"Adobe Express", "Photoshop" və "Acrobat" "ChatGPT"yə qoşuldu

Redaktor

11.12.2025 09:36
79

"Adobe Express", "Photoshop" və "Acrobat" "ChatGPT"yə qoşuldu

"Adobe" şirkəti "Photoshop", "Acrobat" və "Adobe Express" proqramlarının bəzi alətlərini "ChatGPT" platformasına inteqrasiya edib.

Bu yeniliklər ödənişli abunəliyi olmayan istifadəçilər də daxil olmaqla, bütün istifadəçilər üçün əlçatandır.

"ChatGPT" üzərindən inteqrasiyalardan istifadə etmək üçün bir neçə addımın yerinə yetirilməsi tələb olunur. Belə ki, "Photoshop" üçün istifadə şərtləri ilə razılaşmaq, "Acrobat" və "Adobe Express" üçün isə "Adobe" hesabına daxil olmaq lazımdır.

Bütün funksiyalar "ChatGPT"nin veb versiyasında, eləcə də "iOS" və "macOS" əməliyyat sistemləri üçün nəzərdə tutulan tətbiqlərdə əlçatan olacaq.

"Android" istifadəçiləri isə hələlik yalnız "Adobe Express" imkanlarından yararlana bilirlər. "Acrobat" və "Photoshop" dəstəyi isə daha sonra əlavə ediləcək.

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Məzənnə

Yüklənir...