BAKU Azərbaycan
7.03°C
  • USD
    1.7
  • EUR
    1.8582
  • RUB
    2.0804
  • TRY
    0.0463
  • GBP
    2.208
65353

Türkiyə tarixi abidələrin, memarlıq abidələrinin sanki açıq muzeyidir. Qardaş Türkiyənin hər daşı, hər qayası bir tarixdir. Bu yazımızda Osmanlı memarlığının qızıl əsrinə öz damğasını vuran, Memar Sinanın ‘‘ustalıq əsərim’’ adlandırdığı Ədirnədəki Səlimiyyə məscidi haqqında məlumat vermək istəyirik.

Qanuni Sultan Süleyman və Hürrəm Sultanın oğlu Sultan II Səlimin Memar Sinana tikdirdiyi bu məscid türk və İslam memarlığının ən mühüm əsərlərindən biridir. Məscid 2011-ci ildə YUNESKO-nun mədəni İrs siyahısına daxil edilib.

Sultan II Səlim məscidin inşası işlərini həyata keçirmək üçün 80 yaşlı Memar Sinanı yanına çağırır və heç bir xərcdən çəkinmədən Ədirnədə onun adını daşıyan bir məscid tikilməsini tapşırır. Memar Sinan qısa müddətdə padşahın verdiyi tapşırığı yerinə yetirmək üçün Ədirnəyə gedir. 1568-ci ildə məscidin inşası başlayır və 1574-cü ildə Sultan II Səlimin vəfat etməsindən dərhal sonra ibadətə açılır.

Memar Sinanın İstanbuldakı şah əsərləri ‘‘Şahzadəbaşı’’ və ‘‘Süleymaniyyə’’məscidləri onun memarlıqdakı qabiliyyətlərini sübut edən sənət inciləridir. Memar Sinan Ser Mimaranı, yəni Dünya memarlarının şahı adına sahibdir.

Memar Sinan Səlimiyyə məscidini inşa edərkən əvvəlki heç bir məsciddə, ya da qədim dövr məbədində rast gəlinməyən bir texnikadan istifadə edib. Məscidin sütunlarını və başlıqlarını qədim Misir mədəniyyətinin lotus bəzəklərindən təsirlənərək yaratmışdı. Məscidin həyətinin ortasında yerləşən su bulağı Memar Sinanaın inşa etdiyi digər bulaqlardan çox fərqlənir. Belə ki, bulağın altına yerləşdirdiyi kiçik hovuzlara düşən su dəstəmaz alanların üzərinə sıçramır.

Bu gün də öz mövcudluğunu qoruyan minbər Türk-İslam sənətinin şah əsərlərindən biri sayılır. Mərmərin üzərində təsvir edilən bəzəklər ilk günkü kimi öz gözəlliyini qoruyur. Məsciddəki moizə köşkü də diqqəti cəlb edən məkanlardandır. Məscidin gümbəzləri 43 metr yüksəkliyində və 32 metr diametrindədir. Qübbə 8 sütuna söykənən bir təməl üzərinə oturdulub. Mәsciddә 6000 min nәfәr dini vәzifәsini yerinә yetirә bilәr. Beləliklə, Memar Sinan əsrlər boyu öz mövcudluğunu qoruya biləcək bir şah əsər yaradıb.

Məscidin nəzərə çarpan xüsusiyyətlərindən biri də sadə olmasıdır. Qırmızı və ağ rəngin harmoniyası diqqətli nəzərlərdən qaçmaz. Məscidin göyə ucalan dörd minarəsi İslam dünyasının qələm incəliyində və gözəlliyində ən gözəl nümunələrdən olmağa davam edir. Minarələrin balkonlarına üç ayrı pilləkənlərdən qaxmaq olur. Azan oxumaq üçün fərqli balkona çıxan vaizlər bir-biri ilə qarşılaşmır.

Səlimiyyə məscidi Ədirnənin siluetinə hakim bir mövqedə yerləşir. Məscidi hər il həm ölkə daxilindən, həm də xaricindən minlərlə turist ziyarət edir.

Memar Sinan öz həyatından bəhs etdiyi əsərində "Bəndə Allahın qarşısında qüsursuz olmamalıdır" deyərək mükəmməl inşa etdiyi məscidə şüurlu olaraq bir qüsur əlavə edir. Memar Sinan öz əsərinə şüurlu olaraq bir qüsur əlavə edəcək qədər fəzilət sahibi idi.

Səlimiyyə məscidi Memar Sinan üçün böyük əhəmiyyət kəsb edirdi. O, ‘‘Gələcəkdə bu işin mütəxəssisləri mənim əsərlərimi xeyir duaları ilə anacaqlar’’ deyə söyləyirdi və sənətkarın bu fikri sözün həqiqi mənasında bu gün də özünü doğrultmaqdadır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Tomat istehsalı artdı, gəlir azaldı - Paradoks yaradan statistika

Azərbaycan mebel idxalını artırıb

Meyvə və tərəvəz ixracında artım - Milyonlarla dollar gəlir əldə edilib

"Apple" şirkəti məhkəməyə verildi - Yalançı ittihamı irəli sürüldü

2 ayda xaricdən 187 min ton buğda almışıq

Bu ölkədən Azərbaycana pul köçürmələri 90% artıb

İşdə enerjinizi qoruyacaq 8 davranış

Ordubadın Cümə məscidi təmir-bərpadan sonra istifadəyə verilib

Azərbaycan xaricə investisiyaları 2.3 mlrd. manata yaxın azaldıb

Azərbaycana gələn turistlərin sayında azalma müşahidə olunub

Bölgələrdə həkim çatışmır - STATİSTİKA

Azərbaycana ən çox investisiya yatıran ölkələr - Cədvəl

Xarici ticarət balansında profisit 30 %-dən çox azalıb

Xarici ticarət balansında profisit 30 %-dən çox azalıb

Yağış yağacaq, dolu düşəcək, külək güclənəcək

Builki qəbul imtahanlarında dəyişiklik gözlənilir?

Azərbaycan nefti bahalaşıb

"Bank Avrasiya"nın mənfəəti 2.5 mln.dan çox azalıb - Hesabat

Avropa Rusiya aktivləindən istifadə etməyə niyə tərəddüd edir? - "CNN"

Cari ildə bir nəfərə düşən ÜDM 1860 manatı ötüb

"Zoth" platformasında 8,4 mln. dollarlıq kriptovalyuta oğurluğu baş verib

Pul vasitədir, yoxsa məqsəd? - SƏHƏR OXUSU

Əmlak sığortası üzrə ödənişlər 25,5% artıb

Hər küçəsində bir hekayə gizlənən şəhər

Sığorta növləri üzrə sığorta ödənişlərinin renkinqi - 2025, yanvar

1 milyard insanın həyatına təsir edən şəxs - Sahil Bloom kimdir?

Nazirliyə məxsus avtomobillər 1080 manatdan satışa çıxarılacaq

İş seçimində şəxsiyyət tipinizin rolu - Hollandın tipologiyası

Azərbaycan Türkiyəyə investisiyalarını 7 dəfədən çox azaldıb, Avstriyaya isə 49 dəfə artırıb

Bu Fondun iki avtomobili hərracda satılacaq

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin