BAKU Azərbaycan
4.03°C
  • USD
    1.7
  • EUR
    1.7844
  • RUB
    1.8611
  • TRY
    0.047
  • GBP
    2.1414
63905

“DeVere Group” tərəfindən aparılan araşdırmaya əsasən, 1,5 milyon ABŞ dollarından çox aktivi olan iri investorların böyük bir hissəsi (44%) əsas səhvləri kimi aktivlərinin uzun müddət nağd pul şəklində saxlanmasını göstəriblər. 

Valyuta.az xəbər verir ki, investorlar bu davranışı bazar volatillik dövrlərində portfellərinin "müəyyən təhlükəsizliyini" təmin etmək istəyi ilə əlaqələndiriblər. 

  Daha çox xəbər üçün Telegram kanalımıza abuna olun: 

“DeVere Group” un rəhbəri Naycel Qrin qeyd edib ki, balanslaşdırılmış portfeldə "müəyyən bir nağd pul hissəsi" olmalıdır, lakin "artıq nağd vəsait" zamanla inflyasiya səbəbindən dəyərini itirə bilər. Bundan əlavə, nağd pullar mənfəət gətirmir və investorların vəsaitlərini səhmlər, daşınmaz əmlak və digər aktivlər kimi sahələrdə yerləşdirmə üstünlüklərindən yararlanmasına mane olur.

Araşdırmada iştirak edənlərin 31%-i etiraf edib ki, emosiyalar əsasında maliyyə qərarları qəbul edə bilirlər. Ən çox qorxu və tamah hissi "impulsiv" seçimlərə səbəb olur, lakin Naycel Qrin vurğulayıb ki, bu cür investisiya "nadir hallarda davamlı mənfəət" gətirir. Əksinə, rasional, intizamlı qalan və ekspertlərin tövsiyələrinə əsaslanan uzunmüddətli strategiyaya riayət edənlər qazanclı çıxırlar.

Bundan əlavə, investorların 21%-i əsas səhvlərindən biri kimi hər hansı aktivin keçmiş gəlirliyinə həddən artıq diqqət yetirməyi göstəriblər. “DeVere Group” rəhbərinin sözlərinə görə, əvvəlki illərin strategiyaları nəticələrin təkrarını təmin etmir. O, investorlara "mövcud vəziyyəti qiymətləndirməyi və gələcəyi proqnozlaşdırmağı" tövsiyə edib.

Qeyd edək ki, bitkoinin məzənnəsinin 100 min ABŞ dollarını keçməsi, 2024-cü ildə bütün dünyada investorların xatırladığı 11 mühüm hadisədən biri olub. Ötən il hər gün orta hesabla 154 bitkoin milyonçusu yaranıb. 2024-cü il ərzində ümumilikdə 56 325 nəfər bitkoin sahibinin dollar milyonçusuna çevrildiyi bildirilib.

Maya Hüseynova

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Dövlət qurumu 59 min manata ofis icarəyə götürür

Meksikadan "Google"a böyük etiraz: Məhkəməyə müraciət edirlər

FHN-nin idarəsi “Azpetrol”dan 12 ton benzin alır

FHN-nin idarəsi “Azpetrol”dan 12 ton benzin alır

Argentina prezidenti $LIBRA kriptovalyutasını təbliğ edib?

Bakıda 17 milyon manata satılan villa kimindir? (VİDEO)

Hindistan ABŞ-ın tariflərinə görə hər il 7 milyard dollar itirə bilər

Ən yüksək qiymətə Akademiyanın avtomobili satıldı

Gədəbəydə yenidən “Köhnə bazar” hərraca çıxarılır

Xəzəryanı ölkələrin İqtisadi Forumunun hansı iqtisadi əhəmiyyəti var? (ŞƏRH)

"Samsung" geri alım proqramının II mərhələsinə başlayır

Ötən il büdcə gəlirlərinin 59%-ni vergilər təşkil edib - SİYAHI

Bu şirkətin külli miqdarda vergi borcu var

"Honda" "Nissan"ı almaq üçün icraçı direktorun istefasını gözləyir

“CV Mərtəbə” cərimələndi

Azərbaycandan Nobel mükafatına onlar namizəddir - FOTO

“Azər-İlmə”nin yarım milyon manata yaxın vergi borcu var

Sabah Binəqədinin bəzi küçələrində qaz olmayacaq

17 və 24 nömrəli avtobus marşrutlarının hərəkət sxemi dəyişdirilib

"Mİ Telecom”un 200 minə yaxın borcu var

"Mİ Telecom”un 200 minə yaxın borcu var

ARDNF İtaliyanın dəmir yolu operatoruna investisiya yatırıb

Ötən il kredit qoyuluşları 29 milyardı keçib

Polşada azərbaycanlı sahibkar itkin düşdü

Əhalinin banklardakı əmanətləri 13% artıb

Turistlərin heyran qaldığı Səlimiyyə məscidi

"Goldman Sachs": Qızılın qiyməti 3100 dollara qədər artıla bilər

Azərbaycanlı xanım təsisçinin startapı 6.9 milyon dollar investisiya alıb

Azərbaycanlı xanım təsisçinin startapı 6.9 milyon dollar investisiya alıb

Bu sığorta şirkəti ləğv edildi

Birbank-da sərfəli depozit kampaniyası davam edir: Qazancınızı 11%-dək artırın®

“Kontakt Home” fəhlə müştərisini həbs etdirdi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin