Redaktor
2030-cu ilə qədər texnoloji lider olacaq şəhərlər açıqlandı
Texnoloji baxımdan inkişaf etmiş şəhər nə deməkdir? Artıq bu, nə müşahidə kameralarının sayı, nə də İT büdcəsinin böyüklüyü ilə ölçülür. Bu gün texnoloji liderlik - rəqəmsal həllərin real həyatın müxtəlif sahələrinə - nəqliyyat, səhiyyə, kommunal xidmətlər, idarəetmə və vətəndaşlarla qarşılıqlı əlaqə – uğurla inteqrasiya olunması ilə müəyyən edilir.
Valyuta.az xəbər verir ki, rəqəmsal transformasiya və innovativ inkişaf üzrə ekspert İqor Zimin gazeta.ru-ya verdiyi müsahibəsində yaxın illərdə şəhər liderliyini müəyyən edəcək prinsipləri və bu sahədə artıq qlobal vektor yaradan şəhərləri açıqlayıb.
Liderliyin əsası: sinxronlaşdırılmış ekosistem
Ziminin sözlərinə görə, texnoloji liderlik — infrastruktur, rəqəmsal həllər, ixtisaslı mütəxəssislər və idarəetmədə siyasi iradənin bir ekosistem daxilində birləşdirilərək vətəndaşların xeyrinə işləməsidir.
"Rəqəmsal infrastruktur (optik kabellər, 5G, məlumat mərkəzləri) əsasdır. Lakin bu infrastruktur konkret məqsədlər və real tətbiq ssenariləri olmadan qurularsa, effekt verməyəcək. Tez-tez görürük ki, şəhərlərdə texniki infrastruktur qurulub, kameralar quraşdırılıb, lakin onlar arasında əlaqə və məqsəd yoxdur”, deyə ekspert bildirib.
Büdcə yox, strategiya və nəzarət vacibdir
Ziminin fikrincə, təkcə böyük maliyyə vəsaiti şəhəri "ağıllı” etmir. Əgər texnologiyalar gələcəyə dair plan və strategiya olmadan tətbiq edilirsə, sərf olunan pullar səmərəsiz xərclənə bilər. Buna görə əsas düzgün biznes-model, şəffaflıq və icraata nəzarətdir.
"Uğurlu rəqəmsal ekosistemin qurulmasında əsas amillərdən biri də — şəhər idarəçiliyində, İT xidmətlərində və podratçı təşkilatlarda peşəkar kadrların olmasıdır. Texnologiyalar sürətlə köhnəlir, lakin insan resursları dəyişən mühitə uyğunlaşma qabiliyyətinə malikdir”, deyə Zimin əlavə edib.
2030-cu ilə qədər texnoloji lider olmağa namizəd şəhərlər
Ekspertə görə, dünya üzrə texnoloji inkişafın vektorunu artıq müəyyən edən və 2030-cu ilədək liderliyə iddialı olan şəhərlər bunlardır:
Sinqapur – texnologiyalar burada "vahid pəncərə” prinsipi ilə idarəetməyə inteqrasiya edilib: şəhərsalma, nəqliyyat, səhiyyə və təhsildə rəqəmsal dövlət modeli tətbiq edilir. Bütün xidmətlər standart olaraq rəqəmsaldır.
Toronto – burada "Google Sidewalk Labs” şəhər axınlarının idarəsi, pilotsuz nəqliyyat vasitələri və tam rəqəmsal infrastruktur üzrə eksperimentlər aparır.
Helsinki – ekologiya, nəqliyyat, büdcə və şəhər qərarlarına dair bütün məlumatlar açıq və hər bir vətəndaşa başadüşüləndir. Bu şəffaflıq vətəndaşların rəqəmsallaşmaya olan inamını gücləndirir.
"Bu şəhərlərin iqlimi, büdcəsi və şəraiti fərqli olsa da, bir ortaq cəhətləri var: onlar texnologiyanı əsas deyil, insan yönümlü xidmətlərin vasitəsi kimi görürlər. 2030-cu il üçün texnoloji liderlik — məhz texnologiyanı gündəlik, rahat və əlçatan həyatın bir hissəsinə çevirmək bacarığıdır”, deyə Zimin vurğulayıb.
©Qaynarinfo
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərKənd məktəbində bir uşağın illik orta xərci bir neçə nəfərin Bakıda özəl təhsilinə bərabərdir - Nazir
15.12.2025Bir gecəlik istirahətə görə 60 min dollar
15.12.2025Dövlət Vergi Xidməti 10 milyon manatlıq tenderi elan edib
15.12.2025Gömrük generalı təqaüdə göndərildi
15.12.2025Azərbaycanda NVIDIA H200 çipləri ilə işləyən superkompüter mərkəzi quruldu
15.12.2025Çin Braziliyanın qızıl yataqlarını alır və bazar liderliyini gücləndirir
15.12.2025Bu avtomobillər ucuzlaşa bilər?
15.12.2025Yanan binanın sakinlərinə təzminat ayrıldı
15.12.20252026-cı ildə daşınmaz əmlak bazarını nə gözləyir?
15.12.2025FHN yanğın təhlükəli sexlərin fəaliyyətini dayandırdı
15.12.2025Məlumatları milyardlarla il saxlaya bilən "5D yaddaş" texnologiyası təqdim edildi
15.12.2025"General-mayor" ali hərbi rütbəsi alan Seymur Qaraşov kimdir?
15.12.2025Şirkətin tarixində ilk: "Volkswagen" Almaniya zavodunda istehsalı dayandırır
15.12.2025İcra başçısı baş mütəxəssisi işdən çıxardı
15.12.2025Sumqayıtda böyük söküntü - İcra Hakimiyyətindən açıqlama
15.12.2025