Bilet satmaq niyə qanunsuz sayılır?

Redaktor

07.11.2025 12:49
402

Bilet satmaq niyə qanunsuz sayılır?

İnsanların səbirsizliklə gözlədiyi konsertlər, tədbirlər və.s olur ki, bu zaman yaranan ən böyük problemlərdən biri də bilet tapmaq olur. Bu kimi situasiyalarda biletlər tez bir zamanda tükənir. Lakin konsertə, tədbirə və.s bir-iki gün qalmış həmin biletlər qarabazarda daha baha qiymətə satışa çıxarılır. Buna nümunə son günlərdə "Qarabağ" - "Çelsi" futbol oyununun biletlərini qeyri-qanuni yolla onlayn satışa çıxaran bir qrup şəxsin tutulması oldu. Bəziləri bunu qanunsuzluq hesab etmədi. Belə satış hansı hallarda “qarabazar əməli” kimi qiymətləndirilir?

Məsələ ilə bağlı hüquqşünas Ramil Süleymanov Valyuta.az-a bildirdi ki, bu hal bir neçə aspektdən qanunsuz fəaliyyət kimi qiymətləndirilə bilər: “Məsələ təkcə idman tədbiri ilə bağlı deyil, ictimai maraqlara təsir edən məsələdir. Əgər sistemdə hər şəxs üçün limitli sayda bilet nəzərdə tutulubsa, lakin həmin biletlər qabaqcadan əlbir olan şəxslər və ya qruplaşmalar tərəfindən toplanıb sonradan satışa çıxarılırsa, bu artıq qeyri-qanuni əməliyyat hesab olunur”.

R.Süleymanov deyib ki, belə hallarda məqsəd biletləri yüksək qiymətə satmaqla qanunsuz gəlir əldə etməkdir: “Məsələn, vətəndaş 20 manata aldığı bileti 40-50 manata satırsa, bu artıq vergidən yayınma və qeyri-qanuni gəlir sayılır. Həmin şəxslər faktiki olaraq dövlətə vergi ödəmədən qazanc əldə etmiş olurlar”.

Hüquqşünas hesab edir ki, belə hallar cəmiyyətin idman və mədəniyyət tədbirlərinə etimadına zərər vurur və bu səbəbdən hüquq-mühafizə orqanları tərəfindən ciddi şəkildə araşdırılmalıdır.

“Fərqi yoxdur, bu proses futbol bileti, konsert və ya qatar bileti ilə bağlı olsun - əgər məqsəd qeyri-qanuni yolla gəlir əldə etməkdirsə, həmin əməl qanun qarşısında eyni məsuliyyət daşıyır”, - deyə o əlavə edib.

Sərvanə Rəmixanova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

"Mərkəzi Bank çalışır ki, insanlar manata etibar etsinlər" - Sabit məzənnənin nəticəsi

07.12.2025

"Netflix" “Warner Bros.”u 82,7 milyard dollar dəyərlə satın alır

07.12.2025

Ən gənc milyarder uğurun sirrini açıqladı

07.12.2025

"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO

07.12.2025

Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU

07.12.2025

Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI

06.12.2025

Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO

06.12.2025

Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb

06.12.2025

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB

06.12.2025

Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI

06.12.2025

"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il

06.12.2025

Mərkəzi Banka yeni səlahiyyət verildi

06.12.2025

Azərbaycan manatını nə gözləyir?

06.12.2025

Onlar Azərbaycanda sağlamlıqlarına 13 milyon xərclədilər

06.12.2025
Bu şirkət tenderlərdə “zerkalnı” məbləğlər udur

Bu şirkət tenderlərdə “zerkalnı” məbləğlər udur - SİYAHI

06.12.2025

Sabahın hava proqnozu

06.12.2025

Azərbaycan nefti ucuzlaşıb

06.12.2025

Restoranlarda müştəriləri soymağın yeni üsulu: İstədikləri qədər haqq tələb edirlər

06.12.2025

Çilidən 7, Böyük Britanyadan 40 manata gətirilib

06.12.2025

Bu ərazidə ticarət mərkəzi tikiləcək

06.12.2025

Məzənnə

Yüklənir...