Redaktor
Dünyanın "ən güclü" pasportları - Gürcüstan 44-cü, Azərbaycan 70-ci pillədə - SƏHƏR OXUSU
"Henley & Partners" tərəfindən, "Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası"nın ("IATA") rəsmi məlumatlarına əsaslanaraq mütəmadi olaraq yayımlanan və dünyanın ən güclü pasportlarının sıralandığı "Pasport İndeksi 2025" təqdim edilib.
"Henley Pasport İndeksi" 19 ildən çoxdur ki, bütün dünya pasportlarını sıralayan əsas göstəricilərdən biri kimi tanınır. İlk dəfə Dr.Kristian H.Kaelin tərəfindən yaradılan bu indeks, "IATA" tərəfindən təqdim olunan rəsmi məlumatlara əsaslanır.
Valyuta.Az xəbər verir ki, indeksdə ölkələr, vizasiz gedə bildikləri ölkələrin sayına görə sıralanıb.
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), 2015-ci ildən bəri 72 istiqamətə viza tələb etmədən giriş əldə edərək son 10 ildə indeksdə ən çox irəliləyən ölkələrdən biri olub. Hazırda 185 istiqamətə viza tələb olunmadan giriş təmin edən BƏƏ, 10-cu yeri tutub. Sloveniya, Litva və Latviya da BƏƏ ilə birlikdə 10-cu sırada qərarlaşıb.
ABŞ və Estoniya 186 ölkəyə vizasız səyahət edə bilmə hüququna malik olaraq siyahıda 9-cu yerdə, Macarıstan və Çexiya isə 187 ölkə ilə 8-ci yerdə qərarlaşıb.
Sıralamada Kanada, Malta və Polşa 188 ölkə ilə 7-ci yerdədir.
6-cı yerdə isə 189 ölkə ilə Avstraliya və Yunanıstan qərarlaşıb.
Belçika, Yeni Zelandiya, Portuqaliya, İsveçrə və Birləşmiş Krallıq isə 190 ölkəyə viza tələbi olmadan gedə bilmə hüququna sahib olduğu üçün 5-ci yerdə,
Avstriya, Danimarka, İrlandiya, Lüksemburq, Niderland, Norveç və İsveçdən ibarət olan Avropa İttifaqına üzv yeddi ölkə 191 ölkə ilə 4-cü yerdə qərarlaşıb.
İspaniya, Cənubi Koreya, İtaliya, Almaniya, Fransa və Finlandiya 192 ölkə ilə 3-cü yeri bölüşürlər.
Siyahının 2-ci pilləsində, 193 ölkəyə vizasız giriş imkanı ilə Yaponiya yer alıb.
Sıralamanın ilk pilləsində isə 195 ölkəyə vizasız giriş imkanına sahib Sinqapur yer alır.
Qeyd edək ki, Azərbaycan sıralamada 72 ölkəyə vizasız səyahət edə bilmə hüququna sahib ölkə kimi 70-ci pillədə qərarlaşıb.
Qonşu dövlətlərdən Rusiya və Türkiyə 116 ölkə ilə 46-cı, Gürcüstan 122 ölkə ilə 44-cü, İran 44 ölkə ilə 96-cı, Ermənistan 68 ölkə ilə 74-cü yerdə qərarlaşıb.
Rəhim / Valyuta.Az / SƏHƏR OXUSU
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərGələn il inflyasiya nə qədər olacaq?
12.12.2025Avropa paytaxtı dünyanın ən yaşanmalı şəhəri seçildi - TOP-10
12.12.2025500 manat pensiyalar bu qədər artacaq - Açıqlama
12.12.2025Daha 606 hərbi qulluqçu mənzillə təmin olunacaq
12.12.2025İsveçdə süni intellekt metro stansiyalarında intiharların qarşısını alır
12.12.2025Aqibət Məmmədovun şirkəti daha 1,5 milyonluq tender qazandı
12.12.2025Qərb icmalçıları 2025-ci ilin ən yaxşı beş smartfonunu seçdi
12.12.2025Güclü külək əsəcək - XƏBƏRDARLIQ
12.12.2025Həyatın ölüm halından sığortası üzrə ödənişlər 32 milyonu keçib
12.12.2025Azərbaycanda əməkhaqqı ayda iki dəfə verilə bilər
12.12.2025