BAKU Azərbaycan
7.03°C
  • USD
    1.7
  • EUR
    1.8582
  • RUB
    2.0804
  • TRY
    0.0463
  • GBP
    2.208
65282

Sahibkarlar banka biznes krediti üçün müraciət edəndə, bankların onlara ayırdığı məbləğ fərqli olur. Bir bank 5000 verdiyi şəxsə digər bank 10 000 təyin edə bilir. Bu fərq nədən qaynaqlanır? Bankların biznes kreditlərinə yanaşmasında fərq nədədir?

Maliyyə eksperti İsmayıl Məmmədov Valyuta.az-a bildirdi ki, bu hallarda iki əsas amil nəzərə alınır: “İlkin risk iştahasıdır, yəni hansısa bankın risk iştahası imkan verirsə, müştərilərinə daha yüksək məbləğ təqdim edə bilər. Məsələn, banklar təhlilsiz, sadə hesablama ilə dövriyyəsinə görə 500 min verirlər, Digər önəmli məsələ isə müştərinin verdiyi məlumatların nə dərəcədə düzgün olmasıdır. Məsələn, elə müştəri var ki, 200 min üçün müraciət edir, lakin bank ona 100 min verir. Bu halla qarşılaşan müştəriyə məbləğin deyildiyindən az verilməsi maraqlı gəlir. Bu kimi hallarda banklar müştəridə bir neçə nüansa diqqət edirlər. Satışın az olması, xərcinin çox olması, mənfəətin yetərli olub-olmaması, ödəmə qabiliyyətinin nə dərəcədə olması və.s".

Müştərilər banka yanlış məlumat verməməlidir

Maliyyə eksperti bildirdi ki, müştərilər sadalanan halları növbəti dəfə kredit götürmək üçün gələndə, aradan qaldırmağa çalışır: “Müştəri bilir ki, eyni göstəriciləri digər banka da versə, oradan da çox güman ki, eyni cavab gələcək. Buna görə də satışını çoxaldır, qeyri-rəsmi satışlar etdiyini qeyd edir, hansı ki təhlil əməkdaşı da bunu şifahi sözlərə əsaslanaraq qeyd edir, xərclərinin azlığını vurğulayır, bəzi məlumatları gizlədir və mənfəətini süni şişirdir. Ödəmə qabiliyyətini süni olaraq dəyişdirir. Bir sözlə, müştərinin təcrübəsi formalaşır, 2-3 bankda eyni şeyi etsə, hər bankdan imtina və ya daha aşağı məbləğ səbəbini soruşanda, növbətilərdə bu səhvi təkrarlamır”.

Banklar biznes kreditlərinə müxtəlif yanaşmalar sərgiləyir

İ.Məmmədov deyib ki, hər bankın öz risk qiymətləndirmə meyarları və siyasəti var: “Bir bankın 5,000 manat təklif etdiyi sahibkara, digər bank 10,000 manat verə bilər. Bu, əsasən, sahibkarın maliyyə vəziyyəti, kredit tarixçəsi, biznesin fəaliyyəti və təqdim olunan girov ilə bağlıdır. Banklar həmçinin, müxtəlif sahələrə daha çox diqqət ayıra bilər və bəziləri riskləri daha yüksək qəbul edərək daha böyük kreditlər verə bilər. Elə bank var ki, dövlət vəsaitlərinin dövriyyəsinə baxır, bankdakı hesablarına baxır və ona uyğun 500 minə qədər girovsuz kredit verə bilir. Elə bank da var ki, 10-15 minə girovla təqdim edir".

Sahibkarlar daha yüksək məbləğdə kredit almaq istəyirlərsə…

Maliyyə eksperti mövzu ilə bağlı düşünür ki, sahibkarlar yüksək məbləğdə kredit götürmək istəyirsə, əvvəlcə bir neçə bankla əlaqə saxlayıb, təklif olunan şərtləri müqayisə etməlidir: “Biznesinin gəlirliliyi, vergi bəyannamələri və digər maliyyə məlumatlarını banklara düzgün və tam təqdim etmələri faydalı olacaq. Kredit üçün ən yaxşı təklifləri əldə etmək üçün sahibkarın biznesinin vəziyyətini yaxşı təqdim etməsi və ehtiyac olduğu təqdirdə girov təklif etməsi də önəmlidir. Müştəri üzərinə düşən məsuliyyət də odur ki, verdiyi məlumatı düzgün təqdim etməyi bacarmalıdır".

Sərvanə Rəmixanova

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Azərbaycan mebel idxalını artırıb

Meyvə və tərəvəz ixracında artım - Milyonlarla dollar gəlir əldə edilib

"Apple" şirkəti məhkəməyə verildi - Yalançı ittihamı irəli sürüldü

2 ayda xaricdən 187 min ton buğda almışıq

Bu ölkədən Azərbaycana pul köçürmələri 90% artıb

İşdə enerjinizi qoruyacaq 8 davranış

Ordubadın Cümə məscidi təmir-bərpadan sonra istifadəyə verilib

Azərbaycan xaricə investisiyaları 2.3 mlrd. manata yaxın azaldıb

Azərbaycana gələn turistlərin sayında azalma müşahidə olunub

Bölgələrdə həkim çatışmır - STATİSTİKA

Azərbaycana ən çox investisiya yatıran ölkələr - Cədvəl

Xarici ticarət balansında profisit 30 %-dən çox azalıb

Xarici ticarət balansında profisit 30 %-dən çox azalıb

Yağış yağacaq, dolu düşəcək, külək güclənəcək

Builki qəbul imtahanlarında dəyişiklik gözlənilir?

Azərbaycan nefti bahalaşıb

"Bank Avrasiya"nın mənfəəti 2.5 mln.dan çox azalıb - Hesabat

Avropa Rusiya aktivləindən istifadə etməyə niyə tərəddüd edir? - "CNN"

Cari ildə bir nəfərə düşən ÜDM 1860 manatı ötüb

"Zoth" platformasında 8,4 mln. dollarlıq kriptovalyuta oğurluğu baş verib

Pul vasitədir, yoxsa məqsəd? - SƏHƏR OXUSU

Əmlak sığortası üzrə ödənişlər 25,5% artıb

Hər küçəsində bir hekayə gizlənən şəhər

Sığorta növləri üzrə sığorta ödənişlərinin renkinqi - 2025, yanvar

1 milyard insanın həyatına təsir edən şəxs - Sahil Bloom kimdir?

Nazirliyə məxsus avtomobillər 1080 manatdan satışa çıxarılacaq

İş seçimində şəxsiyyət tipinizin rolu - Hollandın tipologiyası

Azərbaycan Türkiyəyə investisiyalarını 7 dəfədən çox azaldıb, Avstriyaya isə 49 dəfə artırıb

Bu Fondun iki avtomobili hərracda satılacaq

Ötən il ən çox ödəniş edən sığorta şirkətləri - TOP 5

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin