
18.02.2025 / 17:18
Əhalinin banklardakı əmanətləri 13% artıb
65312
Əhalinin banklardakı əmanətlərinin məbləği açıqlanıb.
Valyuta.az rəsmi statistikaya istinadən xəbər verir ki, bu ilin yanvar ayında əhalinin banklardakı əmanətləri 13,2 faiz artaraq 14 milyard 661,9 milyon manat olub. Ötən ilin eyni dövründə əhalinin bank hesabatlarındakı əmanətlərin məbləği 12 milyard 947,8 milyon manat idi.
Məlumatda bildirilir ki, əmanətlərin 66,4 faizi milli, 33,6 faizi xarici valyutada qoyulub. Xarici valyutada qoyulan əmanətlərin məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 14,7 faiz, milli valyutada olan əmanətlərin məbləği isə 12,5 faiz artıb.
Sərvanə Rəmixanova
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay