Redaktor
Aylıq 3000-4000 manat arası mənfəət vəd edən biznes satılır
1 ildir fəaliyyətdə olan və tam avtomatlaşdırılmış şəkildə yalnız bir telefon vasitəsilə idarə edilə bilən onlayn biznes satışa çıxarılıb. Satışa çıxarılan brend əlavə depo və enerji xərcləri olmadan tam onlayn fəaliyyət göstərir.
Valyuta.az xəbər verir ki, sistem sifarişlərin qəbulu, yönləndirilməsi və çatdırılması daxil olmaqla avtomatlaşdırılmış şəkildə işləyir.
Orta aylıq xalis mənfəət 730 manat təşkil edir. Qeyd olunur ki, bu göstəricinin standart sapması 36%-dir, lakin ilk aylar çıxıldıqda bu göstərici 10-20%-ə qədər azalır. Qiymət strategiyasına əsasən məhsullar 220% marja ilə satılır. Xərc/satış nisbəti isə ortalama 67 faizdir.
Satış performansı 1 illik uçot əsasında sənədləşdirilib və alıcıya təqdim olunacaq. Brendin hazırda 400-dən çox real müştərisi var. Onlardan 120 nəfər təkrar alış edib, 35 nəfər isə daimi müştəridir. Müştərilərin dönmə tezliyi isə 40-50 gün arasında dəyişir. Satış paketinə müştəri dataları, sorğuların nəticələri və analitik məlumatlar da daxildir.
Satış paketinə bunlar daxildir:
2 illik domain və server ödənişi tamamlanmış peşəkar vebsayt ("Next.js", "PHP", "HTML", "CSS" texnologiyaları ilə hazırlanıb);
Reklam vasitəsilə qurulmuş aktiv "Instagram" və "TikTok" hesabları;
Qiymət və məhsul idarəsi üçün avtomatlaşdırılmış "Telegram" botu;
400-dən çox müştəri əlaqəsi olan brend nömrəsi;
1 illik satış, xərclər, performans və müştəri dataları, sorğular və anket nəticələri;
Hazır çatdırılma və tədarük əlaqələri;
İdarəetmə və əlaqələrin öyrədilməsi ilə bağlı dəstək.
Biznesin satış qiyməti 8000 manat olaraq müəyyən edilib. Satışın səbəbi isə sahibkarın digər layihələrə fokuslanmaq istəməsi ilə izah olunur.
Biznes sahibi qeyd edir ki, bu biznes davamlı idarəetmə və enerji sərfi ilə aylıq 3000-4000 manat arası mənfəət verə bilər. Avtomatlaşdırılmış şəkildə isə stabil olaraq 700-1000 manat arası gəlir gətirməsi mümkündür. Biznes, əsasən, daimi işdən uzaqlaşmaq və ya əlavə passiv gəlir əldə etmək istəyən şəxslər üçün nəzərdə tutulur.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərGələn il inflyasiya nə qədər olacaq?
12.12.2025Avropa paytaxtı dünyanın ən yaşanmalı şəhəri seçildi - TOP-10
12.12.2025500 manat pensiyalar bu qədər artacaq - Açıqlama
12.12.2025Daha 606 hərbi qulluqçu mənzillə təmin olunacaq
12.12.2025İsveçdə süni intellekt metro stansiyalarında intiharların qarşısını alır
12.12.2025Aqibət Məmmədovun şirkəti daha 1,5 milyonluq tender qazandı
12.12.2025Qərb icmalçıları 2025-ci ilin ən yaxşı beş smartfonunu seçdi
12.12.2025Güclü külək əsəcək - XƏBƏRDARLIQ
12.12.2025Həyatın ölüm halından sığortası üzrə ödənişlər 32 milyonu keçib
12.12.2025Azərbaycanda əməkhaqqı ayda iki dəfə verilə bilər
12.12.2025