Redaktor
“Bank Respublika”nın uğursuz yatırımı - “Bakı Sığorta”nın biznesi sürətlə əriyir
“Bakı Sığorta” şirkətinin biznesi kiçilməkdə davam edir.
Valyuta.az-ın əldə etdiyi məlumata görə, sığorta şirkəti bu ilin ilk doqquz ayında 1,52 milyon manat sığorta haqqı toplayıb. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 2,7 dəfə və ya 2,57 milyon manat azdır. 2023-cü ilin yanvar- sentyabr aylarında sığorta şirkəti 4,08 milyon manat sığorta haqqı toplaya bilmişdi.
Bu dövrdə “Bakı Sığorta”nın sığorta ödənişləri də azalmağa başlayıb. Şirkətin ödənişləri ötən ilin eyni dövrünə nisbətən bu ilin ilk doqquz ayında 33 % və ya 665 min manat azalaraq 1,35 milyon manata enib. Yığımların ödənişlərə nisbətən daha kəskin azalması sığorta şirkətinin zərərliliyinə mənfi təsir edib.
Belə ki, “Bakı Sığorta” 2023-ci ilin yanvar-sentyabr aylarında topladığı hər 100 manatdan 49 manatını ödənişə yönəltmişdisə, bu ilin eyni dövründə bu rəqəm 89 manata qədər artıb.
Xatırladaq ki, “Bakı Sığorta” 1994-cü ildə "Tural Sığorta" adı ilə yaradılıb, 2007-ci ildə rebrendinq edib. Onun səhmlərinin 93,32%-i “Bank Respublika”ya, 6,68%-i isə “Ekolizinq” MMC-yə aiddir.
Pünhan
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərKeçmiş məmurun şirkətinə 5,6 milyonluq sifariş
31.01.2026Özbaşına tikilən evlər sənədləşdiriləcək?
31.01.2026Bakıda restoran yandı - Video
31.01.2026Azərbaycan nefti bahalaşdı
31.01.2026Azərbaycanda bu şəhər və rayonların icra başçısı yoxdur
31.01.2026"SOCAR"ın törəmə şirkətləri ixracdan nə qədər qazanıb?
31.01.2026Elektrik enerjisi ixracında 24 milyonluq azalma
31.01.2026Yeni başlayanlar üçün maliyyə planlaşdırması - 8 qızıl qayda - SƏHƏR OXUSU
31.01.2026Məşhur milyarder Çində bazara getdi, satıcılar onu tanımadı
30.01.2026Qızıl fyuçerslərinin qiyməti bir unsiya üçün 4 850 dollardan aşağı düşüb
30.01.2026Prezidentin köməkçisi: ABŞ-ın İrana mümkün zərbəsi ilə bağlı qeyri-müəyyənlik Azərbaycanda narahatlıq yaradır
30.01.2026