Redaktor
"Škoda"dan tamamilə elektrikli və ChatGPT dəstəkli yeni model: Elroq
Avtomobil sektorunun ən qədim firmalarından biri olan Škoda, C-SUV seqmentindəki ilk tamamilə elektrikli modeli ilə qarşımızdadır. Škoda-nın ən yeni modeli olan Elroq, Praqada keçirilən dünya premyerası ilə təqdim olundu.
Markanın yeni dizayn dili olan “Modern Solid” ilə dizayn edilən ilk tam elektrikli model adını daşıyan Elroq, ənənəvi Škoda dizaynını müasir xətlərlə birləşdirir. Škoda Elroq, 4.488 millimetr uzunluğa, 1.884 millimetr enə və 1.625 millimetr hündürlüyə sahibdir. Elroq-un 9 fərqli rəng seçimi ilə satışa çıxacağını da qeyd edək.
Škoda-nın verdiyi məlumata görə, oturacaq döşəmələri, qapı panelləri və digər daxili səthlərdə istifadə olunan materiallar, geri dönüştürülmüş və ətraf mühitə həssas komponentlərdən istehsal olunur.
ChatGPT dəstəkli səsli köməkçi
13 düymlük ekranla təchiz edilən Elroq, Škoda-nın səsli köməkçisi Laura-nı istifadəçilərə təqdim edir. ChatGPT dəstəyi olan Laura, avtomobilin informasiya-əyləncə sistemi, naviqasiya və kondisioner idarəetmə sistemlərini idarə etməklə yanaşı, ümumi məlumat suallarına da cavab verə bilir.
{gallery}
560 kilometrdən çox məsafəni qət edə bilir
Tamamilə elektrikli bir model olan Elroq, 50, 60, 85 və 85x olmaqla dörd fərqli versiyada təqdim edilir. Elroq, 55 kWh, 63 kWh və 82 kWh olmaqla üç fərqli batareya tutumuna, həmçinin 125 kW-dan 210 kW-a qədər dəyişən motor güclərinə malikdir. Ən böyük litium-ion batareyaya malik Elroq versiyaları, WLTP dövründə 560 kilometrdən çox məsafəni qət edə bilir.
Giriş səviyyəsindəki Elroq 50 modeli 125 kW güc istehsal edərkən, Elroq 85x modeli isə dörd təkərdən çəkiş sistemi və əlavə motor ilə təchiz olunub. Elroq həmçinin inkişaf etmiş sürətli şarj texnologiyasına malikdir. 175 kW-a qədər DC sürətli şarj dəstəyi olan modelin, 85 və 85x versiyalarında olan 82 kWh tutumlu batareyası cəmi 28 dəqiqə ərzində 10 faizdən 80 faizə qədər şarj ola bilir.
Elroq modeli, Səyahət Asistanı, adaptiv sürət sabitləşdirici, piyadalar və velosipedçilər üçün qabaqcadan xəbərdarlıq edən əyləc sistemi, zolaq izləmə sistemi və tıxac asistanı kimi təhlükəsizlik sistemləri ilə təchiz edilib.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərSüni intellektin fakturası telefonlara ötürülür: Populyar modellər bahalaşır
13.03.2026Araşdırmaya vaxtı olmayanlar üçün Uorren Baffetin 6 investisiya məsləhəti
13.03.2026Google çoxlu sayda universitet diplomu olmayan insanları işə götürür
13.03.2026AYNA: 83 nömrəli müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir
13.03.2026Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb
13.03.2026"Nvidia": Gələcək videokartlar indikilərdən milyon dəfə sürətli olacaq
13.03.2026"Jo Malone" brendinin sahibi Co Maloneyə qarşı iddia qaldırdı
13.03.2026Avtobuslarda yeni qiymətlər müəyyənləşdi - CƏDVƏL
13.03.2026Üç dəfə iflas etdi, dördüncü cəhddə 50 milyonluq brend qurdu
13.03.2026
İnvestisiya şirkətlərinin əməliyyat sayına görə RENKİNQİ
13.03.2026"İxtisarlar edərək insanları işsiz qoymaq təşəbbüsləri narahatlıq doğurur" - Komitə sədri
13.03.2026Reabilitasiya mallarının alınması üçün 16 milyon manat ayrılıb
13.03.2026Kapital Bank-dan Novruz fürsəti: nağd kreditlərə 6%-dək endirim ®
13.03.20261 trilyon dollarlıq hüquq bazarında yeni investisiya dalğası: “Harvey” startaplara maliyyə ayırır
13.03.2026"Binance" ABŞ-da Anti-Terrorizm Aktı üzrə məhkəmədə iki həftə ərzində ikinci böyük hüquqi qələbəsini qazandı
13.03.2026
Regionlar üzrə kredit faizləri - İllik müqayisə
13.03.2026“Sunday” startapı 165 milyon dollar investisiya alıb
13.03.2026Naxçıvanda orta aylıq nominal əməkhaqqı 812 manat olub
13.03.2026"Microsoft"un əsas rəhbərlərindən Rajeş Jha 30 ildən sonra vəzifəsindən ayrılır
13.03.2026