Redaktor
Dünya iqtisadiyyatında yeni aktor: yuan – Beynəlxalq nüfuzu nə zaman artdı?
Son illərdə dünya iqtisadiyyatında mühüm dəyişikliklər baş verir və bu dəyişikliklər qlobal maliyyə sistemində yeni güclərin meydana çıxmasına səbəb olur. Bu güclərdən biri də sürətlə böyüyən və beynəlxalq təsirini artıran Çin Xalq Respublikasıdır. Çinin milli valyutası yuan qlobal maliyyə münasibətlərində mühüm aktora çevrilməkdədir. Əvvəllər yalnız daxili bazarda istifadə olunan bu valyuta, artıq beynəlxalq ticarət əməliyyatlarında və valyuta ehtiyatlarında da öz yerini tapmaqdadır.
Valyuta.az yuanın mənşəyi, inkişaf tarixi, istifadə sahələri və beynəlxalq rolu barədə məlumatları təqdim edir:
Yuan Çin Xalq Respublikasının rəsmi pul vahididir. Çində yuan bəzən "renminbi" (RMB) adlandırılır ki, bu da "xalqın pulu" mənasını verir. Əslində, renminbi valyutanın rəsmi adıdır, "yuan" isə onun vahididir, yəni bir renminbinin əsas ölçü vahidi 1 yuandır.
Yuan həm yerli iqtisadiyyatda geniş şəkildə istifadə olunur, həm də Çin hökumətinin beynəlxalq maliyyə arenalarında nüfuzunu artırmaq üçün təşviq etdiyi strateji bir alətə çevrilmişdir.
Çin yuanının tarixi 20-ci əsrin ortalarına - 1948-ci ilə gedib çıxır. Bu dövrdə Çin Xalq Bankı yaradıldı və yuan dövriyyəyə buraxıldı. Yeni valyuta ölkədə aparılan sosialist iqtisadi islahatların ayrılmaz hissəsi idi.
1978-ci ildən sonra Çində bazar yönümlü islahatlara start verildi və bu, yuanın dəyişikliyinə də təsir etdi. 1994-cü ildə isə Çin sabit məzənnə siyasətinə keçərək yuanın kursunu ABŞ dollarına bağladı. Daha sonralar isə valyutanın tədricən beynəlxalqlaşması prosesinə start verildi.
Yuan əsasən Çin Xalq Respublikasında rəsmi valyutadır. Lakin Çinlə sıx iqtisadi əlaqələri olan bir sıra ölkələrdə yuanla əməliyyatlar getdikcə artır.
Laos, Kamboca, Pakistan və Zimbabve kimi bəzi ölkələrdə yuan qeyri-rəsmi şəkildə istifadə olunur və ya ehtiyat valyuta kimi saxlanılır.
Eyni zamanda, Çin-Honkong sərhədində, Makaoda və bəzi Afrika ölkələrində yuanla hesablaşmalar artmaqdadır.
Çin hökuməti uzun illərdir ki, yuanın beynəlxalq valyutaya çevrilməsi üçün addımlar atır. 2016-cı ildə Beynəlxalq Valyuta Fondu yuanı rəsmi ehtiyat valyutalar siyahısına - Xüsusi Borcalma Hüquqları (SDR) səbətinə daxil edib. Bu, yuanın beynəlxalq statusu üçün tarixi bir dönüş nöqtəsi idi.
Çin yuanı hazırda qlobal valyuta ehtiyatlarının bir hissəsini təşkil edir və beynəlxalq ticarət əməliyyatlarında istifadəsi günü-gündən artır. Bəzi enerji və əmtəə müqavilələri artıq yuanla imzalanır. Buna misal kimi, Çin-Rusiya və Çin-Səudiyyə Ərəbistanı arasında neftlə bağlı əməkdaşlıqları göstərmək olar.
Yuanın bir çox üstünlükləri var.
Hazırda Çin hökuməti yuanın məzənnəsini ciddi şəkildə tənzimləyir, bu da bəzi investorlar üçün sabitlik deməkdir.Qeyd edək ki, Çin dünyanın ikinci ən böyük iqtisadiyyatıdır və yuanla ticarət etmək bu bazara çıxış baxımından cəlbedicidir.Bundan başqa ABŞ dollarının dominantlığını azaltmaq istəyən bəzi ölkələr üçün yuan alternativdir.
Çin yuanı təkcə milli valyuta deyil, həm də yüksələn iqtisadi gücün dünyaya təsirinin bir alətidir. Avro və dollar kimi beynəlxalq səviyyədə rəqib valyutalara çevrilmək üçün yuan hələ müəyyən maneələri aşmalı olsa da, onun rolu hər keçən il daha da artır. Qlobal güc balansının dəyişdiyi bir dövrdə yuanın gələcəkdə hansı mövqeyə yüksələcəyi isə həm iqtisadi, həm də siyasi baxımdan olduqca maraq doğurur.
Günay
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərSüni intellektin fakturası telefonlara ötürülür: Populyar modellər bahalaşır
13.03.2026Araşdırmaya vaxtı olmayanlar üçün Uorren Baffetin 6 investisiya məsləhəti
13.03.2026Google çoxlu sayda universitet diplomu olmayan insanları işə götürür
13.03.2026AYNA: 83 nömrəli müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir
13.03.2026Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb
13.03.2026"Nvidia": Gələcək videokartlar indikilərdən milyon dəfə sürətli olacaq
13.03.2026"Jo Malone" brendinin sahibi Co Maloneyə qarşı iddia qaldırdı
13.03.2026Avtobuslarda yeni qiymətlər müəyyənləşdi - CƏDVƏL
13.03.2026Üç dəfə iflas etdi, dördüncü cəhddə 50 milyonluq brend qurdu
13.03.2026
İnvestisiya şirkətlərinin əməliyyat sayına görə RENKİNQİ
13.03.2026"İxtisarlar edərək insanları işsiz qoymaq təşəbbüsləri narahatlıq doğurur" - Komitə sədri
13.03.2026Reabilitasiya mallarının alınması üçün 16 milyon manat ayrılıb
13.03.2026Kapital Bank-dan Novruz fürsəti: nağd kreditlərə 6%-dək endirim ®
13.03.20261 trilyon dollarlıq hüquq bazarında yeni investisiya dalğası: “Harvey” startaplara maliyyə ayırır
13.03.2026"Binance" ABŞ-da Anti-Terrorizm Aktı üzrə məhkəmədə iki həftə ərzində ikinci böyük hüquqi qələbəsini qazandı
13.03.2026
Regionlar üzrə kredit faizləri - İllik müqayisə
13.03.2026“Sunday” startapı 165 milyon dollar investisiya alıb
13.03.2026Naxçıvanda orta aylıq nominal əməkhaqqı 812 manat olub
13.03.2026"Microsoft"un əsas rəhbərlərindən Rajeş Jha 30 ildən sonra vəzifəsindən ayrılır
13.03.2026