Redaktor
“Black Friday” endirimlərinə niyə tez başlayırıq?
Son illərdə “Black Friday” endirimləri elə bir mərhələyə çatıb ki, artıq bu kampaniyalar “bir gün” deyil, demək olar ki, “bir ay” kimi keçirilir. “Black Friday” endirimlərinin mağazalarda tez başlamasının və belə uzun müddət davam etməsi nə dərəcədə doğrudur?
Marketinq üzrə ekspert Samir Mehdiyev Valyuta.az-a bildirir ki, brendlərin bu kampaniyalara erkən başlamasının əsas məqsədi rəqabətdə üstünlük qazanmaq və satışları uzun müddət canlı saxlamaqdır: “Mağazalar və brendlər alıcıların diqqətini tez cəlb etmək və onları uzunmüddətli şəkildə alış prosesində saxlamaq üçün “Black Friday”i əvvəlcədən başlayırlar. Bu, tamamilə planlı marketinq strategiyasıdır”.

S.Mehdiyevin sözlərinə görə, bu dövrdə real fürsətlər də az deyil. Xüsusən də böyük brendlər və texnoloji məhsullar üzrə bəzi endirimlər doğrudan da sərfəli olur. Lakin çox vaxt bu kampaniyalar sadəcə “endirim ab-havası” yaratmaq məqsədi daşıyır: “Bəzi hallarda qiymətlər əvvəlcədən bir qədər artırılır, sonra “böyük endirim” kimi təqdim olunur. Bu zaman istehlakçı real mənada çox qazanmış olmur, sadəcə endirim ab-havasına qapılır”.
Ekspert hesab edir ki, uzunmüddətli kampaniyalar artıq “Black Friday”in öz dəyərini müəyyən qədər itirir:
“Əvvəllər insanlar bir gün üçün xüsusi fürsət gözləyirdilər, indi isə bu təəssürat itib. Belə olan halda endirimlər artıq unikal fürsət deyil, sadəcə növbəti satış aksiyası kimi görünür. Bu tendensiya alıcı davranışlarını da dəyişib. İnsanlar artıq endirimləri ehtiyac kimi yox, bir növ “alış-veriş ənənəsi” kimi qəbul edirlər. Bəzən heç real ehtiyac olmadığı halda, sadəcə fürsəti qaçırmamaq üçün alış-veriş edirlər. Bu da istehlak davranışlarında emosional alış tendensiyasını gücləndirir.”
Ekspertin fikrincə, bu cür erkən başlayan və uzun müddət davam edən endirimlər markalar üçün həm üstünlük, həm də risk yaradır: “Uzunmüddətli endirimlər diqqəti cəlb etsə də, həddindən artıq uzandıqda, istehlakçının marağını azalda bilər. Bundan başqa, bəzi brendlər üçün bu, “ucuzlaşma imici” formalaşdıra və uzunmüddətli etibara mənfi təsir göstərə bilər. “Black Friday”in əsas ideyası – bir günlük böyük fürsət yaratmaq konsepsiyası – artıq dəyişib. İndi bu, daha çox satış dövrü, emosional alış-veriş dalğası və brendlər arasında rəqabət mübarizəsi formasını alıb” – deyə ekspert qeyd etdi.
Tənzilə Ağabalayeva
Şərhlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərMetroda bu istiqamətdə hərəkət cədvəli dəyişir - Fotolar
03.03.2026"Cursor"un illik gəliri 2 milyard dolları keçib
03.03.2026İranın ixrac qadağası: Azərbaycan bazarına təsiri nə olacaq?
03.03.2026Azərbaycan ötən ay qızıl ixracından 56,1 milyon manat qazanıb
03.03.2026"Paramount" platformalarını birləşdirməyi planlaşdırır
03.03.2026Bakıda estetik klinika 20 000 manat cərimələndi
03.03.2026Bağlanan özəl universitetin binası BDU-ya verildi
03.03.2026İran ərzaq məhsullarının ixracına moratorium tətbiq edib
03.03.2026Deputatın şirkətinə protokol yazıldı, məhkəmə işə xitam verdi
03.03.2026Bu küçədə hərəkət 22:00-dək məhdudlaşdırılacaq
03.03.2026"Nvidia" 2 şirkətə 4 milyard dollar yatıracaq
03.03.2026Qoruq ətrafında iki yaşayış sahəsi 422 minə bərpa ediləcək
03.03.2026Dubay müharibəyə görə dəqiqədə 1 milyon dollar itirir
03.03.2026“Azərkosmos”un xidmət ixrac etdiyi ölkələrin sayı azalıb
03.03.2026Birbank Biznes-in “Hər işdə birinci qadınlar” yarmarkası uğurla yekunlaşıb ®
03.03.2026Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SİYAHI
03.03.2026Azərbaycanda ən məşhur telefon markalarının bazar payı açıqlandı
03.03.2026