Redaktor
Bu ölkə Azərbaycana kiloqramı 2 minə vaksin satıb
Cari ilin yanvar-avqust aylarında Azərbaycana ümumilikdə 1,9 ton vaksin idxal olunub.
Valyuta.az xəbər verir ki, vaksinlərin ümumi dəyəri 975,53 min ABŞ dolları təşkil edib. Məhsul Rusiya, Böyük Britaniya və Şimali İrlandiyanın Birləşmiş Krallığı, Hindistan, Fransa, İrlandiya və İtaliyadan gətirilib.
Rusiya mənşəli vaksinlərin həcmi 0,04 ton, dəyəri isə 48,96 min dollar olub. Beləliklə, hər kiloqram vaksin 1 224 dollar və ya 2 080 manat məbləğində qiymətləndirilib.
Böyük Britaniya və Şimali İrlandiyadan 0,06 ton vaksin idxal edilib. Onun dəyəri 24,53 min dollar təşkil edib, hər kiloqramın qiyməti isə 408,83 dollar (təxminən 695 manat) olub.
Hindistandan gətirilən vaksinlərin miqdarı 1,53 ton, dəyəri isə 768,31 min dollar səviyyəsindədir. Hər kiloqram üçün orta qiymət 502,16 dollar və ya 853,67 manat müəyyən edilib.
Fransadan 0,18 ton həcmində vaksin alınaraq 86,3 min dollar ödənilib. Burada 1 kiloqramın dəyəri 479,44 dollar (təxminən 815 manat) təşkil edib.
İrlandiyadan gətirilən 0,03 ton vaksin üçün 22,91 min dollar xərclənib. Hər kiloqramın qiyməti 763,67 dollar və ya 1 298 manat olub.
İtaliyadan idxal olunan 0,06 ton vaksinlərin ümumi dəyəri 24,53 min dollar, hər kiloqramı isə 408,83 dollar və ya 695 manat səviyyəsində qeydə alınıb.
Beləliklə, vaksin idxalında ən böyük pay Hindistanın payına düşüb, ən yüksək qiymətli vaksinlər isə İrlandiyadan gətirilib.
Sərvanə Rəmixanova