Redaktor
"DOST" Validə Vəliyevadan yenə ofis icarəyə götürdü - 5,2 milyon manat ödəyəcək
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin elan etdiyi tender müsabiqəsinin qalibi məlum olub.
Valyuta.az "Yeniavaz.com"a istinadən xəbər verir ki, Agentliyin inzibati bina sahəsinin icarəyə götürülməsi ilə bağlı tenderinin qalibi Vəliyeva Validə Rəhim qızı olub.
DOST 7800 kv. metr ofis sahəsini 28 ay müddətinə icarəyə götürəcək. Azı 85 otaqdan ibarət olan ofisdə istirahət otağı, 2 lift və 6 mətbəxi var.
Qeyd edək ki, "DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi” MMC üçün inzibati bina sahəsinin icarəyə götürülməsinə görə Validə Vəliyevaya 5 milyon 241 min 600 manat (aylıq 187 min 200 manat) ödəniləcək.
Onu da bildirək ki, DOST ötən il də Validə Vəliyeva ilə analoji müqavilə imzalayıb. "DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi” MMC-nin hazırda fəaliyyət göstərdiyi inzibati bina Bakı şəhəri, Yasamal rayonu, Kazım Kazımzadə küçəsi, 560-cı məhəllə, 118 ünvanında yerləşir.
Şərhlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərAzərbaycanda dövriyyədə olan nağd pul kütləsi 18,7 milyardı ötüb
11.12.2025DSMF 51,5 milyonluq iki tender elan edib
11.12.2025Qeyri-yeyinti məhsulları ixracı 8,4% azalıb
11.12.20255 aptekdə nöqsanlar aşkarlandı
11.12.2025Üzərində Polad Həşimovun şəkli olan 3 minlik əsginas saxtadır
11.12.2025ABŞ turistlərdən 5 illik sosial media məlumatları tələb edə bilər
11.12.2025Qaçaqmalçılığa qarşı mübarizə: "Nvidia" çiplərini izləyəcək
11.12.2025Şəxsi sığorta üzrə ödənişlər 6,8% azalıb
11.12.2025Bakıda populyar restoranlarda Yeni ili qarşılamaq neçəyə başa gəlir? - Qiymətlər
11.12.2025Vergi borcu olan şirkət ləğv olunur
11.12.2025Kapital Bank-ın kiberdələduzluqla mübarizə mövzusunda təlimləri davam edir ®
11.12.2025Yeni icra başçısı şöbə müdirini işdən çıxardı
11.12.2025"Paysis"in (Epul.az) fəaliyyəti dayandırıldı - Qanunsuz qumar oyunlarına görə...
11.12.2025Mərkəzi Bankın bank və BOKT-lara xalis tələbi 2 mlrd. manat azalıb
11.12.2025