Ali məktəb ixtisaslarının keçid balları açıqlandı

Redaktor

23.04.2025 14:25
572

Ali məktəb ixtisaslarının keçid balları açıqlandı

Dövlət İmtahan Mərkəzi (DİM) “Abituriyent” jurnalının 2-ci nömrəsini çap edib.

Valyuta.az xəbər verir ki, jurnalın bu nömrəsində 2024-cü ilin tələbə qəbulu müsabiqəsində ali təhsil müəssisələrinin ixtisasları üzrə formalaşmış keçid balları, qəbul imtahanlarında istifadə olunmuş bəzi test tapşırıqlarının izahı və tövsiyələr Azərbaycan və rus dillərində dərc edilib. 

Jurnalı DİM-in əsas inzibati binasından (Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299), həmçinin kitab mağazalarından almaq, www.abiturient.az saytından və “Wolt” mobil tətbiqindən sifariş etmək mümkündür. //shorturl.at/B4g0M 

Qeyd edək ki, builki qəbul prosesində abituriyenlər ixtisas seçərkən məhz ötən il formalaşmış keçid ballarından istifadə edirlər.

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Məzənnə

Yüklənir...