
Qızılın qiymətində son 10 ildəki dəyişiklik və gələcək proqnozlar - SƏHƏR OXUSU
İnsanların daima maraqlandığı, qiymət dəyişikliyini izlədiyi ən önəmli ziynət əşyalarından biri də qızıldır.
Valyuta.az sizin üçün son 10 ildə qızılın qiymətində baş verən dəyişiklikləri araşdırdı.
Son 10 ildə qızılın dəyişimində əhəmiyyətli dəyişikliklər gözə çarpıb. Belə ki, 2014-cü ildə bir unsiya qızılın qiyməti orta hesabla 1,199 dollar olub. Lakin növbəti illərdə bu rəqəm müəyyən dalğalanmalara məruz qalıb. 2015-ci ildə qiymət ən aşağı həddə enərək 1,060 dollar olub. 2016-cı ildə bir qədər artaraq, 1,151 dollara çatdı. 2017 və 2018-ci illərdə isə qızılın qiyməti müvafiq olaraq 1,296 və 1,281 dollar olaraq sabit qaldı.
İllər ötdükcə qiymətlər artdı
2019-cu ildən etibarən qızılın dəyəri kəskin artmağa başladı. Həmin il qızılın qiyməti 1,523 dollara yüksəldi. 2020-ci ildə də eyni vəziyyət müşahidə olundu, pandemiyanın təsiri ilə qızılın unsiya dəyəri 1,895 dollara qədər qalxdı. 2021 və 2022-ci illərdə nisbətən kiçik dəyişiklərlə qızılın dəyəri nisbətən azaldı, 2021-ci ildə 1,828, 2022-ci ildə isə 1,824 dollar səviyyəsində qaldı. 2023-cü ildə isə qızılın qiyməti yenidən yüksələrək 2,062 dollara çatdı. 2023-cü ildə qızıl 2,062 dollara yüksələrək yenidən bahalaşdı. 2024-cü ildə qızılın qiyməti ən yüksək səviyyəyə çataraq 2,788 dollara yüksəldi.
Analitiklər qızıl qiyməti barəsində nə proqnozlaşdırır?
Qlobal maliyyə ekspertləri 2025 və növbəti illər üçün də qızılın qiymətinin artacağını proqnozlaşdırırlar. ABŞ-ın ən böyük və nüfuzlu investisiya banklarından biri olan “Goldman Sachs” analitiklərinin proqnozlarına görə, 2025-ci ilin sonunda qızılın qiyməti 3,000 ABŞ dollarına çata bilər. Bazarın qeyri-müəyyənliyi və qlobal iqtisadi amillər bu proqnozların dəyişməsinə təsir edə bilər. Təbii ki, qızılın qiymətinin rekord həddə çatması investisiya bazarlarının qeyri-müəyyənliyi, inflyasiyanın artması və geosiyasi risklərlə əlaqəlidir.
Sərvanə Rəmixanova
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay