
18.02.2025 / 18:59
Sabah Binəqədinin bəzi küçələrində qaz olmayacaq
65363
Sabah Bakının Binəqədi rayonunun bir neçə küçəsində qaz təchizatı dayandırılacaq.
Bu barədə Valyuta.Az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsində yaşayış binasının qaz xəttinin mövcud şəbəkəyə qoşulması məqsədilə fevralın 19-da saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Qaz təchizatı dayandırılan müddətdə S.S.Axundov, K.Kunanbəyov, Aydınbəyov və İ.Hacıyev küçələrinin bir hissəsində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay