanla küçədə gəzirlər. Bu adətin həmin il çox səyahət gətirdiyinə inanılır.
7. Yeddi dəfə yemək - Estoniya
Estoniyada Yeni il günü insanlar ənənəvi olaraq yeddi dəfə yemək yeyirlər. Bu bolluq ritualları ilin firavanlıqla keçməsi üçün edilir.
8. Yeməklərin içinə sikkə qoymaq - Boliviya
Boliviyada bəzi şirniyyat və tortların içərisinə sikkə qoyulur. Kimin payına sikkə düşərsə, həmin il ona uğur gətirəcəyi düşünülür.
9. “Muñeco” yandırmaq - Panama
Panamada ilin sonunda tanınmış şəxsləri təmsil edən kuklalar – “muñeco”lar hazırlanır. Yeni ilin ilk saatlarında bu kuklalar yandırılır və bununla köhnə ilin mənfi enerjisinin yola salındığına inanılır.
10. Su döyüşləri - Tailand
Tailandda rəsmi Yeni il aprelin ortasında Songkran festivalı ilə qeyd olunur. Minlərlə insan küçələrdə böyük su döyüşlərinə qoşulur. Bu, Buddist təqviminin ən önəmli hadisələrindən biridir və təmizlənmə rəmzi sayılır.
Sərvanə Rəmixanova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərSüni intellektin fakturası telefonlara ötürülür: Populyar modellər bahalaşır
13.03.2026Araşdırmaya vaxtı olmayanlar üçün Uorren Baffetin 6 investisiya məsləhəti
13.03.2026Google çoxlu sayda universitet diplomu olmayan insanları işə götürür
13.03.2026AYNA: 83 nömrəli müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir
13.03.2026Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb
13.03.2026"Nvidia": Gələcək videokartlar indikilərdən milyon dəfə sürətli olacaq
13.03.2026"Jo Malone" brendinin sahibi Co Maloneyə qarşı iddia qaldırdı
13.03.2026Avtobuslarda yeni qiymətlər müəyyənləşdi - CƏDVƏL
13.03.2026Üç dəfə iflas etdi, dördüncü cəhddə 50 milyonluq brend qurdu
13.03.2026
İnvestisiya şirkətlərinin əməliyyat sayına görə RENKİNQİ
13.03.2026"İxtisarlar edərək insanları işsiz qoymaq təşəbbüsləri narahatlıq doğurur" - Komitə sədri
13.03.2026Reabilitasiya mallarının alınması üçün 16 milyon manat ayrılıb
13.03.2026Kapital Bank-dan Novruz fürsəti: nağd kreditlərə 6%-dək endirim ®
13.03.20261 trilyon dollarlıq hüquq bazarında yeni investisiya dalğası: “Harvey” startaplara maliyyə ayırır
13.03.2026"Binance" ABŞ-da Anti-Terrorizm Aktı üzrə məhkəmədə iki həftə ərzində ikinci böyük hüquqi qələbəsini qazandı
13.03.2026
Regionlar üzrə kredit faizləri - İllik müqayisə
13.03.2026“Sunday” startapı 165 milyon dollar investisiya alıb
13.03.2026Naxçıvanda orta aylıq nominal əməkhaqqı 812 manat olub
13.03.2026"Microsoft"un əsas rəhbərlərindən Rajeş Jha 30 ildən sonra vəzifəsindən ayrılır
13.03.2026