5 yaşında kibrit satan uşaqdan “İKEA” imperiyasına - İnqvar Kampradın inanılmaz uğur hekayəsi

Redaktor

04.07.2025 10:15
256

5 yaşında kibrit satan uşaqdan “İKEA” imperiyasına - İnqvar Kampradın inanılmaz uğur hekayəsi

Dünyaca məşhur mebel markası olan “İKEA” təkcə funksional məhsulları ilə deyil, həm də qeyri-adi quruluş hekayəsi ilə seçilir.

Valyuta.az xəbər verir ki, brendin banisi İnqvar Kamprad sadə kənd həyatından çıxaraq, uşaq yaşlarında başladığı ticarəti milyardlıq imperiyaya çevirməyi bacarıb.

Bu gün “İKEA” 50-dən çox ölkədə milyonlarla insanın həyatını dəyişdirən bir brendə çevrilib.

“İKEA” 1943-cü ildə İsveçin Småland bölgəsində İnqvar Kamprad tərəfindən yaradılıb. O zaman Kamprad cəmi 17 yaşında idi. Əvvəlcə poçt vasitəsilə qələm, cüzdan və kiçik ev əşyaları satırdı. 1948-ci ildən mebel satışına keçdi və bu addım “İKEA”nın gələcəyini müəyyənləşdirdi.

Markanın adının arxasında nələr gizlənir?

Markanın adı “Ingvar Kamprad”, “Elmtaryd” (ataçılıq etdiyi ferma) və “Agunnaryd” (doğulduğu kənd) sözlərinin baş hərflərindən ibarətdir. İlk fiziki mağaza 1958-ci ildə İsveçin Älmhult şəhərində açılıb. 1963-cü ildə Norveçdə, 1973-cü ildə isə İsveçrədə ilk xarici mağazalar fəaliyyətə başlayıb.

İnqvar Kamprad biznes fəaliyyətinə cəmi 5 yaşında kibrit sataraq başlayıb. Daha sonra balıq, toxuculuq məhsulları və dekor əşyaları sataraq satış təcrübəsini artırıb. O, erkən yaşlardan qazandığı bu bacarıqları gələcəkdə “İKEA”nın qurulmasına tətbiq edib.

İnqvar Kamprad dünyada ən qənaətcil milyarder kimi tanınırdı. "Forbes" onu dünyanın ən varlı adamlarından biri kimi göstərsə də, o ömrü boyu sadə avtomobil sürdü (Volvo), ucuz otellərdə qalırdı və tez-tez öz mağazasında yemək yeyirdi. Kamprad həyat tərzi ilə “İKEA”nın dəyərlərini əks etdirirdi. O deyirdi: “İnsanlar deyirlər ki, mən qənaətçiyəm və bu, mənə xoşdur”

“İKEA”nı uğurlu edən nə oldu?

“İKEA”nın uğurunun əsas səbəbi funksionallıq, sadəlik və aşağı qiymətin vəhdətindən ibarət “demokratik dizayn” fəlsəfəsidir. Bu yanaşma, geniş istehlakçı kütləsinin həyatını asanlaşdırmağa yönəlib.

1956-cı ildə “İKEA”da ilk “flat-pack” - özün yığıla bilən mebel modeli istifadəyə verildi. Bu, məhsulların daşınma və saxlama xərclərini əhəmiyyətli dərəcədə azaltdı. Müştəri öz evində mebeli yığa bilir və bu model brendin qlobal miqyasda sürətlə yayılmasına şərait yaratdı.

“Əgər ucuz sata bilmirsənsə, istehsal etmə”

İnqvar Kamprad “İKEA”nın yalnız məhsul istehsal edən şirkət deyil, həm də mədəniyyət yaradan bir qurum olmasını istəyirdi. Onun yanaşmaları aşağıdakı istiqamətlərdə özünü göstərirdi:

Sərt xərcə nəzarət və qənaətcilik: Kamprad öz nümunəsi ilə qənaətin vacibliyini göstərirdi. Onun şəxsi həyat tərzi şirkətin xərclərinə və qiymət siyasətinə birbaşa təsir edirdi.

“İnsanlar deyirlər ki, mən qənaətçiyəm və bu, mənə xoşdur”.

Məqsəd - gündəlik insanlara xeyir vermək

O deyirdi: “Gözəl məhsulları yalnız varlılar üçün yox, hamı üçün əlçatan etmək istəyirik.
Sadə insanlara yaxın olmaq lazımdır, çünki mən onların içindən çıxmışam".

Sadəlik - əsas fəlsəfə

Kamprad sadəliyin kompleksliyi üstələdiyini vurğulayırdı: “Sadəlik bir dəyərdir. Yalnız orta səviyyəli insanlar mürəkkəb həllər gətirir”.

1976-cı ildə yazdığı “Mebel satıcısının vəsiyyəti”ndə isə deyirdi: “Əgər kifayət qədər ucuz satış edə bilmiriksə, o zaman məhsul istehsal edə bilmərik”.

Yüksək lider nümunəsi

Kamprad liderliyin nümunə olmaqdan ibarət olduğunu bildirirdi: “Yaxşı liderlik varsa, o, yaxşı nümunə göstərməkdir və mən bütün işçilərə buna görə cavabdehəm”.

Müştəri uğuru - prioritet

Onun fikrincə, müştəri məmnuniyyəti şirkətin varlığının əsas səbəbidir: “Bizim ən böyük qorxumuz müştəriləri məyus etməkdir. Uğurumuz isə bu qorxuya yol verməməyimizdən gəlir”.

Yenilik mədəniyyəti

Kamprad hər mağazanın fərqli olmasının tərəfdarı idi və deyirdi: ‘Biz heç vaxt tamamilə eyni mağaza açmayacağıq. Hər yeni mağaza ən yaxşısı olmalıdır, amma yenə də daim təkmilləşdiriləcək”.

Mayya Hüseynova

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Kənd məktəbində bir uşağın illik orta xərci bir neçə nəfərin Bakıda özəl təhsilinə bərabərdir - Nazir

15.12.2025

Bir gecəlik istirahətə görə 60 min dollar

15.12.2025

Dövlət Vergi Xidməti 10 milyon manatlıq tenderi elan edib

15.12.2025

Gömrük generalı təqaüdə göndərildi

15.12.2025

Azərbaycanda NVIDIA H200 çipləri ilə işləyən superkompüter mərkəzi quruldu

15.12.2025

Çin Braziliyanın qızıl yataqlarını alır və bazar liderliyini gücləndirir

15.12.2025

Bu avtomobillər ucuzlaşa bilər?

15.12.2025

Yanan binanın sakinlərinə təzminat ayrıldı

15.12.2025

2026-cı ildə daşınmaz əmlak bazarını nə gözləyir?

15.12.2025

FHN yanğın təhlükəli sexlərin fəaliyyətini dayandırdı

15.12.2025

Məlumatları milyardlarla il saxlaya bilən "5D yaddaş" texnologiyası təqdim edildi

15.12.2025

"General-mayor" ali hərbi rütbəsi alan Seymur Qaraşov kimdir?

15.12.2025

Şirkətin tarixində ilk: "Volkswagen" Almaniya zavodunda istehsalı dayandırır

15.12.2025

İcra başçısı baş mütəxəssisi işdən çıxardı

15.12.2025

Sumqayıtda böyük söküntü - İcra Hakimiyyətindən açıqlama

15.12.2025
Yarım milyon borcu olan şirkət kimindir?

Yarım milyon borcu olan şirkət kimindir?

15.12.2025

Aeroport yolunda sürət həddi endirildi

15.12.2025

Cəbrayılda milyonluq tender elan edilib

15.12.2025

Şəxsiyyət və sürücülük vəsiqələri bu qaydada veriləcək - YENİLİK

15.12.2025

İnsanlar riski kağız üzərində idarə edir, amma küçədəki sınaq...

15.12.2025

Məzənnə

Yüklənir...